30 Kasım 2007 Cuma

Türkiyə Respublikasının Azərbaycandakı səlahiyyətli və fövqəladə səfiri Hüseyin Avni Karslıoğlu Qafqaz Universitetinin qonağı olmuşdur



Türkiyə Respublikasının Azərbaycandakı səlahiyyətli və fövqəladə səfiri Hüseyin Avni Karslıoğlu 29.11.2007-ci il (perşembe) Universitetin qonağı olmuşdur.
Rəsmi qonak ziyarəti sırasında saat 11:30-12:30 arasında Universitetin professor-müəllim heyəti ilə görüşərək “Türk xarici siyasətində aktual məsələlər” mövzusunda maraqlı söhbət aparmışdır.



19 Kasım 2007 Pazartesi

T.C Devlet Bakanı Qafqaz Üniversitesini Ziyaret Etti


T.C Devlet Bakanı M.Said Yazıcıoğlu Qafqaz Üniversitesini Ziyaret Etti

"Qafqaz Şahinləri " Respublika birincisi olmuşdur

Azərbaycan Respublikasında telefon rabitəsinin yaradılmasının 125 illiyinə həsr olunmuş «Ali məktəb tələbələri arasında informatika üzrə Ümumrespublika Olimpiadası» Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi, Heydər Əliyev Fondu, Təhsil Nazirliyi və AMEA-nın İnformasiya Texnologiyaları İnstitutu tərəfindən birgə keçirilimişdir.
Olimpiadanın I mərhələsi 11.11.2007-ci il tarixdə, final mərhələsi isə 18.11.2007-ci il tarixində Azərbaycan Milli Elmlər Akademiyasının İnformasiya Texnologiyaları İnstitutunun Tədris Mərkəzində keçirilmişdir.
Olimpiadada aşağıdakı üniversitetilərdən 24 komanda iştirak etmişdir.

Qafqaz Universiteti
Azərbaycan Dövlət Neft Akademiyası
Azərbaycan Texniki Universitet
Bakı Dövlət Universiteti
Azərbaycan Dövlət İqtisad Universiteti
Naxcivan Dovlet Universiteti
Gəncə Dövlət Universiteti

24 komandanın (hər komandada 3 tələbə) iştirak etdiyi olimpiadanın birinci mərhələsində 12 komanda finala vəsiqə qazanmışdır. Bu müsabiqədə Qafqaz Universiteti 4 komanda ilə təmsil olunmuşdur. Qafqaz Şahinləri və Qafqaz U2 komandamız finala vəsiqə qazanmışlar.
FİNAL MƏRHƏLƏSİNDƏ
Qafqaz Şahinləri (Ramin Orucov, Faiq Babayev, Əfqan Abbasov)
komandamız rəqiblərini böyük hesabla üstələyərək
Respublika birincisi olmuşdur

Bugünde Akşam Oldu

Qafqaz Üniversitesinde bir akşam daha oluyor. Güneş Ceyranbatan gölünün üzerinden dağlara yayılmış altın sarısı saçaklarını toplayarak yayaş yavaş çekiliyor. Qafqaz'dan bu güzelliğe bakma imkanı olanlar biraz sonra ayrı bir manzarayı seyretme fırsatı buluyorlar. Günün karmakarışık telaşından sonra iş bitiminden başlayarak huzura kavuşan gecenin dinginliği ve Hırdalan'ın evlerinden süzülen ışıkların üzerinde tepelerin koyu karanlığını aydınlatan Ayışığının Sonsuz'dan haber verircesine latif görüntüsü insanı rahatlatıyor.


10 Kasım 2007 Cumartesi

İki ülkenin önemli bağı - Video


Türk girişimcileri tarafından Azerbeycan'da kurulan Kafkas Üniversitesi başarısıyla herkesin takdirini kazanıyor.Yeni eğitim binasının temelini Cumhurbaşkanı Abdullah Gül'ün attığı üniversite Azerbaycan ile Türkiye arasındaki kardeşlik ve kültürel bağları güçlendiriyor.

