30 Aralık 2007 Pazar

“Qafqaz” iş birliyimizin ən önəmli simvoludur”

Dünən Mehmet Mehdi Eker Qafqaz universitetini də ziyarət edib.
“Qafqaz”ın əldə etdiyi nailiyyətlərlə tanış olan nazir bu təhsil ocağının fəaliyyətini yüksək dəyərlənidirib. Onun sözlərinə görə, “Çağ” Öyrətim Şirkəti, eləcə də onun nəzdindəki Qafqaz universiteti Türkiyə ilə Azərbaycan arasında iş birliyinin ən önəmli simvoludur. Nazir daha sonra deyib: “Arzu edərdim ki, bütün işlərimiz bu universitet kimi konkret formada özünü büruzə versin. Qarşıdan gələn illərdə daha səylə çalışmaqla bu cür nümunələrin sayını artırmağa çalışmalıyıq. Biz də iki ölkənin kənd təsərrüfatı sahəsindəki çalışmalarımızı bu şəkildə qurmağa səy göstərəcəyik”. Səfər çərçivəsindəki görüşlərinin təəssüratlarını “Qafqaz”ın pedaqoji kollektivi ilə bölüşən Mehmet Mehdi Eker azərbaycanlı həmkarı İsmət Abasovu gələn il Türkiyənin Diyarbəkir şəhərində keçiriləcək II Yaxın Şərq Kənd Təsərrüfatı Konfransına dəvət etdiyini də bildirib.”Çağ” Öyrətim Şirkətinin İdarə Heyətinin sədri Ənvər Özərən və Qafqaz universitetinin rektoru Ahməd Sanıç 16 illik fəaliyyətləri barədə hörmətli qonağa ətraflı məlumat verməklə yanaşı, Etimad və sədaqət kitabını da ona təqdim ediblər.

29 Aralık 2007 Cumartesi

Misirli nazir Qafqaz Universitetinin qonağı olub

Dünən Misirin Beynəlxalq Əməkdaşlıq (MBƏ) naziri Faizə Əbu əl-Nəqənin başçılıq etdiyi nümayəndə heyyəti Qafqaz Universitetində olub. Misirli qonaqların gəlişi münasibətilə təşkil edilən tədbirdə çıxış edən Qafqaz Universitetinin rektoru professor Ahmet Sanic deyib ki, universitet 1993-cü ildə etibarən fəaliyyət göstərir. Bu təhsil müəssisəsində avtomatlaşdırılan riyaziyyat, riyaziyyat və informatika, biznesin təşkili, idarə edilməsi, menecment, maliyyə və kredit, beynəlxalq iqtisadi münasibətlər, iqtisadiyyatın hüquqi tənzimlənməsi, beynəlxalq hüquq, regionşünaslıq, politologiya, filologiya, tərcümə, ibtidai təhsilin pedaqogikası və metodikası ixtisasları üzrə mütəxəssislər hazırlanır. A.Sanic vurğulayıb ki, universitetdə digər dünyəvi dillərlə yanaşı ərəb dili də tədris edilir. Faizə Əbu əl-Nəqə isə vurğulayıb ki, Qafqaz Universitetində tələbələrin müasir standartlara uyğun səviyyədə təhsil alması üçün lazımi şərait yaradılıb. Tələbələrin təlimi ilə yüksək ixtisaslı pedaqoqlar məşğul olur: "Qafqaz Universitetdə gələcəyin yüksək ixtisaslı, peşəkar kadrları hazırlanır. Mən inanıram ki, universitetin məzunları Azərbaycanın inkişafına dəstək verəcək, ölkəyə böyük xidmətlər göstərəcəklər. Ümid edirəm ki, bu universitetin yaxın müddətdə Qafqazın ən əsas təhsil ocağına çevriləcək". Universitetin müxtəlif fənlər üzrə aldığı medallara diqqət çəkən misirli qonaq müəssisəni dünyanın ən aparıcı təhsil ocaqları ilə bir səviyyədə olduğunu bildirib. Tədbirin sonunda Ahmet Sanic tərəfindən Faizə Əbu əl-Nəqənə universitetin fəxri doktoru adı verilib.
S.QARAYEVA
http://www.525.az/

Professor Əjdər Ağayevin 70 illiyi Qafqaz Universitetində qeyd olunub

Dünən Qafqaz Universitetində çağdaş Azərbaycan pedaqoji elminin görkəmli nümayəndəsi, şair və nasir-publisist professor Əjdər Ağayevin 70 illik yubileyi münasibətilə tədbir təşkil edilib. Yubiley tədbirində ilk öncə Əjdər Ağayevin həyat və yaradıcılıq fəaliyyəti barədə iştirakçılara ətraflı məlumat verilib. Bildirilib ki, Ə.Ağayev son 47 il ərzində Azərbaycanda təhsilin inkişafı üçün ən səmərəli fəaliyyət göstərən şəxsiyyətlərdən biridir. Qeyd edək ki, Ə.Ağayev "Təhsil islahatı və təhsil haqqında" Qanunu hazırlayan işçi qrupunun üzvüdür. Onun əsərləri ingilis, rus, ukrayn, belorus, başqırd dillərində, Türkiyə türkcəsində çap olunub. 40-dan artıq monoqrafiya, kitab, kitabça, proqram və tədris vəsaitinin, 600-dən artıq qəzet-jurnal məqaləsinin, onlarca şeir və hekayənin müəlifidir. Onun sözlərinə 100-dən artıq mahnı yazılıb. Daha sonra tədbir iştirakçılarına alimin həyat və yaradıcılığını tam əks etdirən foto və videomateriallar göstərilib. Yubiley tədbirində çıxış edən ziyalılar Ə.Ağayevə öz ürək sözlərini və xoş arzularını çatdırıblar. Tədbirin sonunda Qafqaz Universitetinin rektoru, professor Ahmet Saniç Ə.Ağayevə hədiyyələr təqdim edib.
S.QARAYEVA
www.525.az

19 Aralık 2007 Çarşamba


Mən Azərbaycandan ayrılmıram, Azərbaycanı özümlə aparıram.

