British Council və Qafqaz Universiteti: “FameLab” müsabiqəsini təqdim edir.


“FameLab” müsabiqəsi Beautiful Science - Gözəl Elm layihəsi çərçivəsində keçirilir.
FameLab
Şöhrət Laboratoriyası


Sizin yaşınız 18-35 arasıdır?
Yarışmanın əsas məqsədi elmi sinif otağı çərçivəsindən çıxarıb
əyləncəyə çevirmək, eləcə də elm və texnologiyaya böyük həvəsi olan
cavanları öz maraqlarını ictimaiyyətlə bölüşməyə ruhlandırmaqdır.

Yarışmanın şərtləri:
İştirakçılara, münsiflər heyətinə PowerPoint
proqramından istifadə etmədən Azərbaycan
dilində elmi fikri təqdim etmək üçün cəmi
üç dəqiqə vaxt verilir. Yalnız ən yaxşı
iştirakçılar növbəti tura keçəcək.


İştirak etmək üçün əsas şərtlər:
Dəqiq elm, mühəndislik və ya riyaziyyatı sənaye, yaxud iş sahəsinə tətbiq edən şəxslər;
Dəqiq elm, mühəndislik və ya riyaziyyat sahəsində mühazirəçilər;
Dəqiq elm, riyaziyyat və ya mühəndislik sahəsində oxuyan universitet tələbələri;
Tətbiqi elm, texnologiya və ya riyaziyyat sahəsində çalışan insanlar;
Artıq mövcud olan tədqiqat və ya meta-tədqiqatlarla məşğul olan tədqiqatçılar;
Dəqiq elm, mühəndislik və ya riyaziyyatı silahlı qüvvələrdə yaxud hakimiyyət orqanlarında tətbiq edən şəxslər.


Yarışmada iştirak etmək istəyən şəxslər qeydiyyat formasını www.britishcouncil.azsəhifəsindən yükləyib, 03 mart 2008-ci il tarixinə qədər beautiful.science@britishcouncil.az internet ünvanına göndərməlidirlər.

Bu blogdaki popüler yayınlar

Azerbaijan - GOV - Azerbaijan to Host an International ICT Conference

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

Ən yüksək keçid balı Qafqaz Universitetinin birinci qrupuna daxil olan kompüter mühəndisliyi ixtisasındadır