Video Linki:

Qafqaz Üniversitesi Kampüs Planı


Giriş


Umumi Görünüş


Genel Yerleşim




Amfi Tiyatro

9 Kasım 2007 Cuma

Abdullah Gül: "Qafqaz Universiteti Türkiyə və Azərbaycan qardaşlığının ən parlaq rəmzidir"

Noyabr ayının 7-də Türkiyə prezidenti Abdullah Gül Azərbaycana səfəri çərçivəsində Qafqaz Universitetinin yeni korpusunun təməlatma mərasimində iştirak edib. Təməlatma mərasimində Abdullah Güllə yanaşı, onun xanımı Nayrunnisa Gül, Türkiyənin dövlət nazirləri Gürşad Tüzmən, Himet Çubukçu, Azərbaycanın baş nazirinin müavini Abid Şərifov, təhsil naziri Misir Mərdanov, Xırdalan şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov, "Çağ" Öyrətim MM-nin İdarə Heyətinin sədri Ənvər Özərən, millət vəkilləri və işadamları da iştirak edib. Tədbirdə çıxış edən Qafqaz Universitetinin rektoru professor Ahmet Sanic deyib ki, universitet 1993-cü ildə etibarən fəaliyyət göstərir. Bu təhsil müəssisəsində avtomatlaşdırılan riyaziyyat, riyaziyyat və informatika, biznesin təşkili, idarə edilməsi, menecment, maliyyə və kredit, beynəlxalq iqtisadi münasibətlər, iqtisadiyyatın hüquqi tənzimlənməsi, beynəlxalq hüquq, regionşünaslıq, politologiya, filologiya, tərcümə, ibtidai təhsilin pedaqogikası və metodikası ixtisasları üzrə mütəxəssislər hazırlanır. A.Sanic universitetin yeni korpusunun təməlatma mərasimində Abdullah Gülün iştirakını önəmli hadisə kimi qiymətləndirib: "Gərgin səfər proqramının olmasına baxmayaraq Abdullah Gül vaxt ayıraraq universitetin yeni korpusunun açılışına qatılıb. Bu da prezidentin təhsilə, elmə nə qədər ömən verdiyini sübut edir". Mərasimdə çıxış edən Türkiyə prezidenti Abdullah Gül Qafqaz Universitetini Azərbaycanla Türkiyə arasında dostluğun və qardaşlığın ən bariz nümunəsi kimi dəyərləndirib: "Qafqaz Universiteti iki ölkə arasındakı dostluq, qardaşlıq və birliyin ən bariz nümunəsi, parlaq rəmzidir. Türkiyə ilə Azərbaycan arasında təkcə siyasi, hərbi və iqtisadi sahələrdə deyil, təhsil sahəsində də sıx əlaqələr mövcuddur. Bu gün yüzlərlə azərbaycanlı Türkiyənin aparıcı universitetlərində, türkiyəli vətəndaşlar isə Azərbaycanın ali təhsil müəssisələrində oxuyur. Türkiyədə azərbaycanlı, Azərbaycanda isə türkiyəli tələbələrin yüksək səviyyədə ali təhsil alması üçün lazımi şərait yaradılır. Mən ümid edirəm ki, Türkiyədə təhsil alan azərbaycanlı və Azərbaycanda oxuyan türkiyəli tələbələrin sayı ildən ilə daha da artacaq". Çıxışı zamanı A.Gül Qafqaz Universitetinin və onun məzunlarının Azərbaycanın gələcəyində mühüm rol oynayacağına inandığını bildirib: "Mən inanıram ki, universitetin məzunları Azərbaycanın inkişafına dəstək verəcək, ölkəyə böyük xidmətlər göstərəcəklər. Eyni zamanda Türkiyə ilə Azərbaycan arasında gerçək əməkdaşlığın və dostluq körpülərinin təməlləri olacaqlar. Mən bu universitetin yaxın müddətdə Qafqazın ən əsas təhsil ocağına çevriləcəyinə inanıram". Universitetin müxtəlif fənlər üzrə aldığı medallara diqqət çəkən A.Gül müəssisəni dünyanın ən aparıcı təhsil ocaqları ilə müqayisə edib: "Burada gördüyüm medallar bir daha sübut edir ki, bu ali məktəb, sadəcə, Azərbaycanın deyil, bütün Qafqazın "Harvard"ı olacaq". Təhsil naziri Misir Mərdanov isə Qafqaz Universitetinin yeni korpusunun inşasını Azərbaycan və Türkiyənin təhsil həyatında mühüm hadisə kimi qiymətləndirib: "Bu gün burada Harvard kimi bir universitetin təməlini atırıq. Bu universitet yalnız bizim üçün deyil, Türkiyə üçün də önəmli bir nümunədir".
S.QARAYEVA
www.525.az

