Eduniversal Layihəsi Və Rəsmi Seçim Nəticələri

Fransada tələbə mübadiləsi üzrə lider kompaniya olan SMBG qabiliyyətlərin beynəlxalqlaşdırılması problemi ilə əlaqədar EDUNİVERSAL layihəsini ortaya qoymuşdur. EDUNİVERSAL beynəlxalq nüfusa malik 1000 biznes məktəbini seçərək və 9 coğrafi zonada qruplaşdıraraq ilk rəsmi seçimi təqdim etməkdədir (www.eduinversal.com). Seçilmiş 1000 biznes məktəbi 150-dən artıq ölkəni və dünya əhalisinin 97%-ni təmsil edir. Seçim hal-hazırda sadəcə biznes sahəsi üzrə aparılsa da gələcəkdə təhsilin bütün sahələrini əhatə edəcəkdir.
EDUNİVERSAL layihəsinin tələbələr, İnsan Resursları bölmələri, biznes məktəbləri, elm adamları, jurnalistlər baxımından faydaları vardır. Belə ki, tələbələrə istəklərinə görə dünyanın hər hansı bir yerində təhsil almaq üçün ən yaxşı seçim imkanı verir. İnsan Resursları Bölmələri isə bu seçimdən yararlanaraq həm istedadlı işçilərin işə cəlb edilməsini, həm də öz işçilərinin ixtisaslarını artırmaq üçün o təhsil ocaqlarına göndərilməsini həyata keçirə bilər. Biznes məktəblərinə isə hədəf kütlələri qarşısında tanınma və performanslarını ölçmə və s. imkanlar qazandırır. Elm adamları üçün özlərini ifadə etmə, vermiş olduqları faydaları nümayiş etdirmə və karyera dəyişikliklərini asanlaşdırma imkanı verir. Jurnalistlər isə həm tək, həm də ümumi dəyərləndirmələrdə standart əldə etmiş olur.
1000 biznes məktəbinin global xəritəsi coğrafi zonalara görə və hər bir ölkə 5 dəyərləndirmə kriteriyası (adam başına milli təhsil xərcləri, Ümumdaxili Məhsul, əhalinin sayı, ali təhsil alan tələbə sayı, yerli təhsil mühiti) üzrə olmaqla qruplandırılmışdır. Seçim milli və beynəlxalq dəyərləndirmə üsullarının sintezi ilə əldə olunan nəticələrə görədir (akkreditasiya, dövlət tərəfindən tanınma, beynəlxalq akademik assosiyasiyalarda iştirak, beynəlxalq mütəxəssis rəyləri vs.). Beynəlxalq Elmi Komitə 9 mütəxəssisdən, 2 icraedici üzvdən (SMBG-nin rəhbəri və beynəlxalq koordinator), 1 müşavirlikdən (Birləşmiş Ştatlar sisteminin komissiyası) ibarətdir.
Həyata keçirilən bu layihə üzrə seçilmiş ən yaxşı biznes təhsili verən 1000 biznes məktəbi içərisində Azərbaycandan Qafqaz Universiteti və Xəzər Universiteti seçilmişdir. Belə ki Qafqaz Universitetinin Biznesin Təşkili və İdarə Edilməsi Bölməsi rəsmi sertifikat ilə təltif edilmişdir.
Rəcəb Rzayev

Bu blogdaki popüler yayınlar

Azerbaijan - GOV - Azerbaijan to Host an International ICT Conference

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

Ən yüksək keçid balı Qafqaz Universitetinin birinci qrupuna daxil olan kompüter mühəndisliyi ixtisasındadır