31 Ekim 2008 Cuma

Türkiyenin mektepleri yahşı işler görür


İlimsiz ne varsa alemde,




28 Ekim 2008 Salı

Taraftarlarımızı maça bekliyoruz

27 Ekim 2008 Pazartesi

Olimpiadadan daha bir hoş haber.....

Azerbaycan Respublikası Tehsil Nazirliyinin 21.10.2008 tarixinde teşkil etdiyi
RIYAZIYYAT fenni üzre
“Ali mekteb telebelerinin XIII fenn olimpiadası
”nda

Qafqaz Universitetinin Endüstri Mühendisliyi bölümünün telebesi

Esger Cavadov III YERİ qazanmışdır.

Bu nailiyyetine göre telebeni ve bütün Universitet kollektivini tebrik edirik.

25 Ekim 2008 Cumartesi

22 Ekim 2008 Çarşamba

Qafqaz Universiteti FİZİKA fenni üzre Respublika birincisi oldu

Azerbaycan Respublikası Tehsil Nazirliyinin 21.10.2008 tarixinde teşkil etdiyi
FİZİKA fenni üzre
“Ali mekteb telebelerinin XIII fenn olimpiadası”nda
Azerbaycanın bütün ali mekteblerinden 42 telebe iştirak etmişdir.

Qafqaz Universitetinin Fizika bölümünün telebesi

Reşadet Qedmeliyev I YERİ qazanmışdır.

Qafqaz Universiteti Respublika birincisi oldu

“Ali mekteb telebelerinin XIII fenn olimpiadası”nda
Qafqaz Universiteti Telebelerinden
Efqan Abbasov (Maliye Kredit ) Respublika birincisi,
Faiq Babayev (Kompüter Mühendisliyi)
Respublika ikincisi,
Vüsal Abdullayev (Kompüter Mühendisliyi) Respublika üçüncüsü
olmuşlar.

I Yer 1 nefer Qafqaz Universiteti
II Yer 2 nefer Qafqaz Universiteti, BDU
III Yer 3 nefer Qafqaz Universiteti, BDU, ADNA

Qeyd: Efqan Abbasov ve Faiq Babayev bu müsabiqede ikinci defedir ki, uyğun olaraq I ve II yerleri qazanmışlar.

Azerbaycan Respublikası Tehsil Nazirliyinin 21.10.2008 tarixinde Bakı Dövlet Universitetinde teşkil etdiyi
İnformatika fenni (proqramlaşdırma) üzre
“Ali mekteb telebelerinin XIII fenn olimpiadası”nda
14 universitetden 43 telebe iştirak etmişdir

Qafqaz Universiteti (5 telebe temsil etmişdir)
Bakı Dövlet Universiteti
Azerbaycan Dövlet Neft Akademiyası
Azerbaycan Texniki Universiteti
Azerbaycan Dövlet Memarlıq Universiteti
Azerbaycan Dövlet Pedaqoji Universiteti
Azerbaycan Dövlet Kend Teserrufatı Akademiyası
Milli Aviasiya Akademiyası
Sumqayıt Dövlet Universiteti
Naxcivan Dovlet Universiteti
Gence Dövlet Universiteti
Azerbaycan Dövlet Texnologiya Universiteti
Mingeçevir Texnik Universiteti
H.Eliyev adına Azerbaycan Ali Herbi Akademiyası
Bu münasibetle telebeleri tebrik edir gelecek müveffeqiyyetler arzulayırıq.
21.10.2008 Qafqaz-Ceyranbatan Lake

16 Ekim 2008 Perşembe

Qafqaz Universitetinin Türk dili ve edebiyyatı kafedrasının baş müellimi Seyran Qayıbov Türkiye arxivlerinde apardığı araşdırmalar zamanı yazılı edeb

“Kim” - İzzeddin Hesenoğlunun yeni qezeli
Edebiyyat tariximizde doğma dilde yazılan ilk poeziya nümunelerinin müellifi olaraq bilinen İzzeddin Hesenoğlunun heyatı haqqında bize gelib çatan melumatlar Dövletşahın (1427/37-1490/91) 1487-ci ilde tertib etdiyi tezkirede yer alır.
Mecmuede 206-cı sırada yer alan şeir İzzeddin Hesenoğlunun “Kim” redifli qezeli “behr-i hecez-i müsemmen-i salim” behrinde yazılıb. Ömer Bin Mezid mecmueni tertib ederken Hesenoğlunun şeiri daxil bütün şeirleri (Şeyyad Hemzenin şeiri xaric) XV esr Anadolu türkcesi ile yazıya alıb. Mecmuede Hesenoğlunun qezeli “Hasan Oğlu Rast” deye başlayır.
Acab bilsem beni şeyda kılan kim

Bana bu ışk odın peyda kılan kim

Acablaram acab kaldum ilahi

İman ehlin dutup tersa kılan kim

Kamışdan şeker ü taşdan cevahir

Agaçdan daneyi hurma kılan kim

Tenüm yetmiş iki dürlü damardur

Kimin irmak kimin derya kılan kim.