8 Kasım 2007 Perşembe

Cumhurbaşkanı Gül'e, Kafkas Üniversitesi'nde Türk bayraklı coşkulu karşılama

Cumhurbaşkanı Abdullah Gül, Bakü'de Çağ Öğretim İşletmeleri Şirketi tarafından kurulan Kafkas Üniversitesi'nin yeni eğitim binalarının temelini attı.
Gül, yaz aylarında bitirilen binaların da resmi açılışını gerçekleştirdi. Törene, Cumhurbaşkanı Gül'ün eşi Hayrünnisa Gül, Devlet Bakanı Kürşat Tüzmen, Azerbaycan Milli Eğitim Bakanı Mısır Merdanov ve diğer yetkililer katıldı. Gül, Kafkas Üniversitesi kampüsüne gelişinde ellerinde Azerbaycan ve Türk bayraklarıyla yoğun sevgi gösterisinde bulunan öğrenciler tarafından karşılandı. 1993 yılında hizmete giren Kafkas Üniversitesi'nde 2 bin öğrenci eğitim görüyor. Ülkenin kampüse sahip tek üniversitesi olma özelliğini de taşıyan Kafkas Üniversitesi'nde öğrencilerin barınması için de yurtlar bulunuyor.
ARAMIZDAKİ İŞBİRLİĞİNİN EN İYİ ÖRNEĞİ
Cumhurbaşkanı Abdullah Gül, törende yaptığı konuşmada, Kafkas Üniversitesi'nin, Türkiye ve Azerbaycan arasındaki işbirliğinin en iyi simgelerinden biri olduğunu vurguladı. Gül, "Sizlerle birlikte olmaktan büyük mutluluk duyuyoruz. Türkiye, Azerbaycan arasındaki dostluğun en iyi simgelerinden olan bu üniversite, geleceğimizin en önemli adımlarından bir tanesidir. Türkiye ile Azerbaycan arasında sadece, siyasi, askeri ekonomik değil kültürel ve ekonomik sahasında da güzel gelişmeler var. Bir milletiz ama farklı devletler içindeyiz. Bir millet olmamıza yakışır bir işbirliğinin olması gerekir" dedi. Üniversitede eğitim gören öğrencilere seslenen Cumhurbaşkanı, konuşmasını şöyle sürdürdü: "Aramızdaki işbirliğinin en iyi örneklerini veriyoruz. Ne mutlu ki bunu giderek daha güçlü hale getiriyoruz. Siz, bu müessesede yetişen öğrenciler, iki kardeş ülke arasındaki en sağlam ayakları, köprüleri teşkil edeceksiniz. Bu okulları teşvik eden, destekleyen ve emeği geçen herkese ama herkese teşekkür ediyorum" dedi.
MADALYALAR GÖSTERİYOR Kİ, BÖLGENİN HARVARD'I OLACAK
Üniversiteyi gezen ve şeref defterini imzalayan Gül, Kafkas Üniversitesi'nin çeşitli dallarda aldığı madalyalara işaret ederek, "Bu üniversitede gördüğümü madalyalar bir kez daha gösteriyor ki, bu üniversite sadece Azerbaycan'ın değil Kafkas'ın Harvard'ı olacaktır. Emeği geçen herkese bir kez daha teşekkür ediyorum" dedi. Gül, şeref defterini de, "Bugün Kafkas Üniversitesi'nin resmi açılışını yapmaktan büyük bir mutluluk duydum. İnanıyorum ki, bu üniversite sadece Azerbaycan'da değil tüm bölgede büyük bir bilim merkezi olacaktır. Üniversite'nin kuruluşunda emeği geçen herkesi tebrik ediyor, başarılar diliyorum" diye yazdı.
"TÜRKİYE İÇİN DE ÖNEMLİ BİR ÖRNEK"
Törende bir konuşma yapan Azerbaycan Milli Eğitim Bakanı Merdanov da, "Bugün burada Harvard gibi bir üniversitenin temelini atıyoruz. Bu üniversite yalnızca bizim için değil sizin için de çok önemli bir örnek" dedi.

