14 Mart 2007 Çarşamba



“Qafqaz”ın cazibəsi "

Sentyabrın 15-də Qafqaz Universitetində yeni dərs ilinin başlanması münasibətilə keçirilən tədbirin iştirakçısı oldum. Həmişəkindən fərqli olaraq, bu dəfə tədbirə qəzetçi kimi yox, valideyn kimi qatılmışdım. Universitetin əzəmətli binası önündə çıxış edənlərin sadaladıqları uğurlar məni ötən illərə qaytardı. Hələ 1992-ci ildə Türkiyədən aldığımız tapşırıq əsasında Azərbaycanda univerisitet açmağın şərtlərini araşdırmaq üçün informasiya şöbəsinin o vaxtkı müdiri Nədim Yalçınla işə başlamağımız yadıma düşdü. Sonralar öyrəndim ki, redaksiyamıza müraciət edən Qafqaz Universitetinin qurucuları olublar. Mənə Qafqaz Universitetinə ilk qəbul imtahanlarında nəzarətçi olmaq da qismət olub. O vaxt test üsulu ilk dəfə tətbiq edilirdi və bu universitet qə ilk qəbulunu özü müstəqil keçirmişdi. Bizə - sovet ideologiyası içərisində böyümüş uşaqlara nəzarətçi funksiyasını yerinə yetirmək haqqında verilən təlimatları indi də xatırlayıram. Çox ciddi şəkildə tapşırdılar ki, uşaqlara köçürmək, kənardan kömək almaq imkanları yaratmaq haqqında düşünmək belə olmaz. “Elmdə güzəşt olmaz” dedilər. Yaxşı yadımdadır, o vaxt nəzarət etdiyim auditoriyada tanıdığım bir abituriyent var idi. Gözü üzümdə qalmışdı, hiss edirdim ki, məndən kömək umur. Amma bu mümkün deyildi. Və həmin abituriyent qəbul olmadı. Amma sonrakı ildə uğur qazanıb “Qafqaz”ın tələbəsi oldu. Hazırda da “Qafqaz”da işləyir. Həmin tədbirdə gəlib mənimlə çox səmimi görüşdü. O vaxt “pislik” etdiyim abituriyent indi həmin “pisliyə” görə mənə təşəkkür etdi və dedi ki, həqiqətən, burada güzəştin olmaması axırda mənim özümü buraya gətirdi. Bunları niyə xatırlayıram? Əvvəla ona görə ki, bu universiteti ilk günlərdən tanımışam və onun haqqında, elə bilirəm ki, söz deməyə mənim də haqqım var. İkincisi, güzəşt sözünün nə qədər təzadlı məna çalarına malik olduğunu mən Qafqaz Universitetində gördüm, keçirilən son tədbirdə daha dərindən anladım. İndi mən sizə qətiyyətlə deyirəm ki, Qafqaz Universitetində güzəşt yoxdur. Və yenə də qətiyyətlə deyirəm ki, ən böyük güzəştlər “Qafqaz”dadır. Ziddiyyətli fikirdir, deyilmi? Amma, zənnimcə, həm də məntiqlidir. “Güzəşt yoxdur” fikrini yuxarıda anlatmağa çalışdım. Bəlkə bir qədər inandırıcı deyil, amma universitetin tələbələri, yəqin ki, bu güzəştsizliyi təsdiq edərlər. İndi də gələk ən böyük güzəştlərin Qafqaz Universitetində olması fikrinə. TQDK-nın nəşr etdiyi “Abituriyent” jurnalında ölkədə fəaliyyət göstərən bütün universitetlərdə təhsil haqqının miqdarı haqqında məlumatlar dərc olunub. Özəl universitetlərin hamısında təhsilin müəyyən qiyməti var. Yəni hansı özəl ali müəktəbə qəbul olmağından asılı olmayaraq, mütləq məyyən miqdarda təhsil haqqı ödəməlisən. Amma Qafqaz Universiteti daxili qayda tətbiq eləyib. Qəbul imtahanında 551-dən artıq bal toplayanlar üçün təhsil ödənişsizdir. Hələ bu harasıdır? 600-dən artıq bal toplayan tələbələrə təqaüd də verilir. O günkü tədbirdə bu il Qafqaz Universitetinə 686 bal toplayaraq III qrup üzrə birinci nəticə göstərmiş Gülnar Zülfüqarovaya “Noutbuk” (portativ bilgisayar) hədiyyə edildi. 676 bal toplamış Səmayə Orucova Qafqaz Universitetini seçdiyinə görə bilgisayar qazandı. O gün hədiyyə alanların hamısı haqqında məlumat versəm, bu köşədə yer qalmaz. Təkcə onu deyim ki, bu il Qafqaz Universitetinə daxil olmuş 280 nəfərdən 50-si 551-dən artıq bal topladığı üçün pulsuz təhsil alacaq. Nəzəri cəhətdən həmin tələbələrin sayı elə 280 nəfər də ola bilərdi. Bu halda Qafqaz Universiteti bütünlüklə ödənişsiz ola bilərdi. Bax budur güzəşt!!! Bu qayda heç dövlət universitetlərində də yoxdur. Elmdə güzəşt yoxdur, maddi güzəştləri boldur. Deməli, tələbənin bir işi var - yaxşı oxumaq. Yaxşı oxu, yaxşı mütəxəssis ol. Ölkə də qazansın, sən də. Budur “Qafqaz”ın cazibəsi.
www.zaman.az

