Kayıtlar

2007 tarihine ait yayınlar gösteriliyor

“Qafqaz” iş birliyimizin ən önəmli simvoludur”

Resim
Dünən Mehmet Mehdi Eker Qafqaz universitetini də ziyarət edib. “Qafqaz”ın əldə etdiyi nailiyyətlərlə tanış olan nazir bu təhsil ocağının fəaliyyətini yüksək dəyərlənidirib. Onun sözlərinə görə, “Çağ” Öyrətim Şirkəti, eləcə də onun nəzdindəki Qafqaz universiteti Türkiyə ilə Azərbaycan arasında iş birliyinin ən önəmli simvoludur. Nazir daha sonra deyib: “Arzu edərdim ki, bütün işlərimiz bu universitet kimi konkret formada özünü büruzə versin. Qarşıdan gələn illərdə daha səylə çalışmaqla bu cür nümunələrin sayını artırmağa çalışmalıyıq. Biz də iki ölkənin kənd təsərrüfatı sahəsindəki çalışmalarımızı bu şəkildə qurmağa səy göstərəcəyik”. Səfər çərçivəsindəki görüşlərinin təəssüratlarını “Qafqaz”ın pedaqoji kollektivi ilə bölüşən Mehmet Mehdi Eker azərbaycanlı həmkarı İsmət Abasovu gələn il Türkiyənin Diyarbəkir şəhərində keçiriləcək II Yaxın Şərq Kənd Təsərrüfatı Konfransına dəvət etdiyini də bildirib.”Çağ” Öyrətim Şirkətinin İdarə Heyətinin sədri Ənvər Özərən və Qafqaz universitetinin rek

Misirli nazir Qafqaz Universitetinin qonağı olub

Resim
Dünən Misirin Beynəlxalq Əməkdaşlıq (MBƏ) naziri Faizə Əbu əl-Nəqənin başçılıq etdiyi nümayəndə heyyəti Qafqaz Universitetində olub. Misirli qonaqların gəlişi münasibətilə təşkil edilən tədbirdə çıxış edən Qafqaz Universitetinin rektoru professor Ahmet Sanic deyib ki, universitet 1993-cü ildə etibarən fəaliyyət göstərir. Bu təhsil müəssisəsində avtomatlaşdırılan riyaziyyat, riyaziyyat və informatika, biznesin təşkili, idarə edilməsi, menecment, maliyyə və kredit, beynəlxalq iqtisadi münasibətlər, iqtisadiyyatın hüquqi tənzimlənməsi, beynəlxalq hüquq, regionşünaslıq, politologiya, filologiya, tərcümə, ibtidai təhsilin pedaqogikası və metodikası ixtisasları üzrə mütəxəssislər hazırlanır. A.Sanic vurğulayıb ki, universitetdə digər dünyəvi dillərlə yanaşı ərəb dili də tədris edilir. Faizə Əbu əl-Nəqə isə vurğulayıb ki, Qafqaz Universitetində tələbələrin müasir standartlara uyğun səviyyədə təhsil alması üçün lazımi şərait yaradılıb. Tələbələrin təlimi ilə yüksək ixtisaslı pedaqoqlar məşğ

Professor Əjdər Ağayevin 70 illiyi Qafqaz Universitetində qeyd olunub

Resim
Dünən Qafqaz Universitetində çağdaş Azərbaycan pedaqoji elminin görkəmli nümayəndəsi, şair və nasir-publisist professor Əjdər Ağayevin 70 illik yubileyi münasibətilə tədbir təşkil edilib. Yubiley tədbirində ilk öncə Əjdər Ağayevin həyat və yaradıcılıq fəaliyyəti barədə iştirakçılara ətraflı məlumat verilib. Bildirilib ki, Ə.Ağayev son 47 il ərzində Azərbaycanda təhsilin inkişafı üçün ən səmərəli fəaliyyət göstərən şəxsiyyətlərdən biridir. Qeyd edək ki, Ə.Ağayev "Təhsil islahatı və təhsil haqqında" Qanunu hazırlayan işçi qrupunun üzvüdür. Onun əsərləri ingilis, rus, ukrayn, belorus, başqırd dillərində, Türkiyə türkcəsində çap olunub. 40-dan artıq monoqrafiya, kitab, kitabça, proqram və tədris vəsaitinin, 600-dən artıq qəzet-jurnal məqaləsinin, onlarca şeir və hekayənin müəlifidir. Onun sözlərinə 100-dən artıq mahnı yazılıb. Daha sonra tədbir iştirakçılarına alimin həyat və yaradıcılığını tam əks etdirən foto və videomateriallar göstərilib. Yubiley tədbirində çıxış edən ziyalı

Qafqaz Universiteti Həmrəylik gününü qeyd etdi

Resim
Dünən Abşeron Rayon Mədəniyyət Evində Qafqaz Universitetinin təşkilatçılığı ilə Dünya azərbaycanlılarının həmrəylik günü və Yeni il münasibəti ilə tədbir keçirilib. İlk öncə çıxış edən universitetin rektoru Ahmet Saniç tədbir iştirakçılarını yeni il münasibəti ilə təbrik edib. O vurğulayıb ki, Dünya azərbaycanlılarının həmrəylik günü dünyada yaşayan 50 milyonluq azərbaycanlıların hamısının bayramıdır: "Məhz bu gün dünyada yaşayan bütün azərbaycanlılar həmrəylik nümayiş etdirərək haqq səslərini birgə ucaltdılar". Rektor Həmrəylik günündən danışarkən Azərbaycan və Türkiyənin diaspor təşkilatlarının son illərdə birgə fəaliyyət göstərməsinə də toxunıb. Bildirib ki, hər iki ölkənin rəhbərliyi bu istiqamətdə mühüm işlər görüb. Artıq Türkiyə və Azərbaycan problemlərinin dünyaya çatdırılmasında diaspor təşkilatları ayrı-ayrılıqda yox, birlikdə hərəkət edirlər. Tədbirə Dünya Azərbaycanlıları Konqresinin sədri Qulamrza Səbri Təbrizi də qatılıb. Mərasim daha sonra bədii proqramla davam
Resim

Mən Azərbaycandan ayrılmıram, Azərbaycanı özümlə aparıram.

