Azərbaycan VI Beynəlxalq Türk Dili Olimpiadasının mahnı yarışmasının qalibi olub

Türkiyənin İstanbul şəhərində VI Beynəlxalq Türk Dili Olimpiadasının final mərhələsi keçirilib. Azərbaycan olimpiadanın mahnı yarışmasının qalibi olub. Azərbaycanın təmsilçisi olan Xədicə Əlizadə Türkiyənin Qara dəniz bölgəsinin folkloruna məxsus “Mən səni sevdiyimi” mahnısı ilə finala vəsiqə qazanmış 10 ölkə arasında birinci olub. Ona medalını və qalib olması barədə diplomu Türkiyə Böyük Millət Məclisinin başqanı Köksal Toptan təqdim edib. TBMM başqanı bu tədbirin təşkilatçılarına təşəkkürünü bildirib və onun əhəmiyyətindən danışıb. O deyib ki, bu mərasim dünyanı sülhə, birliyə və dostluğa çağırır. Eyni yarışma üzrə ikinci yeri Türkmənistan, üçüncü yeri isə Tacikistan qazanıb.

Bu blogdaki popüler yayınlar

Azerbaijan - GOV - Azerbaijan to Host an International ICT Conference

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

VİCDAN SUSTUĞUNDA : Download PDF