Ko bu tedbiri gel takdiri gözle

Bugünki vadeyi ferda kılan kim

Bu natun ferrişi her dem bu ferraş

Bu arşun rengini mina kılan kim

Hasan Oğlu bu bir karta meniden

Anun hub suretin ziba kılan kim.

(Mustafa Canpolat, s. 150-151)

Edebiyyat tariximizde doğma dilde yazılan ilk poeziya nümunelerinin müellifi olaraq bilinen İzzeddin Hesenoğlunun heyatı haqqında bize gelib çatan melumatlar Dövletşahın (1427/37-1490/91) 1487-ci ilde tertib etdiyi tezkirede yer alır. Feqet bu melumatların qısa ve sethi olması şairimizi yaxından tanımaq üçün bize geniş imkan vermir. Dövletşah öz eserinde Hesenoğlunun Xorasanda yerleşen Esferain şeherinde doğulduğunu ve meşhur sufi Raziyeddin Eli Lelenin (ölümü hicri 642, miladi 1244-45) telebesi Şeyx Camaleddin Ehmed Zakirin müridi olduğunu ve bir müddet sonra tesevvüfde müeyyen bir mertebeye çatdığını qeyd edir. Buna göre, Hesenoğlu öz mühitinde “Şeyx İzzeddin Esferaini” olaraq da tanınırmış. XIII esrin ikinci yarısı ile XIV esrin birinci yarısında yaşadığı texmin edilen Hesenoğlunun divanı Dövletşahın qeyd etdiyine göre, Azerbaycan ve Anadoluda geniş yayılmış, şeirleri hele XIV esrde Xarezm, Qıpçaq ve Misirde oxunurmuş. (Hemid Araslı, Azerbaycan Edebiyyatı Tarixi, I Cild (En Qedim Dövrden XVIII Esrin Sonuna Qeder), Bakı 1960, Azerbaycan Klassik Edebiyyatından Seçmeler (tertib edeni C. Qehremanov), Bakı 2005, Fuad Köprülü, Edebiyat Araştırmaları II. Cilt, İstanbul 1989, s. 36, Türk Edebiyatında İlk Mutasavvıflar, Ankara 1973, s.178)Bu güne qeder şairimizin ikisi Azerbaycan dilinde, biri ise fars dilinde üç şeirinin olduğu qeyd edilirdi. Fars dilinde yazdığı şeirde “Pur-i Hesen”, Azerbaycan türkcesinde yazdığı şeirlerde “Hesenoğlu” texellüsünü işledib.Hesenoğlunun şeirlerinini yer aldığı bezi nezire mecmuelerine baxıb deye bilerik ki, o, klassik edebiyyatda yeni cığır açan, öznemexsus terzi olan bir şairdir. Hollandiyadakı Leiden Kitabxanasındakı bir mecmuede Memlükler dövrünün şairi Seyf Sarayinin Hesenoğlunun edebiyyat aleminde tanınmasına vesile olan “Apardı könlümü” qezeline yazdığı nezire de buna sübutdur. (Nihad Sami Banarlı, “Resimli Türk Edebiyatı Tarihi” kitabı, I cild, Ankara 1987, s. 364-365).
“Mecmuatün- Nezair” mecmuesindeki yeni qezel
XV esrde Anadoluda qeyde alınmış diger bir mecmuede de Hesenoğlunun başqa bir qezeline yazılmış nezirelerin olması heqiqeten onun ustad bir senetkar olduğuna işaret edir, hem yaşadığı dövrde, hem de ölümünden sonra uzun müddet erzinde şairler üzerinde derin bir tesire malik olduğundan xeber verir. Bele ki, XIV-XV esrlerde Anadoluda yaşayan iki şairin - Namusi ve Ömer Bin Mezidinin de İzzeddin Hesenoğlunun başqa bir qezeline nezire yazdıqlarını öyrenirik. Bu barede nezire müelliflerinden Ömer Bin Mezidinin tertib etdiyi “Mecmuatün-Nezair” mecmuesinde yazılıb. (Mecmue haqqında verilen melumatlar Mustafa Canpolat terefinden hazırlanmış “Ömer Bin Mezid, Mecmuatün-Nezair” adlı çalışmanın 7-20-ci sehifelerine esasen hazırlanmışdır. Türk Dil Kurumu yayınları, 1982)”Mecmuatün-Nezair”de İzzeddin Hesenoğlunun Azerbaycan edebiyyatşünaslığında indiyedek bilinmeyen “Kim” redifli yeddi beytden ibaret yeni bir qezeli yer alıb. Bu qezel sayesinde şairimizin bu güne qeder bilinen qezel sayısı dörde çatdı, doğma dilimizde yazdığı şeirlerinin sayı ise üç oldu. Eyni zamanda bu qezel Azerbaycan türkcesinde yazılmış ilk poeziya nümunelerinden biri kimi edebiyyatımızın nadir incileri siyahısına daxil oldu.
80 il “qaranlıqda” qalan “Kim”
“Kim” redifli qezeli ilk defe türk edebiyyatının yorulmaz tedqiqatçılarından biri olan Sadeddin Nüzhet (Ergun) “Mecmuatün-Nezair” mecmuesini tedqiq ederken aşkar etmiş ve bu melumatı 1928-ci ilde “Milli Mecmua” adlı derginin 9-cu cildinde yazdığı bir meqale ile elm alemine çatdırmışdır. Müellif öz meqalesinde mecmueni qısaca tanıtmış, daha sonra Hesenoğlu ve qezeli haqqında melumat vermişdir. (Sadettin Nüzhet (Ergun), Hasan Oglı ve Yeni Bir Gazeli, Milli Mecmua, C.IX, sayı: 107, 1 Nisan 1928). Çox efsuslar olsun ki, aradan keçen 80 il müddetinde Azerbaycan edebiyyatşünaslığı bu melumatdan xebersiz qalıb.Sadeddin Nüzhetin meqalesini oxuyan ümumtürk edebiyyatının meşhur tedqiqatçısı Fuad Köprülü müellifden mecmue haqqında geniş şekilde melumat vermesini xahiş etmiş ve daha sonra Sadeddin Nüzhetden aldığı qeydler esasında mecmuede yer alan başqa bir