Resim
Geçtiğimiz günlerde Qafqaz Üniversitetini ziyaret eden Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Hüseyn Avni Qarslıoğlunun APA -ya müsahibəsi - Səfir vəzifəsindən azad olunaraq, Türkiyədə başqa bir vəzifəyə təyin edilməyinizi necə qarşıladınız?- Doğrusu, bu, mənim üçün bir az sürpriz oldu. Abdulla Gül Türkiyənin prezidenti seçiləndə mətbuatda onun əski arkadaşlarını bəyəndiyi, həmin şəxslərlə çalışacağı barədə xəbərlər yayıldı. Həqiqətən də Türkiyənin İrandakı səfiri geri çağırıldı, daha bir nəfər Prezident Aparatında ictimaiyyətlə əlaqələr mərkəzinə rəhbər təyin edildi. Həmin şəxslərin arasında mənim adım da çəkilirdi. Ancaq mən Azərbaycana yeni gəlmişdim, cəmi 6 ay idi iki, burdaydım. Mən geri çağırılmağımın yaxşı olmayacağını, Azərbaycana yeni gəldiyimi, burada bəzi işlərə başladığımı dedim. Bildirdim ki, qayıtmağı arzu etmirəm. Ancaq prezident belə uyğun görüb, əmr buyurub. Biz hərbçi kimiyik, harada məsləhətdirsə, orada da işləyəcəyik. Bizim işimiz budur. Mən Azə

BOLONIYA PROSESI KONTEKSTINDƏ AZƏRBAYCAN TƏHSILI

Resim
Qafqaz Universitetində elmi-praktik konfrans keçirilib Bu günlərdə Qafqaz Universiteti, Təhsil Nazirliyi və Naxçıvan Dövlət Universitetinin birgə təşkilatçılığı ilə Qafzaq Universitetində "Boloniya prosesi kontekstində Azərbaycan təhsili" mövzusunda elmi-praktik konfrans təşkil olunub. Konfransda çıxış edən Qafqaz Universitetinin rektoru, professor Ahmet Sanic deyib ki, 1999-cu ildən etibarən Avstriya, Belçika, Bolqarıstan, Çexiya, Danimarka, Estoniya, Finlandiya, Fransa, Almaniya, Yunanıstan, Macarıstan, İslandiya, İrlandiya, İtaliya, Latviya, Litva, Malta, Hollandiya, Norveç, Polşa, Portuqaliya, Ruminiya, Slovakiya, İspaniya, İsveç və Sloveniyanın ali təhsil müəssisələrində Boloniya prosesinə keçilib. Onun sözlərinə görə, 2001-ci ildən Xorvatiya, Cənubi Kipr, Lixtenşteyn, Türkiyə, 2003-cü ildən Albaniya, Andora, Bosniya və Hersoqovina, Vatikan, Rusiya, Serbiya, Makedoniya, 2005-ci ildən başlayaraq Azərbaycan, Gürcüstan, Moldova və Ukraynanın universitetlərində Boloniya sis

ISO 9001 Belgelendirme Tetkiki

Resim
2004 yılından beri TS-EN-ISO 9001:2000 standardı çerçevesinde iş görmekte olan Qafqaz Üniversitetinde, 10-12 Aralık 2007 tarihleri arasında "ISO 9001 Belgelendirme Tetkiki", Baş Tetkikçi Hasan Demirtaş'ın rehberliğinde Qafqaz Üniversitesinde geçirilmiş olup, müspet intibalar ile tetkik tamamlanmıştır.

Heydər Əliyevsiz keçən 4 il

Resim
Heydər Əliyev kimi böyük tarixi şəxsiyyətlə dost olmaq nə qədər qürurvericidirsə, onu itirmək də o qədər ağırdır. İLHAN İŞBİLƏN“Zaman” qəzetinin ilk genəl müdiri İşimlə bağlı çox ölkələr gəzmişəm, çox insanlarla görüşmüşəm. Heydər Əliyev mənim tanıdığım insanlar arasında yüksək düşüncə qabiliyyəti, təmkini, tədbiri, səmimiyyəti ilə fərqlənib. O hələ Naxçıvanda olanda biz onun qapısını döydük. Naxçıvan çətin günlər yaşayırdı. Amma yerli əhalinin ürəyi rahat idi, təlaş keçirmirdi. Elə bil Heydər Əliyevin Naxçıvanda olmağı insanlara güvən duyğusu, əmniyyət hissi vermişdi. Muxtar Respublika o çətin illəri Heydər Əliyevlə birlikdə keçdi. Bu böyük insanın adının əzəməti, şəxsi keyfiyyətləri elə bil camaatın üzərindən hər cür qara-qorxunu, təhlükəni, ehtiyac hissini qovub aparırdı. Biz Naxçıvana qəzetçi kimi getdik. O dedi, biz yazdıq. Onun dediklərini Türkiyə ictimaiyyətinə çatdırdıq. Tövsiyəsi ilə Türkiyədə kampaniya keçirdik, Naxçıvana hər cür yardım göstərməyə çalışdıq. Göstərdik də. Məni

Heydər Əliyev Qafqaz Universitetində anılıb

Resim
Dünən Qafqaz Universitetində mərhum eks-prezident Heydər Əliyevin xatirəsinə həsr olunan tədbir təşkil edilib. Tədbiri giriş sözü ilə açan Qafqaz Universitetinin rektoru, professor Ahmet Sanic deyib ki, Heydər Əliyev müasir Azərbaycan dövlətçiliyinin əsaslarının yaradıcısıdır: "Heydər Əliyevin siyasi obrazı millətinin dövlətçilik şüurunun, tarixin sınağından şərəflə çıxan bütöv bir idarəçilik məktəbinin parlaq təcəssümüdür. Azərbaycan xalqı məhz Heydər Əliyevin sayəsində və bilavasitə rəhbərliyi altında tarixin ən sərt sınaqlarından keçib. Onun mütərəqqi və dünya standartlarına uyğun apardığı islahatlar nəticəsində ölkədə demokratik və hüquqi dövlət qurulub, iqtisadi müstəqilliyə nail olmaqla xalqın firavan gələcəyi üçün bütün təminatlar yaradılıb". Yeni Azərbaycan Partiyasının sədr müavini, partiyanın icra katibi Əli Əhmədov Heydər Əliyevin Azərbaycan xalqı qarşısında böyük xidmətlərindən danışıb: "Bunların sırasında ən əsası müstəqil Azərbaycan dövlətinin qurulmasıdır

