Qafqaz Universitetində "Düşüncə" klubunun 5 illik fəaliyyətilə bağlı tədbir keçirilib

Dünən Qafqaz Universitetində ali təhsil müəssisəsinin nəzdində fəaliyyət göstərən "Düşüncə" klubunun 5 illik fəaliyyətinə həsr olunan tədbir təşkil edilib. Öncə klubun 5 illik fəaliyyətini əks etdirən film nümayiş olunub. Daha sonra 1993-cü ildə yaradılan və avtomatlaşdırılan riyaziyyat, riyaziyyat və informatika, biznesin təşkili, idarə edilməsi, menecment, maliyyə və kredit, beynəlxalq hüquq, regionşünaslıq, politologiya, filologiya, tərcümə, ibtidai təhsilin pedaqogikası ixtisasları üzrə mütəxəssislərin hazırlandığı universitetdə fəaliyyət göstərən "Düşüncə" klubunun fəaliyyəti barədə məlumat verilib. Bildirilib ki, Qafqaz Universitetinin tələbələri yüksək səviyyədə təhsil almaqla yanaşı geniş sosial-ictimai fəaliyyətlə də məşğuldular. Universitetdə elm, incəsənət, musiqi, idman və s. kimi sahələr üzrə dərnəklər, klublar fəaliyyət göstərir. Tələbələrin böyük əksəriyyəti bu dərnəklərin, klubların üzvüdür. 2003-ci ildə yaradılan və onlarla üzvü olan "Düşüncə" klubu isə əsasən xeyriyyəçilik fəaliyyəti ilə məşğuldur. Klub qısa müddətdir ki, fəaliyyət göstərməsinə baxmayaraq, bir çox xeyriyyə işinə imza atıb. Klub tərəfindən İndoneziyada Sunami faciəsindən zərər çəkən insanlara maddi yardım göstərilib. Azərbaycanın bir çox ümumtəhsil məktəbində, universitetlərdə müxtəlif mövzulu seminarlar təşkil edilib. Klub eyni zamanda xarici ölkələrdən dəvət olunan mütəxəssislərin iştirakı ilə beynəlxalq səviyyəli tədbirlər təşkil edib. Sözügedən tədbirlər içərisində ən yaddaqalanı isə klubun dəvətilə Hindistandan gələn kağız sənəti ustalarının iştirakı ilə Xəzər Universitetinin tələbələri üçün keçirilən tədbirdir. Məlumatda vurğulanıb ki, "Düşüncə" klubu fəaliyyətini bundan sonra da daha fəal şəkildə davam etdirmək və bir sıra yeni-yeni layihələr, tədbirlər həyata keçirmək niyyətindədir.Tədbir klub tərəfindən təşkil olunan konsert proqramı ilə davam edib.
S.QARAYEVA
www.525.az

Bu blogdaki popüler yayınlar

Azerbaijan - GOV - Azerbaijan to Host an International ICT Conference

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

Ən yüksək keçid balı Qafqaz Universitetinin birinci qrupuna daxil olan kompüter mühəndisliyi ixtisasındadır