Geçtiğimiz günlerde Qafqaz Üniversitetini ziyaret eden Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Hüseyn Avni Qarslıoğlunun APA-ya müsahibəsi
- Səfir vəzifəsindən azad olunaraq, Türkiyədə başqa bir vəzifəyə təyin edilməyinizi necə qarşıladınız?-
Doğrusu, bu, mənim üçün bir az sürpriz oldu. Abdulla Gül Türkiyənin prezidenti seçiləndə mətbuatda onun əski arkadaşlarını bəyəndiyi, həmin şəxslərlə çalışacağı barədə xəbərlər yayıldı. Həqiqətən də Türkiyənin İrandakı səfiri geri çağırıldı, daha bir nəfər Prezident Aparatında ictimaiyyətlə əlaqələr mərkəzinə rəhbər təyin edildi. Həmin şəxslərin arasında mənim adım da çəkilirdi. Ancaq mən Azərbaycana yeni gəlmişdim, cəmi 6 ay idi iki, burdaydım. Mən geri çağırılmağımın yaxşı olmayacağını, Azərbaycana yeni gəldiyimi, burada bəzi işlərə başladığımı dedim. Bildirdim ki, qayıtmağı arzu etmirəm. Ancaq prezident belə uyğun görüb, əmr buyurub. Biz hərbçi kimiyik, harada məsləhətdirsə, orada da işləyəcəyik. Bizim işimiz budur. Mən Azərbaycana səfir gələndə Abdulla Gül xarici işlər naziri idi. Abdulla Gül Azərbaycanın onun üçün çox önəmli olduğunu, mənə güvəndiyi üçün buraya göndərdiyini söylədi. Azərbaycan mənim üçün də çox özəldir. Azərbaycan mənim üçün mənəvi cəhətdən doğmadır. Bu təyinata çox sevinmişdim, dünyanın hansı ölkəsinə göndərilsəm, belə xoşbəxt olmazdım. Amma çox tez oldu, cəmi 11 ay keçdi. Getməyim tam ürəyimcə deyil. Uşaqlarım artıq azəri ləhcəsi ilə danışmağa başlamışdılar. Kiçik oğlum rəsm dərsi alır. Şəkil çəkəndə öz-özünə Azərbaycan mahnıları oxuyur. Deməli, buranı sevir. Yeni işlərə başlamışdıq, amma prezident çağırdı. Təbii ki, yeni vəzifəm də ali bir vəzifədir. Türkiyədə Cumhurbaşqanının özəl kalem müdiri – yəni Prezident katibliyinin rəhbəri vəzifəsində çalışacağam.

- Səfir olduğunuz 11 ayda planlaşdırdığınız bütün layihələri həyata keçirə bildiniz?

- İqtisadi sahədə xeyli iş görə bildik. Abdulla Gülün prezident seçiləndən sonra ilk rəsmi səfərini Azərbaycana etməsini çox istəyirdik və istəyimiz reallaşdı. Təbii ki, bu səfər prezidentin iradəsi ilə oldu, amma bunda mənim də payım var. Hələ Ankarada olanda Bakı-Tiflis-Qars dəmir yolu layihəsinin reallaşması üçün çox çalışmışdım. Yolun təməli də atıldı. Lakin mənim iqtisadi əlaqələrin inkişaf etdirilməsində nəzərdə tutduğum bütün layihələr həyata keçməyib. Məsələn, mən sərbəst ticarətlə bağlı müqavilənin imzalanmasını çox istəyirdim. Bu sənəd hər iki ölkə üçün çox faydalı olar. Daha bir layihəm təhsil sahəsində idi. Bakıdakı Anadolu liseyinin yeri çox dardır. İstəyirdim ki, pis vəziyyətdə olan bir yeri təmir etdirək. Belə bir uşaq bağçası tapdıq, şəraiti çox pis idi. Bağçanı bərpa edərək, həm şəraiti yaxşılaşdırmaq, həm də Anadolu liseyinin ibtidai sinfini oraya köçürmək istəyirdik. Bu layihəni başlasaq da, başa çatdıra bilmədik. Mən həmçinin Türkiyə ilə Azərbaycan arasında qardaş şəhərlər məsələsini reallaşdırmaq istəyirdim. Səfir olduğum müddətdə Bakıda Türk Qurultayı, Türk-Azərbaycan Diaspor Forumu oldu, nazirlərin səfərləri təşkil edildi. Dekabrın sonunda isə Türkiyənin kənd təsərrüfatı naziri Azərbaycana gələcək. Onu demək istəyirəm ki, 11 ayda nə qədər iş görmək mümkündürsə, gördük. Ancaq görüləsi hələ çox iş var. Gələn il Qafqaz İslam Ordusunun Azərbaycanı erməni terrorçularından azad edilməsinin 90 iliyi tamam olur. Bu məsələ xatırlanmalıdır, gələcək nəsillərimizin Türkiyə-Azərbaycan qardaşlığının tarixə dayandığını bilməsi şərtdir. Azərbaycanda II Dünya Müharibəsi ilə bağlı heykəllər, abidələr ucaldılıb. Halbuki bu, Azərbaycanın savaşı olmayıb. Düzdür, faşizmə qarşı müharibədə Azərbaycan xeyli insanını, maddi sərvətini itirib. Təəssüf ki, 1200-dən çox şəhid verən Qafqaz İslam Ordusuna abidə qoyulmayıb. Bu məni üzür. Buradan da Türkiyənin Qurtuluş Savaşına gedənlər olub, bütün bunlar yaşadılmalıdır.

- Türkiyə-Azərbaycan əlaqələrinin indiki durumu Sizi qane edirmi? Bu əlaqələrin daha da inkişaf etdirilməsi üçün nələrə diqqət yetirilməlidir?

- Türkiyə-Azərbaycan əlaqələri hər sahədə, xüsusilə siyasi-iqtisadi sahədə inkişaf edir. Türkiyənin Azərbaycanda qeyri-neft sektorunun inkişafı üçün edə biləcəyi çox şey var. Biz istəyirik ki, Azərbaycan da Türkiyədə böyük yatırımlar həyata keçirsin. Bunun artıq təməlləri atılıb, məsələn, Bakı-Tiflis-Ceyhan Əsas İxrac Neft Kəmərinin istifadəyə verilməsi, “Petkim”in alınması və s. buna sübutdur. Böyük şirkətlərlə birlikdə orta və kiçik şirkətlərin də inkişafına çalışmaq lazımdır.