Mükafatlandırma Mərasimi

Resim
6 Dekabr 2007 tarixində Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi tərəfindən təntənəli mükafatlandırma mərasimi keçirilmiş və hər tələbəmizə bir ədəd notebook hədiyyə edilmişdir Azərbaycan Respublikasında telefon rabitəsinin yaradılmasının 125 illiyinə həsr olunmuş «Ali məktəb tələbələri arasında informatika üzrə Ümumrespublika Olimpiadası» Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi, Heydər Əliyev Fondu, Təhsil Nazirliyi və AMEA-nın İnformasiya Texnologiyaları İnstitutu tərəfindən birgə keçirilimişdir. Olimpiadanın I mərhələsi 11.11.2007-ci il tarixdə, final mərhələsi isə 18.11.2007-ci il tarixində Azərbaycan Milli Elmlər Akademiyasının İnformasiya Texnologiyaları İnstitutunun Tədris Mərkəzində keçirilmişdir. Olimpiadada aşağıdakı üniversitetilərdən 24 komanda iştirak etmişdir. Qafqaz Universiteti Azərbaycan Dövlət Neft Akademiyası Azərbaycan Texniki Universitet Bakı Dövlət Universiteti Azərbaycan Dövlət İqtisad Universiteti Naxcivan Dovlet Universiteti Gəncə Dövlət Univers

Sovet dövründə Azərbaycan - Türkiyə münasibətləri

Resim
Qafqaz Universiteti, Qafqaz Araşdırmaları İnstitutunun təşkil etdiyi silsilə seminarlar çərçivəsində Professor Musa Qasımlı “Sovet dövründə Azərbaycan - Türkiyə münasibətləri” mövzusunda üniversitetin böyük seminar salonunda personal və tələbələr üçün seminer keçirmişdir. Bir müddət bundan əvvəl tarix elmləri doktoru Musa Qasımovun “SSRİ-Türkiyə münasibətləri” adlı kitabı işıq üzü görüb. Kitabda SSRİ-Türkiyə münasibətlərinin qaranlıq səhifələrinin müəyyən dövrləri tədqiq edilib. Bəs bu kitabın yazılması hansı zərurətdən doğdu? Sizi maraqlandıran bu və digər suallara cavab almaq üçün tarix elmləri doktoru, Bakı Dövlət Universitetinin professoru Musa Qasımovun Zaman qazetinde yayınlanan röportajınıokumaq gerekdir: http://www.zaman.az/site/shownews.php?news_id=7683

Ankaradan konuklar var...

Resim
Ankara İl Milli Eğitim Müdürü, Muratbey BALTA, Keçiören İl Milli Eğitim Müdürü Hüseyin YURTOĞLU, Keçiören Belediye Başkan Yardımcısı İbrahim TERZİOĞLU ve beraberindeki heyet 08.12.2007 tarihinde Qafqaz Üniversitesini ziyaret etmiştir.

Düşüncənin Düşünən Qonağı

Resim
Qafqaz niversitetinde, AMEA-nın müxbir üzvü, t.e.d. Prof. Rafiq Əliyevlə, Mədəniyyət Şöbəsinin nəzdində fəaliyyət göstərən Düşüncə klubunun təşkil etdiyi "Düşüncənin Düşünən Qonağı" adlı tədbir 30.11.2007 tarixində saat 12:00-da akt zalında keçirilmişdir.

Noyabr ayının 7-də Türkiyə prezidenti Abdullah Gül Azərbaycana səfəri çərçivəsində Qafqaz Universiteti yeni korpusunun təməlatma mərasiminə iştiraki

Qafqaz Talebelerinin yeni bir başarısı!

Resim
01.12.2007 tarihinde Azerbaycan Devlet İktisat Üniversitesinde Vergiler Bakanlığının Ali Mekteb talebeleri arasında 2.olimpiyat geçirilmiştir. Duyurusunun olimpiyadadan bir hafta önce gönderilmesinin akabinde 3 günlük çalışma programı sonucunda üniversitemizin Hukuk ve İİBF talebelerinden ibaret 15 kişilik takımın iştirak ettiyi olimpiyadada toplam 6 para ödülü ve Fahri diplom belirlenmiş,aynı zamanda sorulan 75 sorudan 50 puan üzeri toplayanların isimlerinin Vergiler Bakanlığının işe kabul sınavlarında degerlendirilmek üzere Bakanlığın bilgi bazasına dahil edilmişdir.Olimpiyadada 10 üniversiteden 140 talebe iştirak etmiştir.Cevaplar optik okuyucuyla okunmuş ve 109 kişinin çevap kartı geçerli sayılmıştır.Sonuclara göre toplam 6 ödülden 4 ödül ve Fahri Ferman Dövlet İktisat Üniversitesinin talebeleri, 2 ödül (150 AZN) ve Fahri fermanı ise üniversitemizin talebeleri İsrail İmanlı ve Faiq Kazımov kazanmıştır.50 puan üzeri toplayan toplam 17 öğrenciden 9 öğrenci Qafqaz, 5 öğrenci Dövlet İ