Azerbaycan şairi, 1336-1410-cu iller arasında hökm süren Celayiroğulları hökmdarı Sultan Ehmed Veysin bir şeirini “Hayat Mecmusı”nda neşr etdirmiş ve şeirin müellifi haqqında qısa melumat vermişdir. (Köprülüzade Mehmet Fuad, XIV Asırda Bir Azeri Şairi, Hayat Mecmusı, C. IV, sayı: 82. s. 2-3, 1928)1437-ci ilde Ömer Bin Mezid terefinden tertib edilmiş “Mecmuatün-Nezair”de (Nezireler Mecmuesi) 84 şaire mexsus 397 şeir yer alır. Bu gün mecmuenin tek bir nüsxesi var ve bu nüsxe Oxford kitabxanasının “School of Oriental and African Studies” bölmesindedir. Ömer Bin Mezid hazırladığı esl nüsxeye XIII, XIV ve XV esrlerde divanı olan meşhur şairleri ve onlara nezire yazan şairlerin şeirlerini daxil edib.”Mecmuatün-Nezair” üzerinde ilk tedqiqatı Sadeddin Nüzhet (Ergun) Niydeli Ferid Faiq Beyden elde etdiyi nüsxe üzerinde aparmışdır. Daha sonra Fuad Köprülü “Milli edebiyyat cereyanının ilk mübeşşirleri” adlı meqalesinde bu mecmueden söz açmışdır. Fuad Köprülüden sonra Kilisli Rıfat Bilge Niydeli Ferid Faiq Beyden aldığı mecmuenin üzünü, vaxt mehdudiyyeti olduğuna göre, çox qısa bir müddet erzinde bir çox xetaya yol vererek köçürüb. Kilisli Rıfatın yazdığı nüsxe bu gün Türk Dil Qurumunun kitabxanasındadır.Kilisli Rıfat Bilgenin çalışmasından bir müddet sonra “Mecmuatün-Nezair”in esl nüsxesi, Meherrem Erginin sözleri ile desek, qaçırılaraq İngiltereye aparılıb ki, bu gün Oxford kitabxanasının “School of Oriental and African Studies” bölmesindeki nüsxe bu nüsxedir.İngilterede mecmue haqqında melumat veren Mundi “Mecmuatün-Nezair”in bu kitabxanada 1933-cü ilde qeyde alındığını bildirib. Mundi daha sonra mecmuenin bir mikrofilmini türkiyeli tedqiqatçı Agah Sırrı Levende hediyye edib. Türk Tarix Qurumu Kitabxanasında da mecmuenın başqa bir mikrofilmi mövcuddur.Bu yazını hazırlarken Musatafa Canpoladın üzerinde çalışdığı nüsxeni esas aldıq. Mustafa Canpolad Rauf Yelkencinin şexsi arxivinden almış olduğu nüsxe üzerinde çalışmışdır. Bu nüsxe esl nüsxenin “giriş ve nezireler” bölümünden ibaretdir. Burada da esl nüsxede olduğu kimi 84 şaire aid 397 şeir mövcuddur. Tedqiqatçının da teessüfle bildirdiyine göre, mecmue bu güne qeder tam olaraq çap olunmamışdır.
“Kim”de sufizm hakimdir
Qezelin diline, kelmelerin istifade şekline, mövzunun teqdimatına diqqetle nezer yetirsek ve bu qezeli Hesenoğlunun elimizde olan diger iki şeiri ile müqaise etsek, görerik ki, heqiqeten, şair ister “Apardı könlümü” qezeline, isterse de “Benim” redifli şeirine xas olan bedii xüsusiyyetleri, ahengdarlığı, musiqiliyi, xalq üslubunu ve s. bu qezelinde de qoruyub saxlayıb. Hesenoğlunun şeirlerinin başlıca menbeyi olan şifahi xalq yaradıcılığının tesiri “Kim” redifli qezelinde de açıq aşkar görülmekdedir. Şairin Azerbaycan türkcesinde yazmış olduğu ve elimizde mövcud olan iki şeirinde hiss edilen sufilik ideyası bu şeiri ile daha da aydınlığa qovuşur. Bu qezel vasitesile Hesenoğlunun derin tesevvüf tehsili aldığını, zamanla formalaşan ideya-estetik düşüncelerini sufi simvolları ile şeirinde eks etdirdiyini görürük. Eslinde canlı xalq danışıq dilinde istifade edilen ifade vasiteleri ile klassik şeirde yüksek ustalıq ve şairlik mehareti nümayiş etdiren şair şeirde işlediyi mövzunu, derin ve menalı tesevvüfi dünya görüşünü geniş xalq kütlelerine çatdırmağı özü üçün meyar olaraq qebul etmiş, diger eserlerinde görülen sade üsluba burada da sadiq qalıb. O dövre xas ereb-fars terkibli sözlerden uzaq qalmış, dilin bedii-estetik xüsusiyyetini qoruyaraq, şeirin terbiyevi ehemiyyetini ön planda tutmuş, xalq üslubunda, xalqın başa düşeceyi bir terzde geniş oxucu kütlesini aydınlatmağı hedef seçmişdir.Qezelin beytlerinde gizlenen menadan aydın olur ki, şair Allahın gücünü, qüdretini ifade etmek üçün kelmeleri olduqca diqqetle seçmiş ve yazdığı “tövhid janrı”nın özünemexsus xüsusiyyetlerini bacarıqla yerine yetirmişdir.Bu şeirle Dövletşahın Hesenoğlu haqqında söylemiş olduğu ve her zaman tekrar edilen, feqet konkret sübutu olmayan “Hesenoğlunun sufiliyi, şeyxliyi” haqqındakı fikir de heqiqete çevrilmiş olur. Bütün bunları nezere alaraq deye bilerik ki, “Kim” redifli qezel helelik tam olaraq aydınlanmamış Hesenoğlunun edebi fealiyyetinin mehsullarından biridir.
Seyran Qayıbov, Qafqaz Universiteti Türk Dili ve Edebiyyatı kafedrasının baş müellimi
http://www.zaman.az/site/shownews.php?news_id=14975