http://www.samanyoluhaber.com/

“Qafqaz” universiteti Azərbaycan və Türkiyə arasında ən sağlam körpüdür.

“Biz bir millət, iki dövlətik”.
Heydər Əliyev
Azərbaycan-Türkiyə dostluğu və qardaşlığı əbədidir, sarsılmazdır.
Heydər Əliyev

“Azərbaycanın sevinci sevincimiz, kədəri də kədərimizdir”.
Mustafa Kamal Atatürk

Türkiyə prezidenti Qafqaz Universitetinin tədris binasının açılış və yeni korpuslarının təməlqoyma mərasimində iştirak edib

Azərbaycanda ilk rəsmi səfərdə olan Türkiyə prezidenti Abdulla Gül bu gün Qafqaz Universitetinin tədris binasının açılış və yeni korpuslarının təməlqoyma mərasimində iştirak edib.
APA-nın xəbərinə görə, tədbiri açıq elan edən Qafqaz Universitetinin rektoru Əhməd Saniç bildirib ki, bu ali təhsil müəssisəsində hüquq, iqtisadi, mühəndis və pedaqogika ixtisasları üzrə 2400 tələbə təhsil alır. Azərbaycanın təhsil naziri Misir Mərdanov Qafqaz Universitetində tələbələrə yüksək səviyyəli təhsil verildiyini deyib. Türkiyə prezidenti Abdulla Gül Qafqaz Universitetinə gəlişini “Azərbaycan-Türkiyə münasibətlərinin ən yaxşı simvolu” adlandırıb: “Bizim əlaqələrimiz təkcə siyasi, iqtisadi və hərbi sahələrdə deyil, həm də təhsil və mədəniyyət sahələrində də inkişaf edir”. A.Gül universitet məzunlarının Azərbaycanın gələcəyində mühüm rol oynayacağına əminliyini vurğulayıb. Daha sonra Qafqaz Universitetinin yeni korpusların təməlqoyma mərasimi keçirilib, Türkiyə prezidenti tədris binasına baxış keçirib. /APA/

http://apa.az

TÜRKİYƏ PREZİDENTİ ABDULLAH GÜL “QAFQAZ” UNİVERSİTETİNİN YENİ KORPUSUNUN TƏMƏLİNİN QOYULMASI MƏRASİMİNDƏ İŞTİRAK ETMİŞDİR