“ƏSRİN LAYİHƏSİ” ADLİ SEMİNAR

Qafqaz Universitetinde ayliq seminarlar silsilesinden olan novbeti seminar keçirildi. Universitetin rektoru Prof. Dr. Ahmet SANİÇ qonaqları salamlayaraq Azərbaycanın regionda mühüm rolundan danışdı. Universitetin qonağı TUSIAB Yönetim Kurulu Başkanı Dr. Bataçar BAYSAL dünyanın neftə olan təlabatından, dünyanın neft ehtiyyatlarından, Azərbaycan neft stragediyasından, əsrin müqaviləsindən, geniş bəhs etdi. Dünyada ixrac olunan neftin 6 %-i Azərbaycanın payına düşür. Dr. Bataçar BAYSAL çıxışında dünya üzrə ilk neft ixrac edən Azərbaycan olduöunu qeyd etdi.. 1872-ci ildə dünyada ixrac olunan neftin 50 %-i Azərbaycanın payına düşürdü. 20.09.1994-cü ildə H. Əliyevin təşəbbüsü ilə imzalanan “ƏSRİN MÜQAVİLƏSİ” dünyanın Azərbaycana marağını artırdı. Pay bölğüsünə ğörə ABŞ 36.35%, Böyük Britaniya 19.21%, Azərbaycan və Rusiya 10 %, Norveç 8.56 %,Yaponiya 7.45 %, Türkiyə 6.75 %, S.Ərəbistanı 1.68% təyin olunmuşdur. Hazırda Azərbaycan dünya neft siyasətində önəmli yer tutur. H. Əliyevin neft siyasətini perzident İ. Əliyev layiqincə davam etdirir. Son olaraq Dr. Bataçar BAYSAL tələbələrin suallarıı cavablandırdı.


13 Mart 2007 Salı

Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin rəisi Arif Qaraşov Qafqaz Universitetində

Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin rəisi Arif Qaraşov Qafqaz Universitetində
görüş keçirib. Görüşdə gələcəkdə Qafqaz Universitetində Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin fəaliyyət istiqamətləri üzrə kadrların hazırlanması imkanları nəzərdən keçirilib. Bu barədə məlumatı AZADİNFORM-a Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən veriblər. “Çağ-Öyrətim” şirkətinin prezidenti Ənvər Özerenin təşəbbüsü ilə keçirilən görüşdə universitetin rektoru Əhməd Sanıc fakültələr, ixtisaslar, tələbə və müəllim korpusu haqqında məlumat verib. “Qafqaz Universiteti Azərbaycanda fəaliyyət göstərən ən böyük özəl təhsil müəssisələrindən biridir. Universitetdə 2200 tələbə təhsil alır. Burada Malayziyadan, Türkiyədən, Orta Asiya respublikalarından gəlmiş 400-dən çox tələbə müxtəlif ixtisaslara yiyələnir. Universitetdə hüquq, kompyuter və sənaye mühəndisliyi, dövlət və bələdiyyə idarəetməsi, pedaqoji və s. bu kimi gərəkli ixtisaslar öyrədilir. Bu təhsil ocağı 40 mindən çox kitabın toplandığı zəngin kitabxanaya malikdir”,-deyə Ə.Sanıc əlavə edib. Görüşdə Qafqaz Universitetində xəritəçəkmə, geodeziya, kadastr məsələləri ilə bağlı yeni ixtisasların, fakültələrin yaradılması perspektivi araşdırılıb.

Qafqaz Universitetində Qadınlar günü





adlı tədbir təşkil edilib. Tədbiri giriş sözü ilə açan Universitetin müdiri, professor Ahmet Sanic deyib ki, qadınlar dünyanın ən zərif, eyni zamanda ən güclü varlıqlarıdır: "Bu gün qadınlar cəmiyyətdə öz layiqli yerlərini tutublar. Onlar elm, mədəniyyət, iqtisadiyyat və digər sahələrdə öz bacarıqlarını sınayır və işlərin öhdəsindən layiqincə gəlirlər". A.Sanicin sözlərinə görə, qadınlara hər zaman cəmiyyətdə layiqincə qiymət verilməli, onlar daim diqqət mərkəzində saxlanılmalıdır. Tədbirdə çıxış edən millət vəkili Rəbiyyət Aslanova deyib ki, əvvəlki dövrlərə nisbətən indi Azərbaycan cəmiyyətində qadınlar daha fəal mövqe tuturlar. Dövlət üçün böyük əhəmiyyət kəsb edən tədbirlər həyata keçirir, Azərbaycan gerçəkliklərini dünya ictimaiyyətinin nəzərinə çatdırırlar: "Bu gün parlamentdə kişilərlə yanaşı, qadın millət vəkilləri də əyləşiblər. Onlar qanunların qəbulu zamanı fəallıq göstərir, təkliflər irəli sürür, vətəndaşlıq mövqeyindən çıxış edirlər". Sonra R.Aslanovaya A.Sanic tərəfindən Qafqaz Universitetinin fəxri diplomu təqdim olunub. Tədbir Universitet tələbələrinin iştiraki ilə keçirilən bədii hissə ilə davam etdirilib.
SEVİNC