13 Ekim 2008 Pazartesi

İlyas Efendiyevin “Seçilmiş pyesler”i Türkçede neşr olunmuşdur

Xalq yazıçısı, görkemli dramaturq İlyas Efendiyevin eserleri yalnız Azerbaycan deyil, diger dillerde de mütemadi neşr edilir, tamaşaya qoyulur. Bu günlerde edibin “Seçilmiş pyesler” kitabı Türkiyede nefis şekilde çapdan çıxmışdır. 612 sehifelik kitaba müellifin “Sen hemişe menimlesen”, “Unuda bilmirem”, “Mehv olmuş gündelikler”, “Mahnı dağlarda qaldı”, “Odlu sehradan gelmiş şeytan”, “Xurşidbanu Natevan”, “Şeyx Xiyabani”, “Sevgililerin cehennemde vüsalı”, “Hökmdar ve qızı” kimi meşhur pyesleri daxil edilmişdir. Eserleri türkceye doktor Erdal Qaraman ve Şahin Durmaz çevirmişler. Professor Meryem Elizadenin “İlyas Efendiyev fenomeni” adlı geniş ön sözünde yazıçının yaradıcılığı tehlil olunur, ümumtürk edebiyyatı baxımından qiymetlendirilir.
AzerTAc

11 Ekim 2008 Cumartesi

Hesenoğlunun daha bir qezeli tapıldı

Qafqaz Universitetinin Türk dili ve edebiyyatı kafedrasının baş müellimi Seyran Qayıbov Türkiye arxivlerinde apardığı araşdırmalar zamanı yazılı edebiyyatımızın ilk nümayendesi kimi tanınan İzzeddin Hesenoğlunun yeni bir qezelini aşkarlayıb. Tedqiqatçı ile elaqe saxladıq ve o bildirdi ki, XIV -XV esrlerde Anadoluda yaşayan iki şair, Namusi ve Ömer Bin Mezidin İzzeddin Hesenoğlunun bize melum olmayan bir qezeline nezire yazmışlar. Bu barede Ömer Bin Mezidin tertib etdiyi “Mecmuatün- Nezair”de melumat verilir. Hesenoğlunun Azerbaycan edebiyyatşünaslığına melum olmayan yeddi beytden ibaret “Kim” redifli qezeli de ele hemin mecmuede verilmişdir. Melumat üçün deyek ki, bu yeni tapıntı ile şairin bize melum olan qezellerinin sayı dörde çatır ki, bunların da üçü ana dilimizdedir.Mecmuede Hesenoğlunun qezeli “Hasan Oğlu Rast” imzası ile verilib.Hesenoğlunun yeni bir eserinin tapılması Azerbaycan edebiyyetı tarixine böyük bir töhfedir. Bu tapıntının teferrüatını oxucularımıza çatdırmaq üçün Seyran Qayıbovun geniş yazısını növbeti saylarımızın birinde derc edeceyik. İzzeddin Hesenoğlunun yeni tapılmış “Kim” redifli qezelini teqdim edirik. Qezel Azerbaycanda ilk defe çap olunur.

Eceb bilsem beni şeyda qılan kim,
Bana bu ışk odın peyda qılan kim.

Eceblerem, eceb qaldum ilahi,
İman ehlin dutup tersa qılan kim.