AzərTAc xəbər verir ki, noyabrın 7-də Türkiyə Respublikasının Prezidenti Abdullah Gül, onun xanımı və dost ölkənin nümayəndə heyətinin üzvləri “Qafqaz” Universitetində olmuşlar. Türkiyə Prezidenti bu təhsil müəssisəsinin korpusunun təməlinin qoyulması və əsas tədris korpusunun açılış mərasimində iştirak etmişdir. Milli Məclisin deputatları, bu ali məktəbin professor-müəllim heyəti və tələbələri Türkiyə dövlətinin başçısını və onu müşayiət edən şəxsləri hərarətlə salamladılar. Hər iki ölkənin dövlət himnləri səsləndi. Mərasimdə çıxış edən “Qafqaz” Universitetinin rektoru, professor Əhməd Saniç, Türkiyənin “Çağ öyrətim işlətmələri” şirkətinin prezidenti Ənvər Özərən, Azərbaycanın təhsil naziri Misir Mərdanov iki qardaş ölkənin təhsil sahəsində səmərəli əməkdaşlığının son dərəcədə yüksək səviyyədə olduğunu vurğuladılar. Bildirildi ki, türk liseylərində təhsil alan şagirdlər beynəlxalq fənn olimpiadalarında Azərbaycanı uğurla təmsil edirlər. Prezident Abdullah Gül öz çıxışında bu tədris müəssisəsinin təşəkkülündə, elm, təhsil və mədəniyyət sahəsində Azərbaycan-Türkiyə əlaqələrinin inkişafında ümummilli lider Heydər Əliyevin və Türkiyənin sabiq Prezidenti mərhum Turqut Özalın müstəsna xidmətlərini vurğuladı, ölkələrimiz arasında dostluq və qardaşlıq münasibətlərinin sarsılmazlığına əminliyini vurğuladı. “Qafqaz” Universitetinin ən yüksək reytinqə malik olan özəl ali məktəblərdən biri kimi tanındığını bildirən qardaş ölkənin Prezidenti bu universitetin dünya səviyyəli təhsil müəssisəsinə çevriləcəyinə ümidvar olduğunu söylədi. Sonra universitetin rəhbərliyi ali qonağa xatirə hədiyyələri təqdim etdi. Türkiyə Prezidenti Abdullah Gül, Azərbaycan Baş nazirinin müavini Abid Şərifov və ali məktəbin rəhbərliyi universitetin yeni korpusunun təməlinin qoyulmasına start verdilər. Abdullah Gül və Abid Şərifov bu təhsil müəssisəsinin əsas korpusunun açılışını bildirən qırmızı lenti kəsdilər. Türkiyə dövlətinin başçısı və onu müşayiət edən şəxslər burada təhsil prosesi ilə də tanış oldular. Prezident Abdullah Gül universitetin fəxri qonaqlar kitabına ürək sözlərini yazdı.
http://www.azertag.com/

