Kayıtlar

Haziran, 2007 tarihine ait yayınlar gösteriliyor

Hər 25 gündə bir medal qazanmaq mümkünmüş

”Çağ” Öyrətim Şirkəti srağagün “Gülüstan” sarayında keçirilən təntənəli mərasimdə Azərbaycan xalqı qarşısında fəaliyyətinin 15 ilinin hesabatını verdi. 15 il kiçik bir zaman müddəti deyil. Ən azı ona görə ki, Azərbaycanın sonuncu müstəqillik yaşından cəmi bir il azdır bu rəqəm. Digər tərəfdən isə “Çağ”ın bu dövr ərzində əldə etdiyi nailiyyətlər bu rəqəmi olduqca böyük göstərir. Sadəcə beynəlxalq bilik yarışlarından, fənn və layihə olimpiadalarından gətirilən medalların sayı 200-ü keçib. Ortalama olaraq hər ilə 14 medal düşür. Yəni “Çağ” fəaliyyət göstərdiyi 15 il ərzində hər 25 gündə bir medal qazanıb. Bu, Azərbaycan bayrağının hər il 14 dəfə beynəlxalq səhnələrdə dalğalanması, ölkəmizin ən ali səviyyədə təbliğatının aparılması deməkdir.”Çağ”ın uğuru yalnız medal qazanmaqla yekunlaşmır. Bu şirkətin liseylərində milli dəyərlərə əsaslanan və eyni zamanda ümumbəşəri dəyərləri mənimsəyən insanlar yetişdirilir. Şirkət 15 il ərzində yüzlərlə məzun yola salıb. Bunların bir qismi Azərbaycanda

"Çağ" Öyrətim Şirkətinin 15 illik yubleyi qeyd olundu

Resim
Hüseyn Avni Karslıoğlu: "Şirkət uğurlu fəaliyyəti ilə iki qardaş ölkənin əlaqələrinin inkişafına öz töhfəsini verməkdədir" "Çağ" Öyrətim Şirkəti "Gülüstan" sarayında "Etimada sədaqətlə - 15 il" təntənəli yubiley mərasimi keçirildi. Tədbiri "Çağ" Öyrətim İşlətmələri idarə heyətinin sədri Ənvər Özərən açaraq, Azərbaycandakı fəaliyyətləri haqqında geniş məlumat verdi. O, bildirdi ki, şirkət Azərbaycanda ümummilli lider Heydər Əliyevin xeyir-duası ilə fəaliyyətə başlayıb və ötən dövr ərzində onun etimadını doğrultmağa çalışır. Həmçinin, Ə. Özərən Azərbaycanın təhsil sisteminin inkişafı üçün gələcəkdə də uğurla işləyəcəklərini söylədi. Sonra söz təhsil naziri Misir Mərdanova verildi. O, çıxışında "Çağ" Öyrətim Şirkətinin 15 il Azərbaycan xalqına şərəflə xidmət etdiyini bildirdi: "Azərbaycanda fəaliyyətə başlayan şirkət hazırda xarici ölkələrdə də uğurla iş aparır. Müəssisənin tərkibində olan liseylər, universitet Azərbaycan h