Qamışdan şekker ü daşdan cevahir,
Ağacdan daneyi-xurma qılan kim.

Tenüm yetmiş iki dürlü damardur,
Kimin ırmaq, kimin derya qılan kim.

Qo bu tedbiri gel, teqdiri gözle,
Bu günki vedeyi ferda qılan kim.

Bu natun ferrişi her dem bu ferraş,
Bu arşun rengini mina qılan kim.

Hesenoğlu, bu bir qetre meniden
Anun xub suretin ziba qılan kim.

“Çağ” “Neft kapitalını insan kapitalına çevirek” devizini reallaşdırmağa çalışır

Srağagün “Çağ” Öyretim Şirketinin 2007-2008-ci tedris ilinde yüksek neticeler elde eden mezun ve telebelerinin tenteneli mükafatlandırma merasimi keçirilib.
Qafqaz Universitetinde baş tutan tedbirde “Çağ”ın nezdinde fealiyyet gösteren 10 lisey, gimnaziya ve ibtidai mektebin, elece de “Araz” ali tehsile hazırlıq kurslarının (ATHK) ali mekteblere qebul imtahanlarında ve beynelxalq olimpiadalarda yüksek neticeler elde etmiş mezunları şirket rehberliyi terefinden müxtelif mükafatlarla teltif olunublar. Hemçinin Qafqaz Universitetinin beynelxalq bilik olimpiadalarında uğurlar qazanmış telebelerine de mükafatlar teqdim olunub. Tedbirde dövlet orqanlarının rehberleri, millet vekilleri ve valideynler iştirak edibler.
“Neft kapitalı insan kapitalına çevrilmelidir” ideyasını bundan sonra da uğurla heyata keçireceyik”
Azerbaycan-Türkiye Özel Liseyleri Baş İdaresinin reisi Adem Önal elde edilen uğurlardan behs ederek bildirib ki, bu uğurlar tekce “Çağ”ın deyil, bütövlükde Azerbaycan tehsilinin nailiyyetleridir: “Azerbaycanın müxtelif bölğelerinde fealiyyet gösteren liseylerimizden bu il 477 şagird mezun olub. Onların 465-i, yeni 98 faizi Azerbaycanın ve dünyanın müxtelif ali mekteblerine qebul olub. Quba Özel Türk Liseyinin mezunu Anar Kerimov en yüksek netice - 700 bal toplayaraq, respublika birincisi olub. Eyni zamanda 70 mezunumuz 600 baldan yuxarı neticeler elde edib. 8 mezunumuz prezident teqaüdüne layiq görülüb. 120 mezunumuz ise xarici ölke universitetlerinde tehsillerini davam etdirirler”. “Çağ”ın yetirmelerinin beynelxalq olimpiadalarda yüksek neticeler elde etdiklerini deyen idare reisi: “Bu il 93 şagirdimiz 14 ölkede keçirilen 16 beynelxalq olimpiada da iştirak edib ve 56 medal elde olunub. Medalların 15-i qızıl, 17-si gümüş, 24-ü ise bürünc olub. Ümumilikde ise bu güne qeder şagirdlerimiz terefinden 285 medal elde edilib”, - deyib. A. Önal Prezident İlham Eliyevin “neft kapitalı insan kapitalına çevrilmelidir” ideyasını bundan sonra da uğurla heyata keçireceklerini bildirib.
“Mezunlarımızın 94 faizi ali mekteblere qebul olub”
“Araz” ATHK-nın Baş İdaresinin reisi Arif Gömleksiz paytaxt Bakıda ve bölgelerde fealiyyet gösteren 11 ali tehsile hazırlıq kursunu bitiren mezunların qebul imtahanlarında elde etdikleri uğurlardan danışıb: “Bu il “Araz”ı bitiren mezunların 94 faizi ali mekteblere qebul olub. 197 mezunumuz imtahanlarda 600 baldan yuxarı netice gösterib. Onlardan 20-si prezident teqaüdüne layiq görülüb. Eyni zamanda mezunumuz Rüfet Babayev builki qebul imtahanlarında 1-ci qrup üzre en yüksek netice elde ederek, 700 bal toplayıb”.
“Qafqaz Universitetinin işsiz mezunu yoxdur”
Tedbire ev sahibliyi eden Qafqaz Universitetinin rektoru, professor Ehmed Saniç ise öz çıxışında rehberlik etdiyi tehsil müessisesinin uğurlarından behs edib. O bildirib ki, “Qafqaz” 2008-ci ilde Azerbaycanın en yaxşı özel universiteti seçilib. “Bu il Qafqaz Universitetine qebul olanların 128-i 600-den yuxarı bal toplayan telebedir. O cümleden birinci qrup üzre en yüksek netice elde eden şexs de bizim telebemizdir”,- deyen E. Saniç bildirib ki, bu gün öz xoşu ile işlemek istemeyenler istisna olmaqla heç bir “Qafqaz” mezunu işsiz deyil.
“Bu nailiyyetler Azerbaycan tehsilinin uğurlarıdır”
Tehsil nazirinin müavini İsgender Xelilov “Çağ”ın elde etdiyi uğurları tekce bu şirketin deyil, Azerbaycan tehsilinin uğurları kimi deyerlendirdi. Nazir müavini hemçinin “Çağ” Öyretim Şirketinin tehsil müessiselerinin bu güne qeder keçdiyi yoldan behs edib: “Bu tehsil ocaqları, xüsusen, Qafqaz Universiteti çox çetinliklerden keçib. Uzun müddet bu universitetin yer problemi olub. Lakin ümummilli liderimiz Heyder Eliyevin bu tehsil ocaqlarının geleceyine olan inamı ve qayğısı neticesinde bir çox problemler hell edildi”.
“Bir millet iki dövlet” ideyası üçün çalışmalısınız”
Mükafatlandırma merasiminde son sözü Türkiyenin Azerbaycandakı fövqelade ve selahiyyetli sefiri Hulusi Kılıç deyib. Sefir iki qardaş dövletin bir-birine daha da yaxınlaşmasında gösterdikleri xidmetlere göre “Çağ” Öyretim Şirketinin tehsil ocaqlarında çalışan her kese öz minnetdarlığını bildirib. Hulisi Kılıç hemçinin iki dövlet arasındakı dostluq elaqelerinden behs edib, müellim ve telebelere tövsiyelerini verib. “Ümummilli liderimizin “bir millet, iki dövlet” sözlerinin kökünde duran böyük menanı bütün fealiyyetlerinizde hiss etdirmelisiniz. Harada olmağınızdan asılı olmayaraq bu ideyalar üçün çalışmalısınız”, - deye Türkiyenin Azerbaycandakı sefiri bildirib. Tedbirin sonunda qebul imtahanlarında ve beynelxalq olimpiadalarda yüksek nailiyyet elde etmiş mezun ve telebelere müxtelif mebleğlerde pul mükafatı ve qiymetli hediyyeler teqdim edildi.
Allahverdi Ceferov