- Sizcə, iki ölkənin xalqları arasında münasibətlər istənilən səviyyədədirmi? Məsələn, İstanbulun bazarlarında bəzi dükanların qarşısında “işçi tələb olunur, amma azəri və naxçıvanlı olmasın” elanları asılıb. Bu yaxınlarda türk sənətçisi Bülənd Ərsoy azərbaycanlılar üçün “mənşəyi bəlli olmayan millət” ifadəsini işlədib...

- Bülənd Ərsoyun özünün mənşəyi məlumdurmu? Belə şeyləri deyənlərin əvvəlcə şəxsiyyətinə baxın. Elanlara gəlincə, bunu edən çevrələr bəllidir. Onu yazanlar türk deyil. Türkiyədə 72 millət var. Orada erməni, yunan, yəhudi və s. millətlərin nümayəndələri yaşayır ki, onlar da türk vətəndaşlarıdır. Belə elan verənlərin kim olduğunu bilirikmi? Bunu sırf münasibətlərin pozulması üçün də edə bilərlər. Hesab edirəm ki, hadisələrin üstündə durmaq lazım deyil. Dünyanın hər yerində bu cür halların olması mümkündür. Türkiyənin içində də bəziləri digər bölgənin insanlarını alçaltmağa çalışırlar. Türkiyədə Azərbaycana qarşı böyük sevgi və rəğbət var. Hamı “Min bir gecə” serialındakı azərbaycanlı xidmətçinin hekayələrini dinləyir. Amma Azərbaycan Türkiyədə tanınmır. Azərbaycanı tanıtmaq üçün turizm səfərləri təşkil etmək, gəliş-gedişləri artırmaq lazımdır. İndiyədək Türkiyədə Azərbaycan ili keçirilməyib. Ölkələrin bir-birinin yalnız paytaxt deyil, həmçinin, əyalətlər səviyyəsində tanıması da vacibdir. Türkiyənin beynəlxalq səviyyədə hər hansı uğuru Azərbaycanda necə sevinclə qarşılanırsa, Azərbaycanın da belə bir nailiyyəti Türkiyəni sevindirir. Siz Dağlıq Qarabağda savaşa başlayın, görün, Türkiyə necə coşur. Və ya Azərbaycanın “Karvan”, “Turan”, “Qarabağ”, “Xəzər-Lənkəran” futbol klubları beynəlxalq səviyyədə bir yarışda qalib gəlsə, bütün Türkiyə coşacaq.

- Son zamanlar Türkiyədən deportasiya edilən azərbaycanlıların sayının artması nə ilə bağlıdır?

- Məndə bu barədə məlumat yoxdur, ancaq elə şeylər olur. Əxlaqsızlıqla məşğul olan təkcə azərbaycanlı yox, Ukraynadan, Moldovadan, Gürcüstandan, Rusiyadan olan qadınlar da deportasiya edilir. Bu, dünyanın reallığıdır. Məsələn, Almaniya Polşa və digər ölkələrlə vizanı ləğv etdi, deportasiyaların sayı da artdı.

- Dağlıq Qarabağ münaqişəsinin həllində Türkiyə Azərbaycana hansı köməkliyi göstərəcək?

- Türkiyə ATƏT-in Minsk Qrupunun həmsədri deyil. Bunu nə həmsədr olan ölkələr, nə də Ermənistan istəyir. Bizim Ermənistanla sərhədlərimiz bağlıdır ki, bunun da ermənilərə çox ciddi təsiri var. Sərhədlər təkcə ermənilərin Azərbaycan torpaqlarını işğal etməsinə görə deyil, Ermənistanın Türkiyəyə də bəzi iddiaları olduğu üçün bağlı saxlanır. Türkiyə bunun qarşılığında siyasi və iqtisadi itkilərə məruz qalır, Türkiyəyə təzyiqlər göstərilir. Amma sərhədlərin bağlı qalması Azərbaycana faydalı olduğundan, Türkiyə sərhədləri açmır. Bu bilinməlidir. Ancaq digər qonşu dövlətlər Ermənistana silah, təbii qaz verir, bu ölkəyə iqtisadi yardımlar göstərir.

- PKK ilə mübarizə sahəsində hansı addımlar atılacaq?- Bununla bağlı hökumət Türkiyə Böyük Millət Məclisindən aldığı səlahiyyəti hərbçilərə verdi. Güvənlik gücləri nə lazımdırsa, edəcək. İstər bombalasın, istə əməliyyat keçirsin...

- Türkiyənin Azərbaycana təyin etdiyi yeni səfirlə bağlı nəyə deyə bilərsiniz? - Yeni səfiri şəxsən tanıyıram, çox yaxşı, mədəni insandır. Onun işinin öhdəsindən layiqincə gələcəyinə inanıram. Xalqın içindən çıxmış adamdır. Getməyim üçün çox üzülürəm, ancaq tək təsəllim buraya gələn səfirin belə insan olmasıdır.

- Azərbaycanda aldığınız köhnə “QAZ-21” markalı maşını özünüzlə aparacaqsınızmı?

- Təəssüf ki, apara bilməyəcəyəm. Planımda köhnə bir sarı avtobus və üç təkərli motosiklet almaq da vardı. Belə maşınlara minməyi çox sevirəm.

- Azərbaycandan hansı hisslərlə ayrılırsınız?

- Mən Azərbaycandan ayrılmıram, Azərbaycanı özümlə aparıram.

