10 Haziran 2009 Çarşamba

Mehmet Sağlam: "Türk liseyleri böyük tarixi vezife yerine yetirir"

Mehmet Sağlam 1938-ci ilde Qehremanmaraşda doğulub. Ankara Universitetinin Hüquq fakültesini bitirib ve Nyu-York universitetinde doktorluq işini müdafie edib. Hacettepe Universitetinde professor kimi çalışıb. Müxtelif elmi merkezlerde ve dövlet vezifelerinde çalışıb. Bir neçe defe millet vekili seçilib ve hazırda TBMM-in Tehsil, Medeniyyet, Genclik ve İdman Komissiyasının ve elece de Türkce Olimpiadaları Teşkilat Komitesinin sedri vezifelerini daşıyır. Yenice başa çatmış VII Türkce Olimpiadasının Teşkilat Komitesine sedrlik edib.

- Mehmet bey, bu liseylerin Türkiyeden kenarda fealiyyet göstermesi fikri nece meydana çıxdı?

- Türkiyeden sonra, heç şübhesiz, bize en yaxın ölkelerde, qardaş xalqlar içerisinde bu addımları atmağa başladıq. Heç şübhesiz, bu işde bizim seçdiyimiz ilk ünvan Azerbacyan idi. Önce bu teşebbüsü Naxçıvanda gerçekleşdirmeyi düşündük. Hemin vaxt Naxçıvana rehberlik eden türk dünyasının böyük şexsiyyeti merhum Heyder Eliyev bizi qebul eledi, fikrimizi dinledi ve bu mekteblerin açılması üçün elinden gelen her cür kömekliyi eledi. Naxçıvanda, ardınca da Azerbaycanın diger bölgelerinde gördüyümüz reğbet, diqqet xüsusile de Heyder Eliyevin kömeyi eslinde, bu mekteblerin dünyaya yayılmasında mühüm tekan oldu. Ardınca Türkmenistanda, Qırğızıstanda, Qazaxıstanda, Tacikistanda, Gürcüstanda liseyler açıldı. Bu gün dünyanın beş qitesinde yeddi yüzden çox türk liseyi fealiyyet gösterir ve Türkiye serhedlerinden çıxandan sonra bu liseylerin ana veteni heç şübhesiz, Azerbaycandır.
- Türkce Olimpiadaları ideyası haradan meydana geldi?
- Türk dilini öyrenmeye teşviq meqsedi ile bu ideya ortaya atıldı ve ilk tecrübeden sonra biz bu işin ne qeder uğurlu ve faydalı olduğunu anladıq. Meqsed türk dilinin dünyada tebliğine destek vermek ve uşaqları bu dili öyrenmeye teşviq etmekdir.
- Türkiyede Türkce Olimpiadaları nece qarşılanır?
- Her kese melumdur ki, Türkiye demokratik ölkedir. Burada hökumet çox sert müxalifetle üz-üze qalır. Amma o faktı xüsusi vurğulamaq isteyirem ki, 71 milyonluq Türkiyede bu olimpiadalar eleyhine yazan, danışan bir adama da rast gelmedim. İnsanların gördükleri menzereden ağladıqlarını gördüm. Her kes bu olimpiadalardan qürur hissi duydu. Ölke Prezidenti, TBMM sedri, Baş nazir, nazirler, millet vekilleri, müxalifet lideri, parlamentde temsil olunan bütün partiya sedrleri, qeyri-hökumet teşkilatları, bir sözle, özünü ziyalı hesab eden, türklüyü, türk dilini seven her kes bu tedbiri, bu möhteşem işi teqdirle qarşılayır, bu menzereni ortaya çıxaranlara teşekkür ifade edirler. Baş nazir Erdoğanın 4 ve 5 yaşlarında iki konqolu o balaca qaraderili qızları nece öpdüyünü, onlarla birlikde İstiqlal Marşını oxuduğunu görmek insana qürur verir. Men tedbirin keçirildiyi salonda bir çox tanınmış adamlara göz qoydum. Ekseriyyetinin gözünden yaş axırdı.
- Aileler niye öz övladlarını bu mekteblere göndermeye can atırlar?
- Bu mekteblerin hamısında türk dili ortaq dil kimi tedris edilmeye başlandı. Bundan elave, ingilis dili ve yerli ölkenin dili tedris edilir. Meselen, Rusiyada bu liseyi bitiren genc ana dili ile yanaşı, eyni zamanda ingilis ve türk dillerini de mükemmel öyrenmiş olurlar. Onu da deyim ki, türk dili öyrenmiş uşaqlar asanlıqla iş tapa bilirler.
- Dünyanın müxtelif milletlerinden olan bu uşaqlara niye türk dili öyredilir?
