Qafqaz Universiteti Novruz şənliyi keçirib

Abşeron rayon Mədəniyyət Evində Qafqaz Universitetinin təşkilatçılığı ilə Novruz Bayramı münasibətilə bayram tədbiri təşkil edilib. Tədbirdə çıxış edən Qafqaz Universitetinin rektoru, professor Ahmet Sanic deyib ki, fəaliyyətə başladığı ildən etibarən hər il Novruz Baramı ərəfəsində universitetin müəllim və tələbələrinin iştirakı ilə bayram tədbiri keçirilir. Onun sözlərinə görə, 10 min ildən çox tarixə malik olan Novruz təkcə tərəqqi, təkamül rəmzi kimi təkcə təbiətin oyanışını deyil, həm də insanların arzu və ümidlərinin, niyyətlərinin pöhrələnməsini təcəssüm edən bir bayramdır: "Sırf Azərbaycan xalqına xas olan bayramlardan ən müqəddəsi Novruz bayramıdır. Bəşər sivilizasiyasının beşiyi sayılan bu məmləkət tarix boyu özünə məxsus adət-ənənələri ilə seçilib, məşhurlaşıb. Bu baxımdan, Novruz bayramının tarixi Azərbaycan xalqının mövcud olduğu dövrlərə təsadüf edir. Oda, Alova sitayiş olunan dövrlərdə atəşpərəstlərin və bəşər tarixinin ilk kitabı olan Avestada Azərbaycan xalqının tarixi keçmişi, milli-mənəvi dəyərləri barədə də məlumatlar yer alıb. Bir çox millətlər Azərbaycan xalqına məxsus olan Novruz bayramını öz adlarına çıxmağa cəhd göstərsələr də, tarixi dəlillər bunun əksini təsdiq edib". A.Sanicin dediyinə görə, artıq xeyli müddətdir ki, Azərbaycanda yaşayır və Novruz Bayramının hər il ölkənin bütün ərazilərində təntənə ilə, adət-ənənələrə uyğun şəkildə qeyd olunduğunun şahidi olur: "Azərbaycan xalqı tarixi kökünə, milli adət-ənənələrinə çox bağlı bir xalqdır. İnsan həyatına yenilik, süfrələrə xeyir-bərəkət bəxş edən Novruz da qədim köklərə malik, xalqın tarixi yaddaşında, milli təfəkküründə özəl bir yer tutan bayram olduğu üçün hər il təntənə ilə qeyd edilir". Tədbirin sonunda universitetdə təşkil edilən mini-futbol, şahmat və stolüstü tenis oyunlarının qaliblərinə A.Sanic tərəfindən hədiyyələr təqdim olunub. Tədbir konsert proqramı ilə davam edib.
S.QARAYEVA

www.525.az



Bu blogdaki popüler yayınlar

Azerbaijan - GOV - Azerbaijan to Host an International ICT Conference

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

Ən yüksək keçid balı Qafqaz Universitetinin birinci qrupuna daxil olan kompüter mühəndisliyi ixtisasındadır