Qafqaz Universitetində konfrans keçirilib

Qafqaz Universitetində "Türk xarici siyasətində aktual məsələlər" mövzusunda konfrans təşkil olunub. Konfransda çıxış edən Qafqaz Universitetinin rektoru, professor Ahmet Sanic deyib ki, universitet 1993-cü ildə etibarən fəaliyyət göstərir. Bu təhsil müəssisəsində avtomatlaşdırılan riyaziyyat, riyaziyyat və informatika, biznesin təşkili, idarə edilməsi, menecment, maliyyə və kredit, beyəlxalq iqtisadi münasibətlər, iqtisadiyyatın hüquqi tənzimlənməsi, beynəlxalq hüquq, regionşünaslıq, politologiya, filologiya, tərcümə, ibtidai təhsilin pedaqogikası və metodikası ixtisasları üzrə mütəxəssislər hazırlanır. Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Hüseyn Avni Qarslıoğlu çıxışı zamanı Türkiyənin xarici siyasətindən, dünya dövlətləri ilə hərbi, siyasi və iqtisadi sahələr üzrə mövcud olan əlaqələrindən söz açıb. O bildirib ki, 1923-cü ildən müstəqillik əldə edən Türkiyənin hazırda dünyanın inkişaf etmiş bütün ölkələri ilə əməkdaşlığı mövcuddur: "Sağlam təməl

Güclü olmanın olmazsa-olmazları və səfirin diplomatik perspektivi

Resim
Enes Cansever, Zaman Azerbaycan, 01-12-2007 Bu yazımda iki ünvana səmimi təşəkkürlərimi çatdırmaq istəyirəm. Birincisi, rektor Ahmet Saniç başda olmaqla Qafqaz Universitetinə, ikincisi isə, Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Hüseyin Avni Karslıoğluna. “Qafqaz”a ona görə təşəkkür edirəm ki, artıq bu cür konfranslar keçirməyi ənənə halına gətirmişdir və biz bu konfranslardan çox şey öyrənir, çox şey götürürük. Böyükelçiyə ona görə təşəkkür edirəm ki, iki saatdan artıq vaxtını ayırıb, “Qafqaz”ın keçirdiyi sonuncu konfransın qonağı oldu və biz o görüşü böyük bir zövqlə dinlədik. Həqiqətən də, bu konfrans bizim üçün çox dəyərli bir görüş oldu. Demək olar ki, belə toplantılar bütün iştirakçılar, xüsusilə də, tələbə kontingenti üçün çox gərəkli və səmərəlidir. Çünki kifayət qədər diplomatik təcrübəyə sahib olan Karslıoğlu kimi bir böyükelçinin söylədikləri gələcəkdə bu sahəyə üz tutmağa hazırlaşan tələbələrin ruhunda, dünyagörüşündə müsbət mənada mühüm rol oynaya bilər

Türkiyə Respublikasının Azərbaycandakı səlahiyyətli və fövqəladə səfiri Hüseyin Avni Karslıoğlu Qafqaz Universitetinin qonağı olmuşdur

Resim
Türkiyə Respublikasının Azərbaycandakı səlahiyyətli və fövqəladə səfiri Hüseyin Avni Karslıoğlu 29.11.2007-ci il (perşembe) Universitetin qonağı olmuşdur. Rəsmi qonak ziyarəti sırasında saat 11:30-12:30 arasında Universitetin professor-müəllim heyəti ilə görüşərək “Türk xarici siyasətində aktual məsələlər” mövzusunda maraqlı söhbət aparmışdır.

T.C Devlet Bakanı Qafqaz Üniversitesini Ziyaret Etti

T.C Devlet Bakanı M.Said Yazıcıoğlu Qafqaz Üniversitesini Ziyaret Etti

"Qafqaz Şahinləri " Respublika birincisi olmuşdur

Azərbaycan Respublikasında telefon rabitəsinin yaradılmasının 125 illiyinə həsr olunmuş «Ali məktəb tələbələri arasında informatika üzrə Ümumrespublika Olimpiadası» Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi, Heydər Əliyev Fondu, Təhsil Nazirliyi və AMEA-nın İnformasiya Texnologiyaları İnstitutu tərəfindən birgə keçirilimişdir. Olimpiadanın I mərhələsi 11.11.2007-ci il tarixdə, final mərhələsi isə 18.11.2007-ci il tarixində Azərbaycan Milli Elmlər Akademiyasının İnformasiya Texnologiyaları İnstitutunun Tədris Mərkəzində keçirilmişdir. Olimpiadada aşağıdakı üniversitetilərdən 24 komanda iştirak etmişdir. Qafqaz Universiteti Azərbaycan Dövlət Neft Akademiyası Azərbaycan Texniki Universitet Bakı Dövlət Universiteti Azərbaycan Dövlət İqtisad Universiteti Naxcivan Dovlet Universiteti Gəncə Dövlət Universiteti 24 komandanın (hər komandada 3 tələbə) iştirak etdiyi olimpiadanın birinci mərhələsində 12 komanda finala vəsiqə qazanmışdır. Bu müsabiqədə Qafqaz Universiteti 4 komanda ilə təmsi

Bugünde Akşam Oldu

Qafqaz Üniversitesinde bir akşam daha oluyor. Güneş Ceyranbatan gölünün üzerinden dağlara yayılmış altın sarısı saçaklarını toplayarak yayaş yavaş çekiliyor. Qafqaz'dan bu güzelliğe bakma imkanı olanlar biraz sonra ayrı bir manzarayı seyretme fırsatı buluyorlar. Günün karmakarışık telaşından sonra iş bitiminden başlayarak huzura kavuşan gecenin dinginliği ve Hırdalan'ın evlerinden süzülen ışıkların üzerinde tepelerin koyu karanlığını aydınlatan Ayışığının Sonsuz'dan haber verircesine latif görüntüsü insanı rahatlatıyor.

