Kayıtlar

Aralık, 2006 tarihine ait yayınlar gösteriliyor

Qafqaz Universitetində xeyriyyə konserti

Resim
Qafqaz Universitetində H.Z.Tağıyev adına yardım dərnəyinin təşəbbüsü ilə xeyriyyə konserti keçirilib. Adıçəkilən dərnək üzvlərinin dəvəti ilə sənətçilər Şəmistan Əlizamanlı və Ağadadaş Ağayev tədbirdə iştirak ediblər. Tədbirdə ilk öncə çıxış edən Qafqaz Universitetinin rektoru, professor Ahmet Sanic universitetin fəaliyyəti dövründə belə tədbirlərin tez-tez keçirildiyini söyləyib. Onun sözlərinə görə, hazırda adıçəkilən universitetdə 2200 tələbə təhsil alır: "Universitetimizdə 26 dərnək fəaliyyət göstərir ki, orada da 1300 tələbə cəmləşib". H.Z.Tağıyev adına dərnəyin rəhbəri Elnur Mövlayev isə qeyd edib ki, xeyriyyə tədbirindən əldə edilən vəsait Mingəçevirdəki uşaq evinə veriləcək: "Həmçinin Qurban bayramı münasibətilə 250 imkansız ailəyə qurban payı göndəriləcək". Sənətçilər də universitet barədə xoş təəssüratlarını tədbir iştirakçıları ilə bölüşdükdən sonra söz musiqiyə verilib. Bəhruz http://www.hafta-ichi.com/aze/2006/12/21/anons=5

İstedadlı gənclərə dövlət qayğısı

Prezident İlham Əliyev: Bu gün Azərbaycan dünyada ən sürətli inkişaf edən ölkədir. İqtisadiyyatımız bu il 34 faiz artıbdır və bu, dünyada ən birinci göstəricidir. "Təhsil bilik, elm, tərəqqi deməkdir. Hər bir dövlət, hər bir xalq öz təhsilini daha da təkmilləşdirməyə çalışmalıdır. Bu istiqamətdə Azərbaycanda da işlər aparılır..."İlham ƏLİYEV Hər yeni dərs ilinin başlanması əlamətdar hadisə olur. Bu ərəfədə respublika səviyyəsində keçirilən tədbirlər, ölkə rəhbəri tərəfindən verilən fərman və sərəncamlar təhsilin cəmiyyətin tərəqqisində mühüm amil olduğunu bir daha nəzərə çarpdırır. Azərbaycan Prezidenti İlham Əliyevin sentyabrın 12-də Abşeron rayon ictimaiyyəti nümayəndələri ilə görüşü, Xırdalan qəsəbəsində 1296 yerlik yeni orta məktəb binasının təməlqoyma mərasmində iştirakı dövlət başçısının bu sahəyə xüsusi diqqət və qayğı ilə yanaşdığını, elm və təhsilin davamlı inkişafı siyasətinin uğurla reallaşdırıldığını bir daha təsdiq edir. Həmin gün ölkə Prezidenti &qu

Türk aliminin tədqiqatı

Resim
Xalq yazıçısı Elçinin bədii yaradıcılığı elmi tədqiqatçıların diqqət mərkəzindədir. Son illərdə yazıçının əsərləri haqqında bir sıra namizədlik və doktorluq dissertasiyaları müdafiə edilmişdir. Elçinin yaradıcılığı ilə bağlı xarici ölkələrdə də elmi tədqiqat işləri aparılır. AzərTAc xəbər verir ki, türk ədəbiyyatşünası Sədat Adıgözəl qardaş ölkənin Atatürk Universitetində "Elçin romanlarının struktrual-sosioloji təhlili" mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir. Bu günlərdə "Qafqaz Universiteti Yayınları" Sədat Adıgözəlin eyniadlı monoqrafiyasını Azərbaycan dilində nəfis şəkildə nəşr etmişdir. Müəllif "Mahmud və Məryəm", "Ağ dəvə" və "Ölüm hökmü" romanlarını geniş elmi-nəzəri təhlildən keçirir, Elçin nəsrini yüksək qiymətləndirərək, onların bədii-estetik təsnifatını verir. Elçinin yaradıcılığından bəhs edən 13-cü elmi əsərin redaktoru professor Akif Hüseynli, "Ön söz"ün müəllifi Milli Elmlər Akademiyasının müxbir