- Evvela, ona göre ki, bu mektebler türk liseyleridir, hem de her ölkede icaze alınaraq türk dili tedris edilir. Nece ki, Türkiyede ve elece de bir çox ölkelerde ingilislerin, fransızların, almanların mektebleri fealiyyet gösterir, biz de öz dilimizi öyretmek, tebliğ etmek meqsedile bu işleri görürük. Bizim dilimiz elbette, dünya dili olmağa layiqdir ve elbette, açdığımız mekteblerde öz dilimizi tedris edeceyik.
- Meselen, Keniyadakı bir uşağın türk dilini öyrenmesinin Türkiyeye ve türk diline ne faydası var?
- Men bilmirem, siz Keniya adını bilerekden soruşdunuz, yoxsa, ele ağlınıza gelen ilk ünvan oldu. Yeri gelmişken, onu da deyim ki, sonuncu mezuniyyet tedbirinde men Keniyada idim. Ölkenin tehsil naziri ile yanaşı oturmuşduq. Mene dedi ki, oğlu bu mektebde oxuyur. Soruşdum ki, ölkede bu cür yüksek tehsil veren başqa mektebler varmı? Dedi ki, ingilislerin yetmiş il evvel qurduqları bir mekteb var. Soruşdum ki, niye uşağını ora göndermir? Nazir de cavabında dedi ki, son illerde aparılan araşdırmalar gösterib ki, türk liseyleri keyfiyyetine ve verdiyi yüsek tehsile göre 70 illik o ingilis mektebinden çox-çox yüksekdedir. Onu da deyim ki, ölke prezidentinin nevesi de builki olimpiadaya qatılıb.
- Sizce, türk dilinin tebliğinin Türkiyeye ne faydası var?
- Türk dili bu zamana qeder sevgi ve barış dili, şeir, medeniyyet dili kimi tanınıb. Bu mektebler ise bütün bunlara yeni keyfiyyet elave ederek türk dilinin elm ve texnika dili olmasına da çalışırlar. Her yerde türkcenin öyredilmesi, danışılması dilimizin getdikce genişlenerek dünya dili olmasına sebeb olur. Dünyanın harasında olursa-olsun, dilimizi öyrenen her bir uşaq bizim üçün deyerlidir, ehemiyyetlidir. Türk dilini öyreneni ve öyredeni teşviq etmek, onlara yardımçı olmaq bizim meqsedimizdir.
Bir meqamı da diqqetinize çatdırım. Baş nazir bu liseyleri tarixi missiyanı yerine yetiren osmanlı axınçılarına benzetdi. Eslinde, bu işin bir çox faydaları var. Türk dilinin tebliği tekce Türkiyenin deyil, bütün türk xalqlarının uğuru, nailiyyetidir. Bu tedbirler eslinde, bizi öz içimizde bir-birimize yaxınlaşdırır, daha da doğmalaşdırır. Ortaq güc, deyerler etrafında birleşmeye teşviq edir. Bizim sevincimiz de, uğurlarımız da ortaqdır. Bu menada Türkce Olimpiyatlar Anadolu türkcesi ile yanaşı, Azerbaycan türkcesinin, türkmen türkcesinin, uyğur türkcesinin zeferi, tentenesidir.
- Eşitdiyime göre, Türkiyenin en yüksek universitetlerinde tehsil almış gencler bu liseylerde böyük memnuniyyetle ve fedakarlıq göstererek çalışırlar. Sizce, bu memnunluğun, fedakarlığın qaynağı nedir?
- O gencler idealist ve inanmış insanlardırlar. Size bir misal deyim. Monqolustanda idim. Oradakı liseyde bir müellimle söhbet zamanı haradan mezun olduğunu soruşdum. Dedi ki, Boğaziçi Universitetinin fizika fakültesini bitirib. Ulan-Bator paytaxt olsa da, o qeder de inkişaf etmemiş, deniz seviyyesinden 4 min metr yükseklikde yerleşen, ilin texminen 9-10 ayı qar-qışla keçen ve heyat şeraitinin çox çetin olduğu bir şeherdir. Soruşdum ki, hele ne qeder burada qalacaqsınız? Cavabında bele dedi: "Xocam, biz buraya geri dönmek üçün gelmedik". Heyret etdim. Söyledi ki, xanımı da Boğaziçi Universitetini bitirib. O cür şeraitde yaşamaq ve o cür cüzi maaşla o şertlere qatlanmaq üçün insanın üreyinde xüsusi bir irade, könlünde ferqli bir istek ve tarixi vezife anlayışı olmalıdır. Bu gencler bu qeder idealist ve inanmış insanlardır.
- Neye inanmışlar, onların idealları nedir?