İki ülkenin önemli bağı - Video

Resim
Türk girişimcileri tarafından Azerbeycan'da kurulan Kafkas Üniversitesi başarısıyla herkesin takdirini kazanıyor.Yeni eğitim binasının temelini Cumhurbaşkanı Abdullah Gül'ün attığı üniversite Azerbaycan ile Türkiye arasındaki kardeşlik ve kültürel bağları güçlendiriyor. Video Linki: http://www.samanyoluhaber.com/haber-78727.html

Qafqaz Üniversitesi Kampüs Planı

Resim
Giriş Umumi Görünüş Genel Yerleşim Amfi Tiyatro

Abdullah Gül: "Qafqaz Universiteti Türkiyə və Azərbaycan qardaşlığının ən parlaq rəmzidir"

Resim
Noyabr ayının 7-də Türkiyə prezidenti Abdullah Gül Azərbaycana səfəri çərçivəsində Qafqaz Universitetinin yeni korpusunun təməlatma mərasimində iştirak edib. Təməlatma mərasimində Abdullah Güllə yanaşı, onun xanımı Nayrunnisa Gül, Türkiyənin dövlət nazirləri Gürşad Tüzmən, Himet Çubukçu, Azərbaycanın baş nazirinin müavini Abid Şərifov, təhsil naziri Misir Mərdanov, Xırdalan şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov, "Çağ" Öyrətim MM-nin İdarə Heyətinin sədri Ənvər Özərən, millət vəkilləri və işadamları da iştirak edib. Tədbirdə çıxış edən Qafqaz Universitetinin rektoru professor Ahmet Sanic deyib ki, universitet 1993-cü ildə etibarən fəaliyyət göstərir. Bu təhsil müəssisəsində avtomatlaşdırılan riyaziyyat, riyaziyyat və informatika, biznesin təşkili, idarə edilməsi, menecment, maliyyə və kredit, beynəlxalq iqtisadi münasibətlər, iqtisadiyyatın hüquqi tənzimlənməsi, beynəlxalq hüquq, regionşünaslıq, politologiya, filologiya, tərcümə, ibtidai təhsilin pedaqogikası və meto

Cumhurbaşkanı Gül'e, Kafkas Üniversitesi'nde Türk bayraklı coşkulu karşılama

Resim
Cumhurbaşkanı Abdullah Gül, Bakü'de Çağ Öğretim İşletmeleri Şirketi tarafından kurulan Kafkas Üniversitesi'nin yeni eğitim binalarının temelini attı. Gül, yaz aylarında bitirilen binaların da resmi açılışını gerçekleştirdi. Törene, Cumhurbaşkanı Gül'ün eşi Hayrünnisa Gül, Devlet Bakanı Kürşat Tüzmen, Azerbaycan Milli Eğitim Bakanı Mısır Merdanov ve diğer yetkililer katıldı. Gül, Kafkas Üniversitesi kampüsüne gelişinde ellerinde Azerbaycan ve Türk bayraklarıyla yoğun sevgi gösterisinde bulunan öğrenciler tarafından karşılandı. 1993 yılında hizmete giren Kafkas Üniversitesi'nde 2 bin öğrenci eğitim görüyor. Ülkenin kampüse sahip tek üniversitesi olma özelliğini de taşıyan Kafkas Üniversitesi'nde öğrencilerin barınması için de yurtlar bulunuyor. ARAMIZDAKİ İŞBİRLİĞİNİN EN İYİ ÖRNEĞİ Cumhurbaşkanı Abdullah Gül, törende yaptığı konuşmada, Kafkas Üniversitesi'nin, Türkiye ve Azerbaycan arasındaki işbirliğinin en iyi simgelerinden biri olduğunu vurguladı. Gül, "S

“Qafqaz” universiteti Azərbaycan və Türkiyə arasında ən sağlam körpüdür.

Resim
“Biz bir millət, iki dövlətik”. Heydər Əliyev Azərbaycan-Türkiyə dostluğu və qardaşlığı əbədidir, sarsılmazdır. Heydər Əliyev “Azərbaycanın sevinci sevincimiz, kədəri də kədərimizdir”. Mustafa Kamal Atatürk

Türkiyə prezidenti Qafqaz Universitetinin tədris binasının açılış və yeni korpuslarının təməlqoyma mərasimində iştirak edib

Resim
Azərbaycanda ilk rəsmi səfərdə olan Türkiyə prezidenti Abdulla Gül bu gün Qafqaz Universitetinin tədris binasının açılış və yeni korpuslarının təməlqoyma mərasimində iştirak edib. APA -nın xəbərinə görə, tədbiri açıq elan edən Qafqaz Universitetinin rektoru Əhməd Saniç bildirib ki, bu ali təhsil müəssisəsində hüquq, iqtisadi, mühəndis və pedaqogika ixtisasları üzrə 2400 tələbə təhsil alır. Azərbaycanın təhsil naziri Misir Mərdanov Qafqaz Universitetində tələbələrə yüksək səviyyəli təhsil verildiyini deyib. Türkiyə prezidenti Abdulla Gül Qafqaz Universitetinə gəlişini “Azərbaycan-Türkiyə münasibətlərinin ən yaxşı simvolu” adlandırıb: “Bizim əlaqələrimiz təkcə siyasi, iqtisadi və hərbi sahələrdə deyil, həm də təhsil və mədəniyyət sahələrində də inkişaf edir”. A.Gül universitet məzunlarının Azərbaycanın gələcəyində mühüm rol oynayacağına əminliyini vurğulayıb. Daha sonra Qafqaz Universitetinin yeni korpusların təməlqoyma mərasimi keçirilib, Türkiyə prezidenti tədris binasına baxış keçiri

TÜRKİYƏ PREZİDENTİ ABDULLAH GÜL “QAFQAZ” UNİVERSİTETİNİN YENİ KORPUSUNUN TƏMƏLİNİN QOYULMASI MƏRASİMİNDƏ İŞTİRAK ETMİŞDİR

Resim
AzərTAc xəbər verir ki, noyabrın 7-də Türkiyə Respublikasının Prezidenti Abdullah Gül, onun xanımı və dost ölkənin nümayəndə heyətinin üzvləri “Qafqaz” Universitetində olmuşlar. Türkiyə Prezidenti bu təhsil müəssisəsinin korpusunun təməlinin qoyulması və əsas tədris korpusunun açılış mərasimində iştirak etmişdir. Milli Məclisin deputatları, bu ali məktəbin professor-müəllim heyəti və tələbələri Türkiyə dövlətinin başçısını və onu müşayiət edən şəxsləri hərarətlə salamladılar. Hər iki ölkənin dövlət himnləri səsləndi. Mərasimdə çıxış edən “Qafqaz” Universitetinin rektoru, professor Əhməd Saniç, Türkiyənin “Çağ öyrətim işlətmələri” şirkətinin prezidenti Ənvər Özərən, Azərbaycanın təhsil naziri Misir Mərdanov iki qardaş ölkənin təhsil sahəsində səmərəli əməkdaşlığının son dərəcədə yüksək səviyyədə olduğunu vurğuladılar. Bildirildi ki, türk liseylərində təhsil alan şagirdlər beynəlxalq fənn olimpiadalarında Azərbaycanı uğurla təmsil edirlər. Prezident Abdullah Gül öz çıxışında bu tədris m