Kafkas Üniversitesi, bölgenin Harvard'ı olacak

Üniversiteye gelişte ellerinde Türkiye ve Azerbaycan bayrakları bulunan öğrencilerin yoğun sevgi gösterisiyle karşılaşan Cumhurbaşkanı, Türk girişimciler tarafından yurtdışında açılan okulların önemine vurgu yaptı. Türk okullarında yetişen gençlerin, bulundukları ülke ile Türkiye arasında sağlam köprüler oluşturacağını kaydeden Gül, "Bu okulları teşvik eden, destekleyen ve emeği geçen herkese teşekkür ediyorum." dedi. Kafkas Üniversitesi'nin, yalnızca Azerbaycan'ın değil bölgenin bilim merkezi olacağını vurgulayan Gül, üniversiteyi gezerek şeref defterini de imzaladı. Çeşitli dallarda alınan madalyalara işaret eden Gül, "Bunlar bir kez daha gösteriyor ki, bu üniversite sadece Azerbaycan'ın değil Kafkas'ın Harvard'ı olacaktır." dedi.
Cumhurbaşkanı Abdullah Gül, Azerbaycan'ın başkenti Bakü'de Çağ Öğretim İşletmeleri Şirketi tarafından kurulan Kafkas Üniversitesi'nin yeni eğitim binalarının temelini attı. Gül, yaz aylarında bitirilen binaların da resmî açılışını gerçekleştirdi. Törene, Cumhurbaşkanı Gül'ün eşi Hayrünnisa Gül, Devlet Bakanı Kürşad Tüzmen, Azerbaycan Milli Eğitim Bakanı Mısır Merdanov ve diğer yetkililer katıldı. Gül, Kafkas Üniversitesi kampüsüne gelişinde ellerinde Azerbaycan ve Türk bayraklarıyla yoğun sevgi gösterisinde bulunan öğrenciler tarafından karşılandı.
1993'te hizmete giren üniversitede 2 bin öğrenci eğitim görüyor. Ülkenin kampüse sahip tek üniversitesi olma özelliğini de taşıyan Kafkas Üniversitesi'nde öğrencilerin barınması için de yurtlar bulunuyor. Abdullah Gül, törende yaptığı konuşmada, Kafkas Üniversitesi'nin, Türkiye ve Azerbaycan arasındaki işbirliğinin en iyi simgelerinden biri olduğunu vurguladı. Gül, "Türkiye-Azerbaycan arasındaki dostluğun en iyi simgelerinden olan bu üniversite, geleceğimizin en önemli adımlarından bir tanesidir. Türkiye ile Azerbaycan arasında sadece siyasi ve askerî değil, ekonomik ve kültürel sahalarda da güzel gelişmeler var. Bir milletiz ama farklı devletler içindeyiz. Bir millet olmamıza yakışır bir işbirliğinin olması gerekir." dedi. Üniversitede eğitim gören öğrencilere seslenen Cumhurbaşkanı, konuşmasını şöyle sürdürdü: "Aramızdaki işbirliğinin en iyi örneklerini veriyoruz. Ne mutlu ki bunu giderek daha güçlü hale getiriyoruz. Siz, bu müessesede yetişen öğrenciler, iki kardeş ülke arasındaki en sağlam ayakları, köprüleri teşkil edeceksiniz. Bu okulları teşvik eden, destekleyen ve emeği geçen herkese ama herkese teşekkür ediyorum." Gül, üniversitenin şeref defterine ise, "Bugün Kafkas Üniversitesi'nin resmî açılışını yapmaktan büyük bir mutluluk duydum. İnanıyorum ki, bu üniversite sadece Azerbaycan'da değil tüm bölgede büyük bir bilim merkezi olacaktır. Üniversitenin kuruluşunda emeği geçen herkesi tebrik ediyor, başarılar diliyorum." diye yazdı. Törende konuşan Azerbaycan Milli Eğitim Bakanı Merdanov da, "Bugün burada Harvard gibi bir üniversitenin temelini atıyoruz. Bu üniversite yalnızca bizim için değil, sizin (Türkiye) için de çok önemli bir örnek." dedi.
www.zaman.com.tr