10 Ekim 2008 Cuma

“Yükselen Tehsilimizin Bayraqdarı - Azerbaycan Mekteblisi” Mövzusunda Tedbir Keçirilmişdir

AzerTAc xeber verir ki, oktyabrın 9-da Qafqaz Universiteti “Çağ” Öyretim İşletmeleri Şirketi (QÖİŞ) ile birlikde “Yükselen tehsilimizin bayraqdarı -Azerbaycan mekteblisi” mövzusunda tenteneli tedbir keçirmişdir. Tanınmış alimlerin ve tehsil işçilerinin iştirak etdikleri tedbirde evvelce Azerbaycanın Dövlet himni, Türkiyenin İstiqlal marşı seslenmiş, “Çağ” Öyretim İşletmeleri Şirketi tehsil müessiselerinin fealiyyetinden behs eden senedli film nümayiş etdirilmişdir. Qafqaz Universitetinin rektoru, professor Ehmed Saniç, Azerbaycan-Türkiye özel liseyleri baş idaresinin reisi Adem Önal ulu önder, müdrik dövlet xadimi Heyder Eliyevin Azerbaycan tehsilinin inkişafına daim böyük önem verdiyini, ümummilli liderin nurlu ideyalarının hazırda ezmle heyata keçirildiyini bildirmişler. Eyni zamanda, ÇÖİŞ-nin tehsil ocaqlarında qazanılan nailiyyetler barede etraflı melumat verilmişdir. Bu il Qafqaz Universitetine qebul olunan genclerden 118 neferi ali tehsil müessiselerine qebul imtahanlarında 600-den çox bal toplamış, onlardan 9-u Prezident teqaüdüne layiq görülmüşdür. Ders ili müddetinde ÇÖİŞ liseylerinin şagirdleri Türkiye, ABŞ ve diger ölkelerde keçirilmiş beynelxalq fenn olimpiadalarında yüksek neticeler elde ederek medallara layiq görülmüşler. 1994-cü ilden bu günedek liseylerin şagirdleri 65 qızıl, 99 gümüş ve 121 bürünc, ümumilikde, 285 medal qazanmışlar. Azerbaycan Milli Elmler Akademiyasının müxbir üzvü Vaqif Abbasov ve diger çıxış edenler de müellim, telebe ve şagirdlere tehsilde uğurlar arzulamışlar. Sonra bilik ve idman yarışlarında ferqlenen telebe ve mekteblilere mükafatlar teqdim olunmuşdur. Tedbirde Türkiyenin Azerbaycandakı sefiri Hulusi Kılıç iştirak etmişdir.