/APA/

18 Aralık 2007 Salı

BOLONIYA PROSESI KONTEKSTINDƏ AZƏRBAYCAN TƏHSILI


Qafqaz Universitetində elmi-praktik konfrans keçirilib
Bu günlərdə Qafqaz Universiteti, Təhsil Nazirliyi və Naxçıvan Dövlət Universitetinin birgə təşkilatçılığı ilə Qafzaq Universitetində "Boloniya prosesi kontekstində Azərbaycan təhsili" mövzusunda elmi-praktik konfrans təşkil olunub. Konfransda çıxış edən Qafqaz Universitetinin rektoru, professor Ahmet Sanic deyib ki, 1999-cu ildən etibarən Avstriya, Belçika, Bolqarıstan, Çexiya, Danimarka, Estoniya, Finlandiya, Fransa, Almaniya, Yunanıstan, Macarıstan, İslandiya, İrlandiya, İtaliya, Latviya, Litva, Malta, Hollandiya, Norveç, Polşa, Portuqaliya, Ruminiya, Slovakiya, İspaniya, İsveç və Sloveniyanın ali təhsil müəssisələrində Boloniya prosesinə keçilib. Onun sözlərinə görə, 2001-ci ildən Xorvatiya, Cənubi Kipr, Lixtenşteyn, Türkiyə, 2003-cü ildən Albaniya, Andora, Bosniya və Hersoqovina, Vatikan, Rusiya, Serbiya, Makedoniya, 2005-ci ildən başlayaraq Azərbaycan, Gürcüstan, Moldova və Ukraynanın universitetlərində Boloniya sistemi tətbiq edilməyə başlanıb. Azərbaycanda ilk olaraq sözügedən prosesin tətbiq edildiyi ali təhsil müəssisəsi isə Qafqaz Universitetidir. A.Sanic vurğulayıb ki, tələbə mobilliyini asanlaşdırmaq və tələbələrin xaricdə aldıqları təhsilin öz ölkələrində tanınmasına nail olmaq üçün Avropa Birliyi tərəfindən Avropa Kredit Transfer Sistemi yaradılıb. Bu sistem bir akademik tanınma sistemidir, əsas məqsədi müxtəlif ölkələrin təhsil müəssisələrində oxuyan mübadilə proqramı tələbələrinin aldıqları təhsilin nəticələrinin tam və ədalətli şəkildə müvafiq orqanlar tərəfindən qarşılıqlı olaraq tanınmasını təmin etməkdir: "Sözügedən sistem başlanğıcda iki müxtəlif ölkələrin ali təhsil müəssisələri arasında həyata keçirilən keçişlər üçün yaradılıb. Ancaq eyni ali təhsil müəssisəsi daxilində və ya eyni ölkədəki müxtəlif universitetlər arasında da istifadə oluna bilər". Təhsil nazirinin müavini Elmar Qasımov qeyd edib ki, Avropa Kredit Transfer Sistemini başqa tələbə mobilliyi proqramlarından fərqləndirən ən vacib xüsusiyyəti xaricdə təhsil almağa gedən tələbələrin həmin universitetin tələbələri ilə birlikdə dərslərdə iştirak etmələrini həyata keçirilməsidir. Beləcə tələbələrin həmin universitetin akademik həyatında fəal şəkildə iştirak etməsi mümkün olur. E.Qasımovun dediyinə görə, bu sistem çərçivəsində xaricdə təhsil alan tələbələr sadəcə müəyyən bir müddət üçün deyil, arzu edərlərsə proqramlarını bitirənə qədər dedikləri ali təhsil ocağında qala bilərlər. Naxçıvan Dövlət Universitetinin rektoru İsa Həbibbəyli isə bildirib ki, sözügedən sistem tələbələrin xarici ölkədə iş tapmaq, ya da yüksək səviyyədəki iş imkanlarına daha asan nail olmalarına şərait yaradır.
S.QARAYEVA

http://www.525.az/new/2007/12/27/read=23538

15 Aralık 2007 Cumartesi

ISO 9001 Belgelendirme Tetkiki


2004 yılından beri TS-EN-ISO 9001:2000 standardı çerçevesinde iş görmekte olan Qafqaz Üniversitetinde, 10-12 Aralık 2007 tarihleri arasında "ISO 9001 Belgelendirme Tetkiki", Baş Tetkikçi Hasan Demirtaş'ın rehberliğinde Qafqaz Üniversitesinde geçirilmiş olup, müspet intibalar ile tetkik tamamlanmıştır.