Qafqaz Universitetində beynəlxalq konfrans keçirildi


Dünən Qafqaz Universitetində "Elm və təhsildə informasiya-kommunikasiya texnologiyalarının tətbiqi" mövzusunda ikinci beynəlxalq konfrans keçirilib. Qeyd edək ki, sözügedən konfransın keçirilməsində əsas məqsəd informasiya-kommunikasiya texnologiyalarının inkişafı ilə əlaqədar son nailiyyətləri, elm və təhsildə tətbiqi ilə əlaqədar vacib məsələlərin həllini müasir səviyyədə araşdırmaq və müzakirə etməkdir. Konfransda Azərbaycandan 137, Türkiyədən 26, İrandan 6, Qırğızıstandan 3, Moskvadan 1, Ukraynadan isə 1 nəfər nümayəndə iştirak edir. Konfransda çıxış edən Qafqaz Universitetinin rektoru, professor Ahmet Sanic vurğulayıb ki, informasiya axınının güclənməsi çoxlu elmi-texniki, sosioloji və siyasi aspektlərdən ibarət mürəkkəb bir proseslə əlaqədardır. Bu prosesi müvəffəqiyyətlə başa vurmaq üçün tələb olunan ehtiyaclardan düzgün istifadə edilməli və bu istiqamətdə kompleks tədbirlər həyata keçirilməlidir. Təhsil nazirinin müavini Elmar Qasımov qeyd edib ki, qloballaşmanın sürətlə vüsət aldığı bir dövrdə informasiya-kommunikasiya texnologiyalarının tətbiq və istifadə olunması məsələlərinin müzakirəsi mühüm əhəmiyyət daşıyır. Onun sözlərinə görə, bu sahədə Azərbaycanda da mühüm dövlət proqramları qəbul edilib və bununla əlaqədar genişmiqyaslı layihələr həyata keçirilir, elmi axtarışlar sürətləndirilir, təhsil prosesi təkmilləşdirilir: "Elm və təhsildə informasiya-kommunikasiya texnologiyalarının tətbiqi bugünkü dövr üçün çox vacibdir. İnformasiya texnologiyalarının inkişafı ilə əlaqədər son nailiyyətləri öyrənmək, elm və təhsildə tətbiqini müzakirə etmək üçün Qafqaz Universiteti, Təhsil Nazirliyi, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi, Texniki və Bakı Dövlət Universitetləri, Türkiyənin Telekommunikasiya Qurumu ilə birgə ikinci beynəlxalq konfransı keçirmək qərarına gəlib: "Mən inanıram ki, konfrans çərçivəsində aparılan müzakirələr, qarşılıqlı təcrübə mübadiləsi konfrans iştirakçılarının bu sahədəki bilik və təcrübəsini daha da təkmilləşdirəcək". Konfransda çıxış edən rabitə və informasiya texnologiyaları nazirinin müavini İltimas Məmmədov deyib ki, elm və təhsildə informasiya-kommunikasiya texnologiyalarının tətbiqi mövzusunda birinci beynəlxalq konfrans 2004-cü ildə keçirilib. Keçən müddət ərzində informasiya-kommunikasiya texnologiyaları daha da sürətlə inkişaf edərək çox böyük nailiyyətlər əldə edib: "Bu sahədə əldə olunan nəticələrin elm və təhsildə tətbiq edilməsi günün vacib tələblərindəndir. Bu tələblərin yerinə yetirilməsində konfransların çox böyük rolu var". Tədbirdə həmçinin Bakı Dövlət Universitetinin rektoru Abel Məhərrəmov və Texniki Universitetin rektoru Havar Məmmədov da çıxış edib. Xatırladaq ki, beynəlxalq konfransda informasiya-kommunikasiya texnologiyaları, proqramlaşdırma texnologiyaları, təhsildə, elmi-tədqiqat işlərində və idarəetmədə informasiya texnologiyaları bölmələrində 170-dən çox məruzənin müzakirəsi nəzərdə tutulub. Konfrans öz işini noyabrın 3-də başa vuracaq.
S.QARAYEVA
www.525.az