"Çağ" 15 ildir müstəqil Azərbaycanla qoşa addımlayır

Resim
ƏNVƏR ÖZƏRƏN: "QARABAĞDAKI HAQLILIĞIMIZI GÜCLÜ İNSANLAR YETİŞDİRMƏKLƏ SÜBUT EDƏ BİLƏRİK" "Biz Azərbaycanda çox çətin dönəmlərdə işə başladıq. 1992-ci ildə Naxçıvan blokada şəraitində, digər tərəfdən torpaqlar işğal olunmuş və qaçqınlar var idi... Amma heç bir xalqın inkar etmədiyi bir iş var idi ki, hansı şərait olursa, olsun, təhsil işinə böyük önəm verilməlidir. Çünki xalq cəhalətdən qurtararsa, yaxşı bilik alarsa beynəlxalq aləmdə də bizi təmsil edəcək insanlar yetişər. Qarabağ məsələsindəki haqlılığımızı dünyaya, diasporamızı güclü tutacaq insanlar yetişdirməklə sübut edə bilərik. O zaman da "Çağ" Öyrətim İşlətmələri Şirkəti qarşısına bu məqsədi qoyaraq Azərbaycanda fəaliyyətə başladı". Məlumdur ki, 1992-ci ildə Azərbaycan xalqı ağır durumla üz-üzə qalmışdı. Ölkənin bütün sferalarında özbaşınalıq duyulur, siyasi, iqtisadi, sosial, mədəniyyət sahələrində tənəzzül hökm sürürdü. Məhz bu ərəfədə qardaş Türk xalqının nümayəndələri yenidən bizə öz yardım əll

Dünyadakı Azərbaycan və parlaq gələcək

Çinlilərin bir sözü var: bir il sonranı düşünürsənsə, düyü ək, 10 il sonranı düşünürsənsə, ağac ək, 50 il sonranı düşünürsənsə, nəsil yetişdir. Bir neçə gün əvvəl “Gülüstan” sarayında 15 illik yubileyini keçirən, daha doğrusu, xalqa 15 ilin hesabatını verən “Çağ” Öyrətim İşlətmələri şirkəti çinlilərin bu bölgüsünü də təkzib elədi. Yəni bu gün Azərbaycanda müşahidə olunan sürətli inkişaf fonunda “Çağ” elə möhtəşəm uğurlara imza atıb ki, bu gün dünyanı heyrətə salan çinlilər bu uğurlar üçün 50 il zaman müddəti hesablaya bilərdilər. “Çağ” isə 15 ilə o uğurları yerləşdirə bildi. Türk liseyləri məzunlarının, valideynlərin, millət vəkillərinin, başda Misir Mərdanov olmaqla, Təhsil Nazirliyi rəhbərliyinin, Türkiyədən və Azərbaycandan çoxsaylı qonaqların qatıldıqları bu yubiley gecəsində könüllər coşub-daşdı, gözlərdən fərəh yaşları axdı. “Çağ”ın məzunları bu gün dünyanın inkişaf etmiş ölkələrində öz təhsillərini davam etdirir, mühüm postlarda çalışırlar. Ən başlıcası isə bu məzunlar harada ça

“Çağ” Öyrətim Şirkətinin 15 yaşı tamam oldu

Müstəqil Azərbaycan dövlətinin yeni təhsil sisteminin yaradılmasında müstəsna xidməti olan “Çağ” Öyrətim İşlətmələri Şirkətinin 15 yaşı tamam oldu. Bu münasibətlə “Gülüstan” sarayında keçirilən təntənəli yubiley mərasimində Azərbaycan — Türkiyə qardaşlığının çağdaş örnəklərini yaratmış, milli təhsilimizin önündə gedən bu qurumun keçdiyi parlaq yola geniş nəzər salındı. Şirkət təmsilçilərinin və yetirmələrinin, respublika ictimaiyyəti nümayəndələrinin, yubilyarın Azərbaycandakı və Türkiyədəki dostlarının, ölkəmizin rəhbər qurumlarının məsul işçilərinin, millət vəkillərinin, jurnalistlərin toplaşdığı mərasim iki dövlətin himnlərinin səslənməsi ilə başlandı. Sonra şirkətin ünvanına gəlmiş çoxsaylı təbriklərdən seçmələr səsləndi, “Çağ”ın müxtəlif ölkələrin ali məktəblərində təhsil alan yetirmələri ürək sözlərini bildirdilər. Təntənəli gecədə şirkətin ötən illərdə qazandığı uğurlardan bəhs edən “Çağ” Öyrətim. “Etimada sədaqətlə — 15 il" videofilmi göstərildi, “Heydər Əliyev və ”Çağ&quo