14 Aralık 2007 Cuma

Heydər Əliyevsiz keçən 4 il


Heydər Əliyev kimi böyük tarixi şəxsiyyətlə dost olmaq nə qədər qürurvericidirsə, onu itirmək də o qədər ağırdır.
İLHAN İŞBİLƏN“Zaman” qəzetinin ilk genəl müdiri
İşimlə bağlı çox ölkələr gəzmişəm, çox insanlarla görüşmüşəm. Heydər Əliyev mənim tanıdığım insanlar arasında yüksək düşüncə qabiliyyəti, təmkini, tədbiri, səmimiyyəti ilə fərqlənib. O hələ Naxçıvanda olanda biz onun qapısını döydük. Naxçıvan çətin günlər yaşayırdı. Amma yerli əhalinin ürəyi rahat idi, təlaş keçirmirdi. Elə bil Heydər Əliyevin Naxçıvanda olmağı insanlara güvən duyğusu, əmniyyət hissi vermişdi. Muxtar Respublika o çətin illəri Heydər Əliyevlə birlikdə keçdi. Bu böyük insanın adının əzəməti, şəxsi keyfiyyətləri elə bil camaatın üzərindən hər cür qara-qorxunu, təhlükəni, ehtiyac hissini qovub aparırdı. Biz Naxçıvana qəzetçi kimi getdik. O dedi, biz yazdıq. Onun dediklərini Türkiyə ictimaiyyətinə çatdırdıq. Tövsiyəsi ilə Türkiyədə kampaniya keçirdik, Naxçıvana hər cür yardım göstərməyə çalışdıq. Göstərdik də. Mənim üçün hər dəfə onunla görüş böyük bir qazanc idi, həyatımın ən mənalı və maraqlı anları, saatları idi. 1992-ci ilin əvvəlində İstanbulda çıxan ZAMAN qəzetinin rəhbərliyi belə qərara gəldi ki, Sovet hökumətinin siyasi bürosunda yer tutmuş iki böyük şəxsiyyət haqqında kitab çıxartsın. Həmin iki şəxs Heydər Əliyev və Dinməhəmməd Kunayev idi. Mən bu işi gerçəkləşdirmək üçün Bakıya gəldim və buradakı əməkdaşımız İbrahim Nəbioğlu ilə görüşdüm. O zaman Heydər Əliyev Naxçıvan MR Ali Məclisinin sədri vəzifəsində çalışırdı. Kunayev isə təqadüddə idi. İlk görüşü Qazaxıstandan başlamağı qərarlaşdırdıq və təyyarə ilə Qazaxıstana uçduq. Tərcüməçi vəzifəsini İbrahim bəy yerinə yetirirdi. Bizim təklifimizi eşidəndə Kunayev çox məmnun oldu. Uzun müddət söhbət etdik. O, bizə idarəçilik təcrübəsindən, siyasi bürodakı fəaliyyətlərindən bəhs etdi. Ayrılıq zamanı gələndə Kunayev bizə kiçik bir qutu verdi və dedi: “Bunu Azərbaycanın prezidenti, qardaşım Heydər Əliyevə çatdırarsınız”. Biz onun bu sözlərindən təəccübləndik, xüsusilə də İbrahim bəy. Bizim bu halımız Kunayevin nəzərindən qaçmadı və o, sözlərinə belə davam etdi: “O, çox dəyərli şəxsiyyətdir. Mən inanıram ki, Azərbaycan xalqı Heydər Əliyevi yenidən hakimiyyətə gətirəcək”. Kunayev bizi hörmətlə yola saldı. Biz əvvəlcə Bakıya, oradan da Naxçıvana getdik və Heydər Əliyevlə görüşdük. Kunayevin göndərdiyi əmanəti ona çatdırdıq. Onun sözlərini Heydər Əliyevə söyləyəndə, bu böyük şəxsiyyətin üz ifadələrindən anladım ki, aralarında böyük hörmət və dostluq əlaqələri olub və münasibət heç də azalmayıb. Naxçıvanın çox çətin günləri idi. Muxtar Respublikada əhali işıq, qaz sarıdan əziyyət çəkirdi. Biz bir günlüyə gəlsək də, Heydər Əliyev MR Ali Sovetinin sərəncamında olan qonaq evini bizə ayırdı və bizi dörd gün qonaq saxladı. O dörd günün təəssüratı unudulan deyil. İndi o böyük liderdən ayrılmağımızın dörd ili tamam olduğunu eşidəndə təəssüflənməyə, kədərlənməyə bilmədim. Amma təsəllimiz də var. Dəfələrlə görüşə bilmişik, məsləhətlərini, tövsiyələrini almışam. Məni özünə dost hesab eləyib. Həmişə böyüyüm kimi xətir-hörmətini saxlamışam. Onun elmindən, təcrübəsindən faydalanmağa çalışmışam. Bir də ona görə məmnunam ki, yazdığı, hazırladığı siyasi kurs bu gün də davam etməkdədir. Allah ona rəhmət eləsin.
Dr. ƏLİ BAYRAMFatih Universitetinin idarə heyətinin üzvü
Heydər Əliyev mənim gördüyüm ən güclü və bacarıqlı şəxsiyyətlərdən biridir. İlk tanışlığımız 1991-ci ildə olmuşdur. Türkiyə ilə Azərbaycan sərhədində Araz çayı üzərində bizi bir-birimizə bağlayan ilk qardaşlıq körpüsünün açılışında yaşadığımız o təhlükəli məqam heç yadımdan çıxmır. Bu söhbəti çox yerdə danışmışam. Hər dəfə danışanda da bir daha o insanın gücünü, iradəsini yenidən hiss etmiş kimi oluram. Biz Araz çayı üzərindən salınmış həmin o müvəqqəti körpüdən keçərkən güclü sel gəldi və mən bir anlığa da olsa, qorxdum. Ən çox da ona görə qorxdum ki, bu böyük insanı bu yerdə itirə bilərdik. Bu təlaşım Heydər Əliyevin gözündən yayınmadı. Mənə ürək-dirək verdi: “Qorxma, Əli Bayram, bu iki xalqın birliyi yolunda lazım gəlsə, iki Əlinin də canı fəda olsun!” Onun çöhrəsinə diqqət elədim, bir zərrə də təlaş, qorxu görmədim. Çox qətiyyətli, iradəli şəxsiyyət idi. Həmişə irəlini düşünərdi, uzaqgörən idi. Qəbul etdiyi qərarın 5 il, 10 il sonrasını düşünərdi. Sonrakı illərdə də dəfələrlə görüşdük. Hər dəfə mənimlə görüşəndə xüsusi sayğı, hörmət göstərirdi. Ətrafındakılara məni təqdim edəndə: “Bu, mənim köhnə dostumdur”, - deyərdi. Bu “köhnə dostum” ifadəsinin arxasında necə böyük səmimiyyət, necə böyük etimad durduğunu anlayıram. Əslində Heydər Əliyev onu demək istəyirdi ki, bu adamları biz çətin günlərimizdə görüb tanımışıq. Həmişə də onu deyərdi ki, bu adamlar ilk gündən bizimlə necə səmimidirlərsə, o cür də qalıblar, dəyişməyiblər. Türkiyəyə yaxından bələd idi, mətbuat içərisində ən çox ZAMAN-a etimad göstərirdi. Deyirdi ki, ZAMAN həqiqətən də bizim qardaşlığımıza, doğmalığımıza xidmət edir. Türkiyəyə rəsmi işə göndərdiyi adamlara da ZAMAN-la əməkdaşlıq etməyi tövsiyə edərdi. Heydər Əliyev kimi böyük tarixi şəxsiyyətlə dost olmaq nə qədər qürurvericidirsə, onu itirmək də o qədər ağırdır. Dörd ildir ki, onsuzuq. Amma ona da sevinirəm ki, bu gün onun yetirməsi, layiqli davamçısı İlham Əliyev Azərbaycana rəhbərlik edir. Azərbaycanda bu gün hərtərəfli inkişaf müşahidə olunur. Xüsusilə də Bakı yenilənir, gözəlləşir. Bütün bunlar Heydər Əliyevin əsəridir. Tarixində Heydər Əliyev kimi parlaq şəxsiyyət olmaq hər bir xalq üçün şərəfdir. Bu mənada Azərbaycan xoşbəxtdir. Vəfatının dördüncü ilində bu böyük dostumu bir daha rəhmətlə anıram.
ENES CANSEVER “Zaman-Azərbaycan” qəzetinin Baş redaktoru
Ötən həftə dostum Arif Gömleksizlə Naxçıvana səfərimiz zamanı müşahidə elədiyim yeniliklər, inkişaf həqiqətən də fərəhdən köksümü qabartdı. Mən Naxçıvanın işıqsız, qazsız günlərini xatırlayıram. Muxtar Respublikada cəmi ikicə günlük un ehtiyatının olduğu günləri xatırlayıram. Ötən həftə gördüklərimlə o günləri müqayisə edəndə nə qədər xoş duyğular yaşadığımı ifadə etməkdə çətinlk çəkirəm. “Zaman” Eyitim Öyrətim şirkəninin genəl müdiri Murat Çapan və təmsilçimiz Süleyman Okumuşun müşayiətində Möminə Xatun məqbərəsinə baş çəkdik, Duz dağında olduq, Əshabi-Kəhfi ziyarət etdik, Naxçıvan şəhərini eninə-boyuna gəzib dolaşdıq. Muxtar respublikada gördüyüm bu mənzərələr mənə Əcəmi Naxçıvaninin: “Biz gedəcəyik, dünya duracaq, biz öləcəyik, yadigarımız qalacaq” sözlərini xatırlatdı. Bir vaxtlar blokada şəraitində olan Naxçıvanın bu gün ən ucqar kəndinə də qaz, işıq çəkilib. Demək olar ki, hər həftə Muxtar Respublikanın hansısa rayonunda yeni obyektlərin, tikililərin açılışı keçirilir. Gözəl, yaraşıqlı məktəblər, iaşə obyektləri naxçıvanlıların istifadəsinə verilir. İnsanların həyat tərzində, davranışlarında bir canlanma, yüksəliş açıq-aydın hiss olunur. Naxçıvan şəhərindəki Heydər Əliyev muzeyini gəzərkən diqqətimizi 1992-ci ilin 24 martında Heydər Əliyevlə o dövrdə Türkiyənin baş naziri olan Süleyman Dəmirəl arasında imzalanmış müqavilə çəkdi. Müqavilədə Naxçıvan Muxtar Respublikasında dünya standartına uyğun otel tikintisinə, hər il 100 naxçıvanlı gəncin Türkiyədə təhsil almasına, Muxtar Respublikada mətbuatın inkişafı üçün lazım olan avadanlığın təminatına geniş yer ayrılır və Türkiyə tərəfi öz boynuna xeyli öhdəliklər götürür. İş elə alındı ki, Azərbaycanda açılan “Qafqaz” Universiteti, özəl türk liseyləri və “Zaman-Azərbaycan” qəzeti bu vəzifələri uğurla yerinə yetirməyə başladılar. Ona görə də Heydər Əliyev cənabları hər zaman bu müəssisələrə dəstək vermiş, qayğısını əsirgəməmişdir. Bəli, bu gün Naxçıvan inkişaf yolundadır və bu inkişaf heç şübhəsiz, Heydər Əliyevin hazırladığı layihələrin, tövsiyələrin, təməlini qoyduğu neçə-neçə proyektlərin nəticəsidir. Bu gün Heydər Əliyevin ölümündən 4 il keçir və onun irsi gələcək nəsillər üçün əsl məktəbdir.