Kafkas Üniversitesi, bölgenin Harvard'ı olacak

Resim
Üniversiteye gelişte ellerinde Türkiye ve Azerbaycan bayrakları bulunan öğrencilerin yoğun sevgi gösterisiyle karşılaşan Cumhurbaşkanı, Türk girişimciler tarafından yurtdışında açılan okulların önemine vurgu yaptı. Türk okullarında yetişen gençlerin, bulundukları ülke ile Türkiye arasında sağlam köprüler oluşturacağını kaydeden Gül, "Bu okulları teşvik eden, destekleyen ve emeği geçen herkese teşekkür ediyorum." dedi. Kafkas Üniversitesi'nin, yalnızca Azerbaycan'ın değil bölgenin bilim merkezi olacağını vurgulayan Gül, üniversiteyi gezerek şeref defterini de imzaladı. Çeşitli dallarda alınan madalyalara işaret eden Gül, "Bunlar bir kez daha gösteriyor ki, bu üniversite sadece Azerbaycan'ın değil Kafkas'ın Harvard'ı olacaktır." dedi. Cumhurbaşkanı Abdullah Gül, Azerbaycan'ın başkenti Bakü'de Çağ Öğretim İşletmeleri Şirketi tarafından kurulan Kafkas Üniversitesi'nin yeni eğitim binalarının temelini attı. Gül, yaz aylarında bitirilen bi

Qafqaz Universitetində beynəlxalq konfrans keçirildi

Resim
Dünən Qafqaz Universitetində "Elm və təhsildə informasiya-kommunikasiya texnologiyalarının tətbiqi" mövzusunda ikinci beynəlxalq konfrans keçirilib. Qeyd edək ki, sözügedən konfransın keçirilməsində əsas məqsəd informasiya-kommunikasiya texnologiyalarının inkişafı ilə əlaqədar son nailiyyətləri, elm və təhsildə tətbiqi ilə əlaqədar vacib məsələlərin həllini müasir səviyyədə araşdırmaq və müzakirə etməkdir. Konfransda Azərbaycandan 137, Türkiyədən 26, İrandan 6, Qırğızıstandan 3, Moskvadan 1, Ukraynadan isə 1 nəfər nümayəndə iştirak edir. Konfransda çıxış edən Qafqaz Universitetinin rektoru, professor Ahmet Sanic vurğulayıb ki, informasiya axınının güclənməsi çoxlu elmi-texniki, sosioloji və siyasi aspektlərdən ibarət mürəkkəb bir proseslə əlaqədardır. Bu prosesi müvəffəqiyyətlə başa vurmaq üçün tələb olunan ehtiyaclardan düzgün istifadə edilməli və bu istiqamətdə kompleks tədbirlər həyata keçirilməlidir. Təhsil nazirinin müavini Elmar Qasımov qeyd edib ki, qloballaşmanın sür

Qafqaz Universitetində Türkiyənin Cümhuriyyət bayramı qeyd olunub

Resim
Qafqaz Universitetində Türkiyə Cümhuriyyətinin qurulmasının 84-cü ildönümu münasibətilə tədbir təşkil edilib. Tədbirdə çıxış edən Qafqaz Universitetinin rektoru professor Ahmet Sanic Türkiyə Cümhuriyyətinin qurulmasından danışaraq deyib ki, türk xalqının milli azadlıq mübarizəsi 1919-cu ildən başlayıb. Müstəqilliyi uğrunda mübarizə aparan türk xalqının başında isə Birinci Dünya müharibəsi döyüşlərində bir sıra hərbi əməliyyatlara rəhbərlik etmiş, Osmanlı ordusunun generalı Mustafa Kamal Atatürk başçılıq edib. Onun sözlərinə görə, Atatürkün ən böyük arzusu milli istiqlaliyyət elan etmək, Qərb modelinə uyğun yeni Türkiyə dövləti yaratmaq idi: "O, bu arzusuna çatmaq üçün xalqı ilə birgə mübarizəyə başlayıb. Generalın çağırışı ilə qadınından, kişisindən asılı olmayaraq hər kəs bir mehmetçik olub milli azadlıq uğrunda mübarizəyə başlayıb. Mustafa Kamal torpağını işğal etməyə gələn düşmənə də dostcasına yanaşıb, hər bir yadellinin qəlbində türkə sevgi yaradıb. Məhz ona görə də çox keç

Qafqaz Universitetində "Hüquq mədəniyyəti" adlı seminar keçirilib

Resim
Bu günlərdə Qafqaz Universitetində "Hüquq mədəniyyəti" adlı seminar təşkil edilib. Seminarda çıxış edən "Simurq" Assosiasiyasının prezidenti, professor Fuad Məmmədov deyib ki, Qafqaz Universitetində mütəmadi olaraq müxtəlif mövzulu seminarlar təşkil edilir. Bu seminarlarda tələbələrlə yanaşı yüksək ixtisaslı mütəxəssislər, peşəkarlar da iştirak edir. Onun sözlərinə görə, bu kimi seminarların təşkili orada müzakirə edilən mövzular haqqında tələbələrin daha ətraflı məlumat almasına şərait yaradır: "Budəfəki "Hüquq mədəniyyəti" adlı seminarda əsasən mədəniyyət mövzusu önə çəkilib. Mədəniyyətimizin mövcud durumu, probemləri, inkişafı istiqamətində atılan addımlar bizim əsas müzakirə mövzumuzdur. Məlum məsələdir ki, Azərbaycan mədəniyyəti, mədəni irsi ilə bütün dünyada tanınır. Mədəniyyət xalqı yaşadan ikinci nəfəsdir. Bunu unutmamalıyıq və hər vasitə ilə xalqımızın indiyədək qoruyub saxladığı mədəni irsini daha da inkişaf etdirməliyik. Mədəniyyət geniş an

