Misirli nazir Qafqaz Universitetinin qonağı olub

Dünən Misirin Beynəlxalq Əməkdaşlıq (MBƏ) naziri Faizə Əbu əl-Nəqənin başçılıq etdiyi nümayəndə heyyəti Qafqaz Universitetində olub. Misirli qonaqların gəlişi münasibətilə təşkil edilən tədbirdə çıxış edən Qafqaz Universitetinin rektoru professor Ahmet Sanic deyib ki, universitet 1993-cü ildə etibarən fəaliyyət göstərir. Bu təhsil müəssisəsində avtomatlaşdırılan riyaziyyat, riyaziyyat və informatika, biznesin təşkili, idarə edilməsi, menecment, maliyyə və kredit, beynəlxalq iqtisadi münasibətlər, iqtisadiyyatın hüquqi tənzimlənməsi, beynəlxalq hüquq, regionşünaslıq, politologiya, filologiya, tərcümə, ibtidai təhsilin pedaqogikası və metodikası ixtisasları üzrə mütəxəssislər hazırlanır. A.Sanic vurğulayıb ki, universitetdə digər dünyəvi dillərlə yanaşı ərəb dili də tədris edilir. Faizə Əbu əl-Nəqə isə vurğulayıb ki, Qafqaz Universitetində tələbələrin müasir standartlara uyğun səviyyədə təhsil alması üçün lazımi şərait yaradılıb. Tələbələrin təlimi ilə yüksək ixtisaslı pedaqoqlar məşğul olur: "Qafqaz Universitetdə gələcəyin yüksək ixtisaslı, peşəkar kadrları hazırlanır. Mən inanıram ki, universitetin məzunları Azərbaycanın inkişafına dəstək verəcək, ölkəyə böyük xidmətlər göstərəcəklər. Ümid edirəm ki, bu universitetin yaxın müddətdə Qafqazın ən əsas təhsil ocağına çevriləcək". Universitetin müxtəlif fənlər üzrə aldığı medallara diqqət çəkən misirli qonaq müəssisəni dünyanın ən aparıcı təhsil ocaqları ilə bir səviyyədə olduğunu bildirib. Tədbirin sonunda Ahmet Sanic tərəfindən Faizə Əbu əl-Nəqənə universitetin fəxri doktoru adı verilib.
S.QARAYEVA
http://www.525.az/

Bu blogdaki popüler yayınlar

Azerbaijan - GOV - Azerbaijan to Host an International ICT Conference

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

VİCDAN SUSTUĞUNDA : Download PDF