Heydər Əliyev Qafqaz Universitetində anılıb

Dünən Qafqaz Universitetində mərhum eks-prezident Heydər Əliyevin xatirəsinə həsr olunan tədbir təşkil edilib. Tədbiri giriş sözü ilə açan Qafqaz Universitetinin rektoru, professor Ahmet Sanic deyib ki, Heydər Əliyev müasir Azərbaycan dövlətçiliyinin əsaslarının yaradıcısıdır: "Heydər Əliyevin siyasi obrazı millətinin dövlətçilik şüurunun, tarixin sınağından şərəflə çıxan bütöv bir idarəçilik məktəbinin parlaq təcəssümüdür. Azərbaycan xalqı məhz Heydər Əliyevin sayəsində və bilavasitə rəhbərliyi altında tarixin ən sərt sınaqlarından keçib. Onun mütərəqqi və dünya standartlarına uyğun apardığı islahatlar nəticəsində ölkədə demokratik və hüquqi dövlət qurulub, iqtisadi müstəqilliyə nail olmaqla xalqın firavan gələcəyi üçün bütün təminatlar yaradılıb". Yeni Azərbaycan Partiyasının sədr müavini, partiyanın icra katibi Əli Əhmədov Heydər Əliyevin Azərbaycan xalqı qarşısında böyük xidmətlərindən danışıb: "Bunların sırasında ən əsası müstəqil Azərbaycan dövlətinin qurulmasıdır. Bu gün Azərbaycanda iqtisadiyyatın bütün sahələrində inkişaf müşahidə edilir. Aparılan iqtisadi islahatlar mövcud problem və çatışmamazlıqları aradan qaldırır. Hazırda ölkədə yeganə problem Dağlıq Qarabağ problemidir. Heydər Əliyev bu problemin aradan qaldırılması istiqamətində xeyli iş görüb. İndi bizə onun tövsiyələrini yerinə yetirmək qalır. İlham Əliyev də bu istiqamətdə ümummilli liderin yolunu uğurla davam etdirir". Ə.Əhmədovun dediyinə görə, H.Əliyevinin fəaliyyəti illərində gələcəyin təminatçıları hesab etdiyi gənclərin standartlara uyğun səviyyədə təhsil alması, biliklər əldə etməsi üçün lazımi şərait yaradılıb. Gənclərin xarici ölkələrin nüfuzlu universitetlərində təhsil alması və peşəkar kimi yetişməsi üçün dövlət tərəfindən vəsait ayrılıb. Onun sayəsində bu gün yüzlərlə gənc yüksək səviyyədə ali təhsil alıb və hazırda dövlət strukturlarında müvafiq vəzifələrdə çalışır. H.Əliyev təhsil sahəsinin inkişafı üçün də lazımi işlər görüb: "Azərbaycanda təhsilə qayğının təməli ümummilli lider Heydər Əliyev tərəfindən qoyulub. O, ölkənin uğurlu gələcəyini təhsildə, müasir standartlara uyğun səviyyədə təhsil alan gənclərdə görürdü. H.Əliyev hakimiyyətdə olduğu illərdə daim təhsil sahəsinə xüsusi diqqət yetirib. Onun təməlini qoyduğu ənənə bu gün də prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir"
S.QARAYEVA