Türkiyənin mədəniyyət və turizm naziri Qafqaz Universitetində

Resim
Bu günlərdə ölkəmizdə səfərdə olan Türkiyənin mədəniyyət və turizm naziri Ərtoğrul Günay və onun başçılıq etdiyi nümayəndə heyəti Qafqaz Universitetinin tələbə və müəllim kollektivi ilə görüşüb. Qeyd edək ki, nazir Ə.Günay və onun başçılıq etdiyi nümayəndə heyəti şair Almas İldırımın 100 illiyinə həsr olunan yubiley tədbirlərində iştirak etmək üçün Azərbaycana gəlib. Görüş zamanı türkiyəli qonaqlara Qafqaz Universiteti barədə ətraflı məlumat verən Universitetin rektoru professor Ahmet Sanic deyib ki, bu təhsil müəssisəsi 1993-cü ildə fəaliyyətə başlayıb. Onun sözlərinə görə, Universitet Türkiyə və Azərbaycanın elmi-texniki və pedaqoji potensialını birləşdirərək yüksək səviyyəli mütəxəssislər hazırlayır. Avropada geniş istifadə olunan Boloniya sisteminin tətbiq edildiyi universitetdə dərslər Azərbaycan dilində keçilir. Bəzi fənlər isə türk və ingilis dillərində tədris olunur. A.Sanic vurğulayıb ki, Qafqaz Universitetində mühəndislik, iqtisadiyyat və idarəetmə, hüquq, filologiya fakültə

Qafqaz Universiteti əməkdaşlıq müqaviləsi bağlayıb

Qafqaz Universitetində Şimali Kipr Türk Cümhuriyyətinin Doğu Ağdəniz Universitetinin Strateji Araşdırmalar Mərkəzinin rəhbəri Hakkı Atun və onun rəhbərlik etdiyi nümayəndə heyyəti ilə görüş keçirilib. Tədbirdə çıxış edən Mərkəzin rəhbəri Hakkı Atun deyib ki, hazırda Doğu Ağdəniz Universitetində 70 ölkədən 2500 tələbə təhsil alır. Ağdəniz Universitetində çalışan 35 əcnəbi müəllimdən 10 nəfəri azərbaycanlıdır. H.Atun vurğulayıb ki, universitet tərəfindən verilən diplomlar həm Türkiyədə, həm də Avropada tanınır. Azərbaycanlı tələbələr Ağdəniz Universitetini bitirib diplom aldıqdan və ölkələrinə gəldikdən sonra onların diplomları Təhsil Nazirliyi tərəfindən təsdiqlənir: "Universitetimiz Avropa və Dünya Universitetlər Birliyinin, İslam Ölkələri Universitetləri Birliyinin üzvüdür. Bu baxımdan bizim məzunlara verdiyimiz diplomlar demək olar ki, bütün Avropa ölkələrində qəbul edilir. Ağdəniz Universitetində doktorluq proqramları mövcuddur. Buna görə də azərbaycanlıların keyfiyyətli ali tə

Alman tələbələr Universitetimizdə

Resim
Universitetimiz DAAD (Deutshce Akademischer Austausch Dienst) qurumunun dəstəyi ilə Almaniyanın müxtəlif universitetlərində təhsil alan 17 tələbə üçün Yay məktəbi təşkil edib. Yay məktəbində tələbələrə Dağlıq Qarabağ problemi, Azərbaycanın dövlət quruluşu, tarixi, adət-ənənələri, musiqi və söz sənəti ilə bağlı ətraflı məlumatlar verilir. Tələbələrlə Qafqaz Universitetində görüşə gələn Almaniyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Peer Stankina ölkələrimiz arasındakı mövcud siyasi və iqtisadi əlaqələr barədə danışıb. O bildirib ki, Azərbaycan qədim tarixi köklərə malik bir ölkədir. Səfirin sözlərinə görə, Almaniya Azərbaycanın müstəqilliyini tanıyan ilk ölkələrdən biridir. Hər iki ölkə arasında əməkdaşlıq əlaqələri mövcuddur və Almaniya Dağlıq Qarabağ münaqişəsinin həllində Azərbaycana istənilən dəstəyi göstərməyə hazırdır: "Biz ümid edirik ki, bu münaqişə tez bir zamanda öz həllini tapacaq və Azərbaycanın ərazi bütövlüyü təmin olunacaq". P.Stankina vurğulayıb ki

"Çağ" Öyrətimin uğurlar barədə hesabat verdi.

Resim
Qafqaz Universitetində 2007-2008-ci dərs ilinin başlanmasına həsr edilən "Yüksələn təhsilimizin Bayraqdarı - Azərbaycan Məktəblisi" layihəsinin təqdimetmə mərasimi keçirilib. Mərasimdə çıxış edən "Çağ" Öyrətim İşlətmələri Azərbaycan-Türkiyə Özəl Liseyləri Baş İdarəsinin rəisi Adəm Önəl deyib ki, Baş İdarə 10 lisey, 1 gimnaziya, 1 ibtidai məktəb, 10 ali təhsilə hazırlıq kursları və 1 universiteti özündə birləşdirir. Bunlar Ağdaş, Quba, Bakı, Dədə Qorqud, Əli-Bayramlı, Gəncə, Lənkəran, Mingəçevir, Sumqayıt, Şəki özəl türk liseyləri, Qafqaz özəl gimnaziyası və Qafqaz ilk öyrətim məktəbidir. Onun sözlərinə görə, sözügedən təhsil müəssisələrində təlim-tərbiyə təhsil standartlarına uyğun aparılır. Əsas təhsil dili Azərbaycan dili olmaqla, təbiət fənləri ingiliscə tədris edilir: "Müəssisələrdə şagirdlər dünya standartlarına uyğun hər cür xidmətlərlə əhatə olunur. Burada müasir tipli kitabxana, fənn otaqları, laboratoriyalar, kompüter, video və audiozallar mövcuddur.