"Avropa-Asiya geopolitikası və Azərbaycanın xarici siyasəti" mövzusunda tədbir keçirilmişdir

Resim
Qafqaz Universitetində "Avropa-Asiya geopolitikası və Azərbaycanın xarici siyasəti" mövzusunda tədbir keçirilmişdir. Universitetin rektoru, professor Əhməd Saniç mövzunun əhəmiyyətini vurğulamışdır. Prezidentin İcra Aparatının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov çıxış edərək Avrasiya regionunda gedən müasir siyasi proseslərdən danışmışdır. Ölkələrin, regionların inkişafında geosiyasətin mühüm rolunu qeyd edən Ə.Həsənov, geostrateji əhəmiyyətinə görə Avrasiyanın bütün aparıcı dövlətlərin, beynəlxalq təşkilatların diqqətində olduğunu bildirmişdir. O, Avrasiya ilə bağlı dövlətlərarası beynəlxalq münasibətlərin əsas istiqamətlərini və mahiyyətini açıqlamışdır. Azərbaycanın xarici siyasətinin prioritetlərini, beynəlxalq əlaqələrinin, neft strategiyasının əhəmiyyətini nəzərə çarpdıran natiq, iqtisadiyyatımızın dinamik inkişaf etdiyini də vurğulamışdır. Sonra Ə.Həsənov tədbir iştirakçılarını maraqlandıran suallara cavab vermişdir. AzərTAc http://azerbaijan.news.az

DAAD proqramı çərçivəsində tələbə mübadiləsi aparılır

Resim
Almaniyanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Per K.Stankina Qafqaz Universitetində olmuşdur. Səfir burada Qafqaz Universiteti və Maqderbuq Universiteti arasında yaranmış dostluq əlaqələri çərçivəsində Almaniyanın müxtəlif universitetlərindən gəlmiş tələbələrlə görüş keçirmişdir.Alman tələbələrinə burada Azərbaycanın təhsili, mədəniyyəti, iqtisadliyyatı və mətbuatı ilə bağlı geniş məlumat verilir. Tələbələrin Azərbaycana səfərini Alman Akademik Mübadilə Xidməti (DAAD) təşkilatı təşkil etmişdir.Görüşün sonunda Qafqaz Universitetinin rektoru Əhməd Saniç DAAD proqramı çərçivəsində bu ali məktəbdə təhsil alan azərbaycanlı tələbələrin gələcəkdə Almaniya və Avropada təhsillərini davam etdirə biləcəklərini söylədi. G.ŞAHİN http://azerbaijan.news.az/index.php?Lng=aze&Pid=5939

Abşeron rayonunun icra başçısı “Qafqaz”ın qonağı oldu

Resim
Dünən Qafqaz Universitetində Xırdalan qəsəbəsinə şəhər statusu verilməsi münasibətilə tədbir keçirildi. Toplantıda universitetin rektoru, professor Ahmet Saniç, “Çağ” Öyrətim Şirkətinin prezidenti Ənvər Özərən, Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov və İcra Aparatının nümayəndələri iştirak edirdilər. Tədbiri giriş sözü ilə açan rektor qonaqlara universitetin fəaliyyəti haqqında qısa məlumat verdi. “Qafqaz”ın Xırdalanı olduğu kimi Xırdalan şəhərinin də “Qafqazı” var,-” deyən Ahmet Saniç universitetin əldə etdiyi uğurlarından danışdı. Öz növbəsində, Ənvər Özərən də qonaqları salamladı və onlara tədbirdə iştirak etdikləri üçün minnətdarlığını bildirdi. Rayon İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov tədbiri təşkil etdikləri üçün universitet rəhbərliyinə təşəkkürünü bildirdi. İcra başçısı son dövrlər Abşeron rayonunda gedən abadlıq işlərindən danışdı. O, rayonda aparılan abadlıq işləri ilə yanaşı, yeni tikilib istifadəyə verilmiş 10 məktəb və mövcud xəstəxanaların bərpasın

Türkiyəli nazir Qafqaz Universitetində olub.