9 Ekim 2008 Perşembe

O, bizim Salman dayı idi

Ölümü de heyatı kimi gözel oldu. Seher xoş ovqatla yuxudan ayıldı, heyat yoldaşına dedi ki, bir yaxşıca hamamlanım, üz-gözümü qırxım, Allah-Tealanın hüzuruna ter-temiz çıxım.
Ölümü de heyatı kimi gözel oldu. Seher xoş ovqatla yuxudan ayıldı, heyat yoldaşına dedi ki, bir yaxşıca hamamlanım, üz-gözümü qırxım, Allah-Tealanın hüzuruna tertemiz çıxım. İlk baxışdan zarafat kimi qebul olunsa da, ele onun dediyi kimi oldu. Yaxşıca hamamlandı, üzünü qırxdı, geyinib-keçinib otağa keçdi, heyat yoldaşına dedi ki, menden dostların hamısına salam söyleyersen. Sonra da öz elindeymiş kimi uzanıb rahatca canını tapşırdı.
Beli, bu bir Salman dayı nağılının “göyden üç alma düşdü”süydü. Salman Hacı oğlu Salmanov 1939-cu ilde Ağcabedi rayonunda anadan olmuşdu. Yetimçilikle böyümüşdü, min cür sıxıntı görmüşdü. Sonradan Bakıya köçmüşdü. 90-cı illerin evvellerinde Azerbaycandakı o sıxıntılı dövrde her kes ailesinin dolanışığını bir cür temin elemeye çalışırdı, Salman dayı da “taksovatlıq” elemeye başlamışdı. Tale onu “Çağ” Öyretim Şirketinin burada açılması üçün çalışan türkiyeli müellimlerle rastlaşdırdı. İlk baxışdan Salman dayını çox beyendiler ve öz yanlarına işe devet elediler. Salman dayı da dedi ki, hellem-qellem işiniz olmasa, canla-başla sizinle işleyerem. Belece, bu şertli emekdaşlıq günbegün, aybaay insanları bir-birine doğmalaşdırdı, sevdirdi. Salman dayı onları övlad gözünde gördü, onlar da Salman dayıya bir ağsaqqal kimi bağlandılar. Salman dayı “Çağ”da tekce müdirleri gezdirmedi, bu şirketin her yükünü daşıdı: hem maşınında, hem üreyinde. Şirketde sürücü olsa da, her ağrıya, her qayğıya el uzatmağa çalışdı. Hamının ağrısına-acısına ortaq oldu, teselli oldu, ümid verdi. Dişi ağrıyan da onun yanına qaçdı, başı ağrıyan da. Könlü zengin idi, duyğuları gözel idi, dilinden şükrü, çöhresinden tebessümü eskik olmazdı. Ele bil xeyirxahlıq üçün, elden tutmaq üçün bu dünyaya gelmişdi. Heqiqeten de, bezen ele adamlar görürsen ki, her defe onunla rastlaşanda könlüne xoş duyğular gelir, onlar sene dünyanın faniliyini, ilahi nemetleri xatırladırlar. Salman dayı da bele adam idi. Her kesin heyatında bir xeyirxahlıq, tevazökarlıq remzi olur ve canın ağrıyanda isteyirsen ki, o, yanında olsun. Salman dayı “Çağ” Öyretim İşletmeleri Şirketinde neçe-neçe insan üçün bele xeyirxah ünvan, arzulanan şexs idi. O, bizim Salman dayımız, bizim xeyirxahımız idi.
“Çağ” Öyretim Şirketine daxil olan liseylerin müellimlerinin, demek olar ki, hamısı Salman dayını tanıyır ve sevirdiler. Bu şirketde heç adını soruşmadan bele ağsaqqal deyende hamı söhbetin Salman dayıdan getdiyini bilirdi. 70 yaşının astanasında Salman dayı bizlerden ayrılıb Haqq dünyasına köçdü. Müselmanın başqa müselmana vereceyi en deyerli şey semimi dualarıdır. Biz de ağsaqqalımıza Allahdan rehmet dileyirik, ailesine başsağlığı veririk. Yerin cennet olsun, Salman dayı.
Osman Uçak, Eli Çerkezoğlu

O, Azerbaycanı çox sevirdi, ele Türkiye qeder.


