Qafqaz Universitetində konfrans keçirilib

Qafqaz Universitetində "Türk xarici siyasətində aktual məsələlər" mövzusunda konfrans təşkil olunub. Konfransda çıxış edən Qafqaz Universitetinin rektoru, professor Ahmet Sanic deyib ki, universitet 1993-cü ildə etibarən fəaliyyət göstərir. Bu təhsil müəssisəsində avtomatlaşdırılan riyaziyyat, riyaziyyat və informatika, biznesin təşkili, idarə edilməsi, menecment, maliyyə və kredit, beyəlxalq iqtisadi münasibətlər, iqtisadiyyatın hüquqi tənzimlənməsi, beynəlxalq hüquq, regionşünaslıq, politologiya, filologiya, tərcümə, ibtidai təhsilin pedaqogikası və metodikası ixtisasları üzrə mütəxəssislər hazırlanır. Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Hüseyn Avni Qarslıoğlu çıxışı zamanı Türkiyənin xarici siyasətindən, dünya dövlətləri ilə hərbi, siyasi və iqtisadi sahələr üzrə mövcud olan əlaqələrindən söz açıb. O bildirib ki, 1923-cü ildən müstəqillik əldə edən Türkiyənin hazırda dünyanın inkişaf etmiş bütün ölkələri ilə əməkdaşlığı mövcuddur: "Sağlam təməllər üzərində qurulan bu əlaqələr ildən-ilə möhkəmlənir. Türkiyə dövləti sözügedən ölkələrlə həmçinin Qafqaz və Orta Asiya ilə qurulan əməkdaşlığın qorunub saxlanılması üçün bütün imkanlardan istifadə edir. Türkiyə tərəfi xarici siyasətini düzgün qurub. Bu səbəbdən də bütün ölkələrlə əməkdaşlıq var". H.A.Qarslıoğlu bildirib ki, Türkiyə Ermənistanla sərhədi açmadığı üçün hazırda dünya dövlətləri tərəfindən rəsmi Ankaraya bir sıra təzyiqlər edilir. Ancaq Türkiyə qoyduğu şərtlər yerinə yetirildiyi təqdirdə sərhədləri açmaq niyyətindədir. Daha sonra səfir universitet tələbələrinin çoxsaylı suallarını cavablandırıb. Konfransın sonunda isə H.A.Qarslıoğluna universitetin fəxri plaketi təqdim olunub.
S.QARAYEVA
525-ci qəzet

Bu blogdaki popüler yayınlar

Azerbaijan - GOV - Azerbaijan to Host an International ICT Conference

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

VİCDAN SUSTUĞUNDA : Download PDF