Yeni dərs ili başladı

Resim
Qafqaz Universitetində Bilik gününə və yeni dərs ilinin başlanmasına həsr olunmuş tədbirdə Azərbaycan və Türkiyə respublikalarının dövlət himnləri səslənmişdir. Universitetin rektoru, professor Əhməd Saniç, “Çağ” Öyrətim İşlətmələri Şirkətinin prezidenti Ənvər Özərən çıxış edərək, müdrik dövlət xadimi Heydər Əliyevin təhsilimizin inkişafına daim böyük önəm verdiyini, ümummilli liderimizin ideyalarının Prezident İlham Əliyev tərəfindən ardıcıl həyata keçirildiyini bildirmişlər. Diqqətə çatdırılmışdır ki, bu il universitetin birinci kurs tələbəsi adını qazanan gənclərdən 30 nəfəri qəbul imtahanlarında 600-dən çox bal toplamışdırDigər natiqlər də yeni dərs ili münasibətilə xoş arzularını söyləmişlər. Sonra qəbul imtahanlarında yüksək bal toplamış tələbələrə hədiyyələr verilmişdir. Azərtac

Hər 25 gündə bir medal qazanmaq mümkünmüş

”Çağ” Öyrətim Şirkəti srağagün “Gülüstan” sarayında keçirilən təntənəli mərasimdə Azərbaycan xalqı qarşısında fəaliyyətinin 15 ilinin hesabatını verdi. 15 il kiçik bir zaman müddəti deyil. Ən azı ona görə ki, Azərbaycanın sonuncu müstəqillik yaşından cəmi bir il azdır bu rəqəm. Digər tərəfdən isə “Çağ”ın bu dövr ərzində əldə etdiyi nailiyyətlər bu rəqəmi olduqca böyük göstərir. Sadəcə beynəlxalq bilik yarışlarından, fənn və layihə olimpiadalarından gətirilən medalların sayı 200-ü keçib. Ortalama olaraq hər ilə 14 medal düşür. Yəni “Çağ” fəaliyyət göstərdiyi 15 il ərzində hər 25 gündə bir medal qazanıb. Bu, Azərbaycan bayrağının hər il 14 dəfə beynəlxalq səhnələrdə dalğalanması, ölkəmizin ən ali səviyyədə təbliğatının aparılması deməkdir.”Çağ”ın uğuru yalnız medal qazanmaqla yekunlaşmır. Bu şirkətin liseylərində milli dəyərlərə əsaslanan və eyni zamanda ümumbəşəri dəyərləri mənimsəyən insanlar yetişdirilir. Şirkət 15 il ərzində yüzlərlə məzun yola salıb. Bunların bir qismi Azərbaycanda

"Çağ" Öyrətim Şirkətinin 15 illik yubleyi qeyd olundu

Resim
Hüseyn Avni Karslıoğlu: "Şirkət uğurlu fəaliyyəti ilə iki qardaş ölkənin əlaqələrinin inkişafına öz töhfəsini verməkdədir" "Çağ" Öyrətim Şirkəti "Gülüstan" sarayında "Etimada sədaqətlə - 15 il" təntənəli yubiley mərasimi keçirildi. Tədbiri "Çağ" Öyrətim İşlətmələri idarə heyətinin sədri Ənvər Özərən açaraq, Azərbaycandakı fəaliyyətləri haqqında geniş məlumat verdi. O, bildirdi ki, şirkət Azərbaycanda ümummilli lider Heydər Əliyevin xeyir-duası ilə fəaliyyətə başlayıb və ötən dövr ərzində onun etimadını doğrultmağa çalışır. Həmçinin, Ə. Özərən Azərbaycanın təhsil sisteminin inkişafı üçün gələcəkdə də uğurla işləyəcəklərini söylədi. Sonra söz təhsil naziri Misir Mərdanova verildi. O, çıxışında "Çağ" Öyrətim Şirkətinin 15 il Azərbaycan xalqına şərəflə xidmət etdiyini bildirdi: "Azərbaycanda fəaliyyətə başlayan şirkət hazırda xarici ölkələrdə də uğurla iş aparır. Müəssisənin tərkibində olan liseylər, universitet Azərbaycan h

"Çağ" 15 ildir müstəqil Azərbaycanla qoşa addımlayır

Resim
ƏNVƏR ÖZƏRƏN: "QARABAĞDAKI HAQLILIĞIMIZI GÜCLÜ İNSANLAR YETİŞDİRMƏKLƏ SÜBUT EDƏ BİLƏRİK" "Biz Azərbaycanda çox çətin dönəmlərdə işə başladıq. 1992-ci ildə Naxçıvan blokada şəraitində, digər tərəfdən torpaqlar işğal olunmuş və qaçqınlar var idi... Amma heç bir xalqın inkar etmədiyi bir iş var idi ki, hansı şərait olursa, olsun, təhsil işinə böyük önəm verilməlidir. Çünki xalq cəhalətdən qurtararsa, yaxşı bilik alarsa beynəlxalq aləmdə də bizi təmsil edəcək insanlar yetişər. Qarabağ məsələsindəki haqlılığımızı dünyaya, diasporamızı güclü tutacaq insanlar yetişdirməklə sübut edə bilərik. O zaman da "Çağ" Öyrətim İşlətmələri Şirkəti qarşısına bu məqsədi qoyaraq Azərbaycanda fəaliyyətə başladı". Məlumdur ki, 1992-ci ildə Azərbaycan xalqı ağır durumla üz-üzə qalmışdı. Ölkənin bütün sferalarında özbaşınalıq duyulur, siyasi, iqtisadi, sosial, mədəniyyət sahələrində tənəzzül hökm sürürdü. Məhz bu ərəfədə qardaş Türk xalqının nümayəndələri yenidən bizə öz yardım əll