Ulu öndərimiz Heydər Əliyevin nurlu ideyaları əbədi yaşayacaqdır

Aprelin 29-da Qafqaz Universitetində (QU) ümummilli liderimiz Heydər Əliyevin 85 illik yubileyinə həsr edilmiş "Heydər Əliyev və Azərbaycanda dövlət qadın siyasəti" mövzusunda ümumrespublika konfransı keçirilmişdir. Təhsil Nazirliyi, Qafqaz Universiteti və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə keçirilən tədbirdə tanınmış alimlər və pedaqoqlar, Milli Məclisin deputatları, tələbələr iştirak etmişlər. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova ümummilli liderimiz, müstəqil dövlətimizin memarı və qurucusu Heydər Əliyevin Azərbaycan qadınına göstərdiyi diqqət və qayğıdan danışmışdır. Bildirilmişdir ki, ulu öndərimiz Heydər Əliyev qadınların siyasi və ictimai təşkilatlarda geniş təmsil olunmasına böyük əhəmiyyət vermişdir. Ölkəmizdə qadınların inkişafı üçün geniş imkanlar yaradıldığını qeyd edən natiq bütün bu nailiyyətlərin ümummilli liderimiz Heydər Əliyevin adı və fəaliyyəti ilə bağlı olduğunu söyləmişdir.Milli Məclis sədrinin müavini Bahar Muradova dahi rəhbərimiz Heydər Əliyev siyasətinin uğurlu nəticələrindən bəhs edərək ulu öndərimizin siyasi xəttinin ölkə Prezidenti İlham Əliyev tərəfindən əzmlə davam etdirildiyini bildirmişdir.Təhsil nazirinin müavini İradə Hüseynova, Qafqaz Universitetinin rektoru Əhməd Saniç, Milli Məclisin İnsan hüquqları daimi komissiyasının sədri Rəbiyyət Aslanova və digər natiqlər də müdrik dövlət xadimi Heydər Əliyevin cəmiyyətdə qadının rolunun yüksəldilməsinə daim diqqət göstərdiyini bildirmiş, ulu öndərimizin nurlu ideyalarının əbədi yaşayacağını vurğulamışlar. Tədbirdə ümummilli liderimiz Heydər Əliyevin həyat və fəaliyyətinin ayrı-ayrı məqamlarını əks etdirən film nümayiş etdirilmişdir.



Heyder Aliyev ve Azerbaycanda dövlet qadın siyaseti

Bu blogdaki popüler yayınlar

Azerbaijan - GOV - Azerbaijan to Host an International ICT Conference

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

VİCDAN SUSTUĞUNDA : Download PDF