http://www.525.az/new/2007/12/14/read=23209

10 Aralık 2007 Pazartesi

Mükafatlandırma Mərasimi

6 Dekabr 2007 tarixində Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi tərəfindən təntənəli mükafatlandırma mərasimi keçirilmiş və hər tələbəmizə bir ədəd notebook hədiyyə edilmişdir
Azərbaycan Respublikasında telefon rabitəsinin yaradılmasının 125 illiyinə həsr olunmuş «Ali məktəb tələbələri arasında informatika üzrə Ümumrespublika Olimpiadası» Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi, Heydər Əliyev Fondu, Təhsil Nazirliyi və AMEA-nın İnformasiya Texnologiyaları İnstitutu tərəfindən birgə keçirilimişdir.
Olimpiadanın I mərhələsi 11.11.2007-ci il tarixdə, final mərhələsi isə 18.11.2007-ci il tarixində Azərbaycan Milli Elmlər Akademiyasının İnformasiya Texnologiyaları İnstitutunun Tədris Mərkəzində keçirilmişdir.
Olimpiadada aşağıdakı üniversitetilərdən 24 komanda iştirak etmişdir.
Qafqaz Universiteti
Azərbaycan Dövlət Neft Akademiyası
Azərbaycan Texniki Universitet
Bakı Dövlət Universiteti
Azərbaycan Dövlət İqtisad Universiteti
Naxcivan Dovlet Universiteti
Gəncə Dövlət Universiteti
24 komandanın (hər komandada 3 tələbə) iştirak etdiyi olimpiadanın birinci mərhələsində 12 komanda finala vəsiqə qazanmışdır. Bu müsabiqədə Qafqaz Universiteti 4 komanda ilə təmsil olunmuşdur. Qafqaz Şahinləri və Qafqaz U2 komandamız finala vəsiqə qazanmışlar.
FİNAL MƏRHƏLƏSİNDƏ
Qafqaz Şahinləri (Ramin Orucov, Faiq Babayev, Əfqan Abbasov)
komandamız rəqiblərini böyük hesabla üstələyərək
Respublika birincisi olmuşdur

Sovet dövründə Azərbaycan - Türkiyə münasibətləri

Qafqaz Universiteti, Qafqaz Araşdırmaları İnstitutunun təşkil etdiyi silsilə seminarlar çərçivəsində Professor Musa Qasımlı “Sovet dövründə Azərbaycan - Türkiyə münasibətləri” mövzusunda üniversitetin böyük seminar salonunda personal və tələbələr üçün seminer keçirmişdir.

Bir müddət bundan əvvəl tarix elmləri doktoru Musa Qasımovun “SSRİ-Türkiyə münasibətləri” adlı kitabı işıq üzü görüb.
Kitabda SSRİ-Türkiyə münasibətlərinin qaranlıq səhifələrinin müəyyən dövrləri tədqiq edilib. Bəs bu kitabın yazılması hansı zərurətdən doğdu? Sizi maraqlandıran bu və digər suallara cavab almaq üçün tarix elmləri doktoru, Bakı Dövlət Universitetinin professoru Musa Qasımovun Zaman qazetinde yayınlanan röportajınıokumaq gerekdir:
http://www.zaman.az/site/shownews.php?news_id=7683

9 Aralık 2007 Pazar

Ankaradan konuklar var...











Ankara İl Milli Eğitim Müdürü, Muratbey BALTA, Keçiören İl Milli Eğitim Müdürü Hüseyin YURTOĞLU, Keçiören Belediye Başkan Yardımcısı İbrahim TERZİOĞLU ve beraberindeki heyet 08.12.2007 tarihinde Qafqaz Üniversitesini ziyaret etmiştir.




Düşüncənin Düşünən Qonağı




Qafqaz niversitetinde, AMEA-nın müxbir üzvü, t.e.d. Prof. Rafiq Əliyevlə, Mədəniyyət Şöbəsinin nəzdində fəaliyyət göstərən Düşüncə klubunun təşkil etdiyi "Düşüncənin Düşünən Qonağı" adlı tədbir 30.11.2007 tarixində saat 12:00-da akt zalında keçirilmişdir.


3 Aralık 2007 Pazartesi

Qafqaz Talebelerinin yeni bir başarısı!

01.12.2007 tarihinde Azerbaycan Devlet İktisat Üniversitesinde Vergiler Bakanlığının Ali Mekteb talebeleri arasında 2.olimpiyat geçirilmiştir. Duyurusunun olimpiyadadan bir hafta önce gönderilmesinin akabinde 3 günlük çalışma programı sonucunda üniversitemizin Hukuk ve İİBF talebelerinden ibaret 15 kişilik takımın iştirak ettiyi olimpiyadada toplam 6 para ödülü ve Fahri diplom belirlenmiş,aynı zamanda sorulan 75 sorudan 50 puan üzeri toplayanların isimlerinin Vergiler Bakanlığının işe kabul sınavlarında degerlendirilmek üzere Bakanlığın bilgi bazasına dahil edilmişdir.Olimpiyadada 10 üniversiteden 140 talebe iştirak etmiştir.Cevaplar optik okuyucuyla okunmuş ve 109 kişinin çevap kartı geçerli sayılmıştır.Sonuclara göre toplam 6 ödülden 4 ödül ve Fahri Ferman Dövlet İktisat Üniversitesinin talebeleri, 2 ödül (150 AZN) ve Fahri fermanı ise üniversitemizin talebeleri İsrail İmanlı ve Faiq Kazımov kazanmıştır.50 puan üzeri toplayan toplam 17 öğrenciden 9 öğrenci Qafqaz, 5 öğrenci Dövlet İktisat Unv., 2 öğrenci Neft Akademisi ve 1 öğrenci Azerbaycan Üniversitesinin talebesi olmuştur. Dolayısıyla talebelerimiz ferdi başarı olarak Dövlet iktisat üniversitesinden sonra ikinci yeri , takım olarak ise 1.yeri tutmişlardır.Bu yarışmada bakanlığın işe kabul sınavlarında öncelik tanıyacakları isimlerin yer aldığı bilgi bazasına takımımızın 15 üyesinden 10 nun ismi dahil edilmişdir.Aynı zamanda takımımızın en az puan toplayanı 41 puan toplamış,dolayısıyla ortalama olarak diğer üniversitelere önemli fark atmıştır.Takımın sınavdakı bu başarısı Bakanlık yetkililerince taktirle karşılanmıştır.

