Elçin Əfəndiyev yubiley münasibəti ilə təbrik edildi

"Çağ" Öyrətim Şirkəti İdarə Heyətinin sədri Ənvər Özərən, "Qafqaz" Universitetinin rektoru Əhməd Saniç və şirkətinin müşaviri Ağarəsul Məmmədov Azərbaycan Respublikası Baş Nazirinin müavini Elçin Əfəndiyevi ziyarət etdi. Görüşdən olduqca şad olduğunu bildirən Elçin Əfəndiyev Türkiyə ilə Azərbaycan arasındakı əlaqələrin gündən-günə inkişafından bəhs etdi, bu münasibətlərin təməlində xalqımızın Ümummilli Lideri Heydər Əliyevin böyük xidmətlərindən söhbət açdı. İki qardaş ölkənin elm və mədəniyyət sahələrindəki əlaqələrinin inkişafından danışan Elçin Əfəndiyev bu sahədə "Çağ" Öyrətim Şirkətinin fəaliyyətini xüsusi qeyd etdi: "Bu mədəniyyət ocağı Azərbaycan üçün olduqca dəyərlidir. Cənab Prezidentimiz İlham Əliyev "Bu müəssisələr Azərbaycanın gələcəyi üçün çox güclü kadrlar hazırlayır" deyərkən bu dəyəri olduqca gözəl ifadə etmişdir. Bir dövlətin gözəl gələcəyi onun yüksək təhsilli savadlı kadrları sayəsində ola biləcəyini və bu güclü kadrların təməlinin məhz orta məktəb tədrisində atıldığını nəzərə alsaq, Şirkətinizin fəaliyyətinin Azərbaycan üçün nə qədər gərəkli olduğunu görərik". Elçin Əfəndiyevə minnətdarlığını bildirən Ənvər Özərən, ona "Çağ" Öyrətim Şirkətinin fəaliyyəti və son tədris ilindəki uğurları haqqında ətraflı məlumat verdi. O, şirkətin gələcəkdə görəcəyi işlər haqqında danışarkən "Qafqaz" Universitetinin yeni tikiləcək şəhərciyinin planını da göstərdi. Ənvər Özərən yeni korpusların təməlqoyma mərasimində və "Qafqaz" Universitetinin rəsmi açılışında Türkiyənin Prezidenti Abdullah Gülün iştirak etdiyini də qeyd etdi. Sonda Ənvər Özərən rəhbərlik etdiyi şirkət və şəxsən öz adından Elçin Əfəndiyevi 60 illik yubileyi münasibəti ilə səmimi qəlbdən təbrik etdi, ona xeyirli uzun ömür, cansağlığı, Azərbaycan dövlətçiliyinin daha da möhkəmləndirilməsi və Azərbaycan xalqının rifahının yaxşılaşdırılması sahəsində məqsədyönlü və yorulmaz fəaliyyətində yeni-yeni uğurlar dilədi və "Çağ" Öyrətim Şirkətinin xatirə hədiyyəsini təqdim etdi.---------------------(Elmir İmanlı)

Bu blogdaki popüler yayınlar

Azerbaijan - GOV - Azerbaijan to Host an International ICT Conference

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

VİCDAN SUSTUĞUNDA : Download PDF