Keder yaxaladı bizi
Çox sevdiyim, her zaman yanımda olmasını ve yanında olmaq istediyim dostum idi.
İşimizle bağlı son zamanlar tez-tez bir araya gele bilmesek de, bayramlarda bir-birimizi arayar, dualarımızda yad ederdik.
Bezen illerle bir yerde oturub-durduğun adam sene çox uzaq gelir, bezen de az-az görüşe bildiyin birisi her zaman yanındaymış kimi gelir sene. Çünki o, senin fikirlerinde, xeyallarında, dualarındadır. Dünen ölüm xeberi ile sarsıldığım eziz dostum Ehmed bey Özeren menim üçün bu qeder doğma, yaxın adam idi.
Bir neçe gün evvel zengleşmişdik, Ramazan bayramı münasibeti ile bir-birimize xoş sözler söylemişdik. Dualarımda yad elemişdim onu ve emin idim ki, o da meni öz dualarından mehrum qoymayıb. Bir müselmanın müselman qardaşına vere bileceyi duadan qiymetli ne var axı? Biz de belece en deyerli servetimizi bir-birimize gönderirdik.
Bayram havasından çıxmamış acı bir xeber ruhumuzu sardı. Deyerli dostum, qardaşım Ehmed bey bayram tetilinde yaxın sevdikleriyle seyahet ederken, Karabuk rayonundan qara bir xeber semaya yayılaraq Bakıda ve dünyanın dörd bir yanında menim kimi sevenlerinin ciyerini dağladı: Ehmed bey avtomobil qezası neticesinde heyata gözlerini yummuşdu. Bu xeberin ağırlığı altında büküldüm, ezildim, amma “Allah-Teala bir çiyine onun çeke bilmeyeceyi yükü yüklemez” buyurulub. Men de ölümün Haqdan geldiyi inancına sarılıb bu kederi üreyimde daşımağa güc tapa bildim.
O, Azerbaycanı çox sevirdi, ele Türkiye qeder. Her görüşümüzde Türkiye şivesi ile söylediyi Azerbaycanın gözel sözleri qulaqlarımda cingildeyib ilk defe içimi yandırdı: “Ay Enes müellim, necesen, qurban sene! Qulluğunda olum!” Her telefon zenginde buradakı qardaşlara salam-dualarını gönderirdi. Azerbaycandakı her bir irelileyiş, inkişaf onun üreyini dağa dönderirdi. Helim xasiyyetli, sevgisinde de, kederinde de semimi bir qardaşımız idi. Ecel bu bayram sonrası aramızdan apardı onu. Heqiqeten de bezi ölümler ağır gelir, amma bütün ölümlerin teselli qaynağı bizim Allah-Tealanın yazdığı qezavü-qedere teslimiyyetimiz ve sebrimizdir. Yoxsa, bu cür ağrını daşımaq ağırdan ağır, çetinden çetin olardı.
Ömrünün bu genc yaşında Ramazan bayramı ovqatı içinde axiret dünyasına köç eledi. Eslinde ölüm qaranefes atlı kimi ardımızca dabanqırma gelir ve iş heyatına qapılıb her şeyi unutduğumuz bir meqamda bu cür ölüm xeberleri yaxamızdan tutub silkeleyir bizleri. Ehmed qardaşımla birlikde Quba başda olmaqla xeyli rayonu gezmişdik.... O gözel günleri xatırladıqca bir daha içim kederle dolur. Bele acıları yaşamaq qeder onu qeleme almaq da ne qeder ağır imiş!... Mekanın Cennet olsun, gözel qardaşım... Başda agabeyi Enver bey olmaqla bütün Özerenler ailesinin bu acısını paylaşıram.
Enes Cansever


Hulusi Kılıç: “Sağlam temeller üzerinde qurulan elaqeler ilden-ile möhkemlenir”

Qafqaz Universitetinde “Türkiye ve Azerbaycan elaqeleri “ mövzusunda seminar keçirilib.
Tedbirde Türkiyenin ölkemizdeki fövqelade ve selahiyyetli sefiri Hulusi Kılıç bildirib ki, 1923-cü ilden müsteqillik qazanan Türkiye dövletinin hazırda dünyanın inkişaf etmiş bütün ölkeleri ile emekdaşlığı mövcuddur. Sağlam temeller üzerinde qurulan bu elaqeler ilden-ile möhkemlenir. Daha sonra Türkiyenin Azerbaycanla elaqelerinden sös açan sefir deyib ki, bütün bunlara reğmen, Türkiye Ermenistanla serhedi açmadığı üçün hazırda dünya dövletleri terefinden resmi Ankaraya bir sıra tezyiqler edilir. Ancaq Türkiye qoyduğu şertlerin yerine yetirildiyi teqdirde, serhedleri açmaq niyyetindedir. Sefir çıxışında Qafqaz Universitetinin regiondakı roluna da toxunub. O, bu tehsil ocağını Azerbaycanla Türkiye arasında dostluğun ve qardaşlığın en bariz nümunesi kimi deyerlendirib. Seminar çerçivesinde sefir universitet telebelerinin çoxsaylı suallarını cavablandırıb. Konfransın sonunda ise Hulusi Kılıça universitetin fexri xatire plaketi teqdim olunub.
Güler Resul

7 Ekim 2008 Salı

Türkiyenin fövqelade ve selahiyyetli sefiri Hulusi Kılıç Qafqaz Universitetinde çıxış edib

Qafqaz Universitetinde "Türkiye ve Azerbaycan elaqeleri " mövzusunda seminar keçirilib. Seminarda Türkiyenin fövqelade ve selahiyyetli sefiri Hulusi Kılıç meruze ile çıxış edib.
Seminar Qafqaz Universitetinin rektoru, professor Ahmet Saniçin
açılış sözü ile başladı.
Türkiyenin Azerbaycandakı fövqelade ve selahiyyetli sefiri Hulusi Kılıç çıxışı zamanı Türkiyenin xarici siyasetinden, dünya dövletleri ve Azerbaycanla herbi, siyasi ve iqtisadi saheler üzre mövcud olan elaqelerinden söz açıb. Sefir çıxışında Qafqaz Universitetinin regiondakı rolunada toxundu, Azerbaycanla Türkiye arasında dostluğun ve qardaşlığın en bariz nümunesi kimi deyerlendirdiyini bildirdi. Qafqaz Universiteti iki ölke arasındakı dostluq, qardaşlıq ve birliyin en bariz nümunesi, parlaq remzidir. Türkiye ile Azerbaycan arasında tekce siyasi, herbi ve iqtisadi sahelerde deyil, tehsil sahesinde de sıx elaqeler mövcuddur. " Daha sonra sefir universitet telebelerinin çoxsaylı suallarını cavablandırıb. Konfransın sonunda ise hörmetli sefire universitetin fexri xatire plaketi teqdim olunub.
Receb Rzayev