Qafqaz Universitetində konfrans keçirilib

Qafqaz Universitetində "Türk xarici siyasətində aktual məsələlər" mövzusunda konfrans təşkil olunub. Konfransda çıxış edən Qafqaz Universitetinin rektoru, professor Ahmet Sanic deyib ki, universitet 1993-cü ildə etibarən fəaliyyət göstərir. Bu təhsil müəssisəsində avtomatlaşdırılan riyaziyyat, riyaziyyat və informatika, biznesin təşkili, idarə edilməsi, menecment, maliyyə və kredit, beyəlxalq iqtisadi münasibətlər, iqtisadiyyatın hüquqi tənzimlənməsi, beynəlxalq hüquq, regionşünaslıq, politologiya, filologiya, tərcümə, ibtidai təhsilin pedaqogikası və metodikası ixtisasları üzrə mütəxəssislər hazırlanır. Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Hüseyn Avni Qarslıoğlu çıxışı zamanı Türkiyənin xarici siyasətindən, dünya dövlətləri ilə hərbi, siyasi və iqtisadi sahələr üzrə mövcud olan əlaqələrindən söz açıb. O bildirib ki, 1923-cü ildən müstəqillik əldə edən Türkiyənin hazırda dünyanın inkişaf etmiş bütün ölkələri ilə əməkdaşlığı mövcuddur: "Sağlam təməllər üzərində qurulan bu əlaqələr ildən-ilə möhkəmlənir. Türkiyə dövləti sözügedən ölkələrlə həmçinin Qafqaz və Orta Asiya ilə qurulan əməkdaşlığın qorunub saxlanılması üçün bütün imkanlardan istifadə edir. Türkiyə tərəfi xarici siyasətini düzgün qurub. Bu səbəbdən də bütün ölkələrlə əməkdaşlıq var". H.A.Qarslıoğlu bildirib ki, Türkiyə Ermənistanla sərhədi açmadığı üçün hazırda dünya dövlətləri tərəfindən rəsmi Ankaraya bir sıra təzyiqlər edilir. Ancaq Türkiyə qoyduğu şərtlər yerinə yetirildiyi təqdirdə sərhədləri açmaq niyyətindədir. Daha sonra səfir universitet tələbələrinin çoxsaylı suallarını cavablandırıb. Konfransın sonunda isə H.A.Qarslıoğluna universitetin fəxri plaketi təqdim olunub.
S.QARAYEVA
525-ci qəzet

Güclü olmanın olmazsa-olmazları və səfirin diplomatik perspektivi



Enes Cansever, Zaman Azerbaycan, 01-12-2007
Bu yazımda iki ünvana səmimi təşəkkürlərimi çatdırmaq istəyirəm. Birincisi, rektor Ahmet Saniç başda olmaqla Qafqaz Universitetinə, ikincisi isə, Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Hüseyin Avni Karslıoğluna. “Qafqaz”a ona görə təşəkkür edirəm ki, artıq bu cür konfranslar keçirməyi ənənə halına gətirmişdir və biz bu konfranslardan çox şey öyrənir, çox şey götürürük. Böyükelçiyə ona görə təşəkkür edirəm ki, iki saatdan artıq vaxtını ayırıb, “Qafqaz”ın keçirdiyi sonuncu konfransın qonağı oldu və biz o görüşü böyük bir zövqlə dinlədik. Həqiqətən də, bu konfrans bizim üçün çox dəyərli bir görüş oldu. Demək olar ki, belə toplantılar bütün iştirakçılar, xüsusilə də, tələbə kontingenti üçün çox gərəkli və səmərəlidir. Çünki kifayət qədər diplomatik təcrübəyə sahib olan Karslıoğlu kimi bir böyükelçinin söylədikləri gələcəkdə bu sahəyə üz tutmağa hazırlaşan tələbələrin ruhunda, dünyagörüşündə müsbət mənada mühüm rol oynaya bilər. Amma Karslıoğlu da məsələni tam onluqdan vurdu. Etiraf edim ki, bu qədər açıq, bu qədər səmimi bir konfransın iştirakçısı olmaq hər kəs üçün böyük qazancdır və çox şükür ki, biz də o toplantıdan öz nəsibimizi götürdük. Karslıoğlu Türkiyə Cümhuriyyətinin xarici siyasəti, keçmişdən bu günümüzə qədər davam edən inkişaf yolu, qarşıya çıxan problemlər və onların həlli, qonşu dövlətlərlə münasibətlər, ABŞ və Avropa Birliyi ilə münasibətlərin mövcud durumu, erməni diasporu və onunla mübarizə yolları, türk dünyası ilə münasibətlərin perspektivi, qarşımızda duran ən ümdə məsələlər, bir sözlə, ən müxtəlif məsələlərdən geniş bəhs etdi və hər mövzunun sonunda da onun həlli yollarını göstərirdi. Etiraf edim ki, mən müəyyən mənada tələbələrə qibtə elədim. Elə rektor Ahmet Saniç də bu cür konfransların tələbələr üçün çox əhəmiyyətli olduğunu, onların dövründə bir böyükelçinin tələbələr üçün konfrans keçirməsinin əlçatmaz bir arzu olduğunu, bunlar bir tərəfə dursun, səfirlərin nə etdiklərindən, nə işlə məşğul olduqlarından belə, xəbərsiz olduqlarını vurğuladı. Səfir tələbələrə müraciətlə bir fikri xüsusi vurğuladı ki, hansı işlə məşğul olursunuzsa-olun, uğur qazanmağın əsas yolu və eləcə də işin faydalı olması sizin xalqınızı və vətəninizi sevməyinizdən keçir. Xalqını sevməyən, ondan uzaq olan, onun dərdini ürəyində hiss etməyən, sevgisini və nifrətini anlamayan bir səfir dünyada öz xalqını necə təmsil edə bilər?....