- Bir ideal uğrunda. İnsanlığa barış ve emin-amanlıq vere bilmek üçün onların qatlanmadıqları bir fedakarlıq yoxdur. Hansı birisini danışdırsanız, heresinin heyatı bir dastandır. Kolumbiyada Hesen adında bir gencle tanış oldum. Tekbaşına ora getmiş, çalışmış, çırpınmış, mekteb qurmuşdur. Men orada olanda Hesen Katolik Universitetinin rektoru ile birlikde toplantı keçirirdi. Onun 30 yaşı var. Kolumbiyaya gedende de elleri, cibleri pulla dolu deyildi. Bu insanlar getdikleri yerde pulu da, binanı da, kömeyi de özleri tapırlar. Tebii ki, Türkiyenin fedakar insanları imkan daxilinde bu liseylere yardım gösterirler. Amma bu gün artıq bir çox mektebler özünü temin edecek seviyyeye gelibler.
- Bu qeder böyük bir işin mesrefi nece qarşılanır?
- "Bu deyirmanın suyu hardan gelir" deyirler. Çox maraqlı bir sistem qurulub. Meselen, men Monqolustanda bunu soruşanda, o lisey hele tam formalaşmadığı üçün "Bizim xercimizi filan vilayetin filan sahe ile meşğul olan iş adamları qarşılayır", dediler. Amma mekteb özü-özünü maliyyeleşdirmeye başlayan kimi ona destek vermiş insanları ora devet edir, mekteble tanış edir ve onlara öz fedakarlıqlarının meyvesini, semeresini gösterirler. Beli, bu deyirmanın suyu fedakar türk iş adamlarından gelir. Hansı mektebin kimler terefinden ve ne qeder desteklendiyinin siyahısı o mektebde var.
- Yeni, bu mekteblerin qurulması ve inkişafı Türkiyede yaşayan insanların desteyi ile gerçekleşir, elemi?
- Beli. Amma unutmayaq ki, bu işin başa gelmesinin iki qehremanı var: birincisi, o fedakar, idealist müellimler, ikincisi de Türkiyenin könlü büdcesinden daha zengin olan iş adamları. O adamların könüllü desteyi olmasaydı, bu işler başa gelmezdi.
- Bu mekteblerin qurulmasının ilham qaynağı Fetullah Gülendirmi?
- Men bu mektebleri ve onların fealiyyetini yaxşı bilirem. Mekteblerin kimler terefinden maliyyeleşdirildiyini de söyledim. Mekteblerin qurulması meselesinde Fetullah Gülenin ilham qaynağı olduğunu her kes bilir.
- Cenubi afrikalı bir uşaq çıxır, türkce mahnı oxuyur, şeir söyleyir. Bu nece bir duyğudur?
- İnanılmaz duyğudur. Keçenilki olimpiadamızda azerbaycanlı bir qızımız vardı. Men hele onu Azerbaycanda görmüşdüm ve yanımdakılara demişdim ki, bu uşaq birinci olacaq. Ele de oldu. "Qara deniz mahnısını o qeder tebii, o qeder gözel oxudu ki, her qaradenizli bunu bacarmazdı. Bu il de eyni sözü bir qırğız haqqında demişdim, o da menim ümidlerimi doğrultdu. Amma men bu uşaqlardan danışmaq istemirem. Çünki Azerbaycan da, qırğız da bize doğmadır. Tesevvür edin ki, Cenubi Afrika Respublikasından ve ya Latın Amerikasından, bizimle heç bir yaxınlığı, qohumluğu olmayan bir uşaq bizim dilimizde bizim türkümüzü oxuyur. Qürurdan, ferehden adamın gözleri yaşayır. Bu sevinci bize yaşadanlara ancaq teşekkür etmek ve deyer vermek lazımdır.
- Bu mekteblerde tehsil alan uşaqların hamısı müselman olurmu?
- Xeyr. Bu mektebler hansı ölkede fealiyyet gösterirlerse, o ölkenin tedris proqramına uyğun aparılır, din, dil meselelerinde de ayrı-seçkilik qoyulmur. Şagirdlerin qabiliyyeti ve uğurları esas götürülür. Hemin mekteblerde tehsil alan uşaqların böyük ekseriyyeti yerli xalqların uşaqlarıdır. O mekteblerde dünyevi prinsipler tedris edilir. Müselman olanlar da, başqa din mensubları da, dinsizler de o mekteblerde oxuyurlar.
- Bu mekteblerin açılmadığı neçe ölke qalır?
- BMT üzvü olan ölkelerin sayı 180-dir, helelik bu ölkelerden 115-de türk liseyleri fealiyyet gösterir. Yeni, üçde ikisinde varıq. Gedilmeyen ölkelere de gedilecek ve oralarda da bu mekteblerimiz dilimizi, meneviyyatımızı uğurla temsil edecekler.
Allahverdi CEFEROV

http://www.525.az/new/2009/06/10/read=43920