Qafqaz Universitetində Türkiyənin Cümhuriyyət bayramı qeyd olunub

Qafqaz Universitetində Türkiyə Cümhuriyyətinin qurulmasının 84-cü ildönümu münasibətilə tədbir təşkil edilib. Tədbirdə çıxış edən Qafqaz Universitetinin rektoru professor Ahmet Sanic Türkiyə Cümhuriyyətinin qurulmasından danışaraq deyib ki, türk xalqının milli azadlıq mübarizəsi 1919-cu ildən başlayıb. Müstəqilliyi uğrunda mübarizə aparan türk xalqının başında isə Birinci Dünya müharibəsi döyüşlərində bir sıra hərbi əməliyyatlara rəhbərlik etmiş, Osmanlı ordusunun generalı Mustafa Kamal Atatürk başçılıq edib. Onun sözlərinə görə, Atatürkün ən böyük arzusu milli istiqlaliyyət elan etmək, Qərb modelinə uyğun yeni Türkiyə dövləti yaratmaq idi: "O, bu arzusuna çatmaq üçün xalqı ilə birgə mübarizəyə başlayıb. Generalın çağırışı ilə qadınından, kişisindən asılı olmayaraq hər kəs bir mehmetçik olub milli azadlıq uğrunda mübarizəyə başlayıb. Mustafa Kamal torpağını işğal etməyə gələn düşmənə də dostcasına yanaşıb, hər bir yadellinin qəlbində türkə sevgi yaradıb. Məhz ona görə də çox keçmədən bu mübarizə Türkiyənin tam və qəti qələbəsi ilə başa çatıb, ölkə işğalçılardan təmizlənib. 1923-cü il oktyabr ayının 29-da azad, müstəqil, çağdaş Türkiyə Respublikası bütün dünyaya bəyan edilib". A.Sanicin dediyinə görə, tarixi dönəmlərdə yaşadıqları çətinliklərə baxmayaraq, Türkiyə və Azərbaycan qardaş xalqlar kimi hər zaman bir-birinin yanında olub. Hər iki ölkənin müstəqillik tarixi ağır və qanlı savaşlardan keçib. Yetmiş ildən sonra yenidən müstəqilliyinə qovuşan Azərbaycanı da ilk tanıyan dövlət Türkiyə olub: "Mən inanıram ki, hər iki ölkə arasında olan dostluq, qardaşlıq münasibətləri sonadək davam edəcək". Tədbirdə çıxış edən Türkiyənin Azərbaycandakı səfirliyinin iqtisadi məsələlər üzrə müşaviri Erkan Kılıc isə Türkiyə Cümhuriyyətinin o dövrdə mövcud olan iqtisadi vəziyyətindən danışıb. Daha sonra tədbir iştirakçılarına Cümhuriyyətin yaranma tarixini, Mustafa Kamal Atatürkün fəaliyyətini əks etdirən film göstərilib.
S.QARAYEVA
www.525.az

Qafqaz Universitetində "Hüquq mədəniyyəti" adlı seminar keçirilib


Bu günlərdə Qafqaz Universitetində "Hüquq mədəniyyəti" adlı seminar təşkil edilib. Seminarda çıxış edən "Simurq" Assosiasiyasının prezidenti, professor Fuad Məmmədov deyib ki, Qafqaz Universitetində mütəmadi olaraq müxtəlif mövzulu seminarlar təşkil edilir. Bu seminarlarda tələbələrlə yanaşı yüksək ixtisaslı mütəxəssislər, peşəkarlar da iştirak edir. Onun sözlərinə görə, bu kimi seminarların təşkili orada müzakirə edilən mövzular haqqında tələbələrin daha ətraflı məlumat almasına şərait yaradır: "Budəfəki "Hüquq mədəniyyəti" adlı seminarda əsasən mədəniyyət mövzusu önə çəkilib. Mədəniyyətimizin mövcud durumu, probemləri, inkişafı istiqamətində atılan addımlar bizim əsas müzakirə mövzumuzdur. Məlum məsələdir ki, Azərbaycan mədəniyyəti, mədəni irsi ilə bütün dünyada tanınır. Mədəniyyət xalqı yaşadan ikinci nəfəsdir. Bunu unutmamalıyıq və hər vasitə ilə xalqımızın indiyədək qoruyub saxladığı mədəni irsini daha da inkişaf etdirməliyik. Mədəniyyət geniş anlamda bir çox sahələri əhatə edir. Bu sırada hüquq mədəniyyəti də öndə durur. Azərbaycan qanunvericiliyində nəzərdə tutulan qanun-qaydalara lazımlı səviyyədə riayət etmək də bir mədəniyyətdir". Mədəniyyətimizi tələbələrə sevdirmək baxımından bu cür seminarların təşkilini yüksək qiymətləndirən Assosiasiya prezidenti bildirib ki, hazırda Qafqaz Universitetidə mədəni irsimizin təbliği istiqamətində lazımi tədbirlər görülür.
S.QARAYEVA

www.525.az