I-ci Riyaziyyat - Mantiq Olimpiadasının mükafatlandırma merasimi geçirilmişdir


Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Xüsusi istedada malik uşaqların(gənclərin) yaradıcılıq potensialının inkişafı üzrə Dövlət Proqramı (2006-2010-cu illər) nın təsdiq edilməsi haqqında” imzalamıdığı sərəncamın əsas məqsədi istedadlı gənclərin aşkara çıxarılması, onların potensial imkanlarının inkişaf etdirilməsi və səmərəli təhsil almaları üçün lazımi şəraitin yaradılmasıdır. Bu sərəncamın icrasından irəli gələrək Qafqaz Universiteti Pi və Sənaye Mühəndisliyi tələbə dərnəkləri Təhsil Nazirliyi ilə birgə regional mərkəz olaraq Bakıda , Abşeronda, Sumqayıtda , Şamaxıda , Əli Bayramlıda "Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 85-ci ildönümünə həsr edilmiş I-ci Riyaziyyat - Məntiq Olimpiadası" keçirmişdir. Olimpiadanın əsas məqsədi riyaziyyat sahəsində gənc istedadları müəyyən etməkdir.Olimpiada iki mərhələdə keçirilmişdir. 5 may 2008 –ci il tarixində təşkil olunmuş birinci mərhələdə 1000 şagird içərisindən 60 şagird, ikinci mərhələdə isə 60 nəfər içərisindən 30 şagird Olimpiadanın qalibi seçilmişdir.
Olimpiadanın mükafatlandırma mərasiminə Təhsil Nazirinin müavini İskəndər İskəndərov qatılmış və öz ürək sözlərini şagirdlərlə bölüşmüş , onalara gələcək təhsillərində uğurlar arzu etmişdir.
I Riyaziyyat - Məntiq Olimpiadasının ilk otuz nəfər qalibinə müxtəlif hədiyyələr təqdim olunmuşdur.
DNS şirkətinin maddi dəstəyi ilə Olimpiadada 1-ci yeri tutan Lənkəran Özəl Türk liseyinin şagirdi Elyar Qulamhüseynliyə Notebook , 2-ci yeri tutan Türk Diyanət vakvı Bakı Türk liseyinin şagirdi İlqar Ramazanlıya Personal Kompüter , 3-cü yeri tutan Mingecevir Özəl Türk liseyinin şagirdi Camal Qədirova isə dijital fotoaparat hədiyyə olunmuşdur . Həmçinin Olimpiadanın təşkil olunmasında, şagirdlərin maddi cəhətdən həvəsləndirilməsində, xüsusən Olimpiadanın informasiya dəstəyilə təmin olunmasında Burc FM, Nil mağazaları və Aksesuar inşaat müəssisələri də xüsusi rol oynamışdır.
Bundan əlavə ilk otuz yeri tutan şagirdlərə Qafqaz Universitetinin aşağıdakı fakültələrinə qəbul olduqları təqdirdə müxtəlif güzəşlər ediləcəkdir:
1. Avtomatlaşdırılmış sistemlərin və hesablama texnikasının proqram təminatı
2.Riyaziyyat
3.Riyaziyyat və informatika
4.Riyaziyyat və fizika

www.qafqaz.edu.az

Bu blogdaki popüler yayınlar

Azerbaijan - GOV - Azerbaijan to Host an International ICT Conference

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

Ən yüksək keçid balı Qafqaz Universitetinin birinci qrupuna daxil olan kompüter mühəndisliyi ixtisasındadır