Resim
Üçgünlük səfər çərçivəsində Əli Coşqun sahibkarlarla görüşüb, bir sıra müəssisələri ziyarət edib. Türkiyəli nazir Qafqaz Universitetində də olub. Ali təhsil ocağını gəzən qonaq müəllim və tələbələrlə söhbət edib. O, universitet barədə düşüncələrini bu sözlərlə ifadə edib: “Sizinlə qürur duyuram. Dünyanın hər yerində üzümüzü ağ, başımızı uca edirsiniz”. 25 nəfərlik iş adamı heyəti ilə birgə ölkəmizə üçgünlük səfərə gələn Türkiyənin sənaye və ticarət naziri Əli Coşqun bir sıra önəmli görüşlər keçirdi. Səfərin son günündə nazir qəzetimizə verdiyi eksklüziv müsahibədə maraq doğuran bir sıra suallara cavab verdi. - Cənab nazir, mümkünsə, səfərinizin yekunları ilə bağlı məlumat verərdiniz... - Azərbaycan Türkiyə ilə dost, qardaş ölkədir. Qısa vaxt ərzində iki ölkə arasındakı ticarət əlaqələri xeyli inkişaf edib. Müstəqilliyin ilk illərində Azərbaycana çox sayda Türkiyə şirkətləri gələrək fəaliyyətə başlayıb. Onlardan narazı qalaraq geri qayıdanlar olsa da, əksəriyyəti burada fəaliyyətini da

Qafqaz Universitetində ümummilli liderimiz, mərhum prezident Heydər Əliyevin xatirəsinə həsr olunmuş elmi-praktik konfrans

Qafqaz Universitetində elmi-praktik konfrans Tədbir ümummilli liderimiz Heydər Əliyevə həsr olunmuşdu Dünən Azərbaycanın ünlü təhsil ocaqlarından biri olan Qafqaz Universitetində ümummilli liderimiz, mərhum prezident Heydər Əliyevin xatirəsinə həsr olunmuş elmi-praktik konfrans keçirildi. Adıçəkilən təhsil müəssisəsi rəhbərliyinin təşəbbüsüylə baş tutan tədbirə tanınmış ictimai və elm xadimləri, deputatlar və digər rəsmi nümayəndələr qonaq qismində qatılmışdılar. Konfransda Türkiyənin və Azərbaycanın dövlət himnləri səsləndirildikdən sonra Heydər Əliyevin həyatı və fəaliyyəti barədə qısametrajlı sənədli film nümayiş olundu. Sonra tədbir iştirakçılarını salamlayan universitetin rektoru, professor Ahmet Sanic yığıncağı giriş sözü ilə açaraq böyük türk öndəri Mustafa Kamal Atatürklə ümummilli liderimiz Heydər Əliyevin həyatı, siyasi fəaliyyəti və onların türk dünyası üçün gördüyü işlərdən danışdı. O, hər iki dövlət arasında mövcud olan tarixi dostluq və qardaşlıq münasibətlərind

Qafqaz Universitetində Heydər Əliyevin xatirəsi anılıb

Dünən Qafqaz Universitetində ümummilli lider Heydər Əliyevə həsr olunan elmi-praktik konfrans keçirilib. Qafqaz Universitetinin rektoru, professor Ahmet Sanic giriş sözüylə çıxış edərək, liderliyi və uzaqgörənliyi sayəsində Azərbaycanın qüdrətli dövlətə çevrilməsinə nail olan H.Əliyevin Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürklə oxşar cəhətlərindən danışıb. O bildirib ki, Atatürk Türkiyəni, H.Əliyev isə Azərbaycanı inkişaf etmiş bir ölkəyə çevirmək, xalqı firavan günlərə çıxarmaq üçün böyük mübarizə yolu keçiblər. A.Sanic deyib ki, H.Əliyevin Azərbaycanın tərəqqisi üçün gördüyü işlər, etdiyi fədakarlıqlar xalqın yaddaşına ömürlük həkk olunub. Azərbaycanda Atatürk Mərkəzinin rəhbəri Nizami Cəfərov H.Əliyevin Azərbaycanın müstəqilliyini qoruyub saxlamaq, siyasi və iqtisadi cəhətdən güclü dövlət formalaşdırmaq istiqamətində misilsiz işlər gördüyünü vuğulayıb. N.Cəfərovun sözlərinə görə, H.Əliyevin keçdiyi şərəfli ömür yolu hər bir azərbaycanlı üçün örnək olmalıdır: "Bug