30 Temmuz 2010 Cuma

Qafqaz Universitesinden Goruntuler

700 zirvesinin 7 fatihi

Ali mekteblere qebul imtahanlarında ilk defe 700 bal (6 nefer) 2008-ci ilde toplanılıb. Öten ilki imtahanlarda ise 2 nefer 700 bal toplaya bilmişdi. Bu il ise rekordçuların sayı 7 neferdir.
Onlar yeddi neferdir ve hazırda telebe adını qazanmaq üçün her kesin hesed aparacağı en yüksek göstericini elde edibler. Bezileri hele imtahandan evvel bu uğuru elde edeceyine tam emin olub, bezileri ise her cür hazırlığa reğmen yene bir balaca heyecan hissi keçirib. İlkin Mesimov, Aydan Hesenova, Esmira Baxşeliyeva, Neriman Memmedli, Aygül Tanrıverdiyeva (hamısı Bakı), Günel Abdullayeva (Şeki), İsmayıl Kazımov (Mingeçevir) bu gün ölkemizin en populyar, örnek gösterilen gencleridir. Biz de 110 mine yaxın abituriyentin iştirak etdiyi bilik yarışında en yüksel bal  toplayan bu genclerle hemsöhbet olduq.
“Evin her terefini “700 bal yığacaqsan” yazıları bezemişdi”
Özünü IV ixtisas qrupunda sınayan Bakı şeherindeki 115 saylı mektebin mezunu Aygül Tanrıverdiyeva imtahandan evvel 700 bal yığacağından emin olmadığını bildirerek, bu neticenin sebebini bele izah etdi: “Her defe TQDK-nın keçirdiyi sınaq imtahanlarında mexaniki sehvlerimin ucbatından 650 - 680 bal toplayırdım. 700 bal yığmağa özüme söz vererek imtahandan evvelki iki ayda daha çox çalışdım”. Fizika-Riyaziyyat ve İnformatika Temayüllü Liseyin mezunu, II qrup üzre maksimal bal toplayan İlkin Mesimov da 700 balın onun üçün sürpriz olduğunu, bu uğuru qazanmaqda anasının xüsusi rolunun olduğunu qeyd ederek bele dedi: “700 bal toplayacağıma anam daha çox inanırdı. Bacım ise evin her terefini “700 bal yığacaqsan” yazıları ile bezemişdi. Onlar her defe mene deyirdiler ki, sen bunu bacaracaqsan. İmtahan zamanı ise bütün suallara 1 saat 30 deqiqe erzinde cavab verende artıq maksimum bal toplayacağıma emin oldum”.
Bütün suallara doğru cavab vermiş yeddi abituriyentin her biri sistemli şekilde hazırlaşdıqlarını, imtahana iki qalmış daha çox çalışdıqlarını, hetta il boyu istirahete de yer ayırdıqlarını vurğuladı.
Maksimallar iki universitete üstünlük verirler
Abituriyentlerle söhbet zamanı belli oldu ki, onlar seçim zamanı iki universitete üstünlük veribler. Bele ki, IV ixtisas qrupu üzre Esmira Baxşeliyeva, Aygül Tanrıverdiyeva ve Aydan Hesenova Azerbaycan Dövlet Tibb Universitetinde, I ixtisas qrupu üzre Neriman Memmedli ve Günel Abdullayeva, II ixtisas qrupu üzre İsmayıl Kazımov ve İlkin Mesimov ise Qafqaz Universitetinde tehsil almaq niyyetindedir. Bundan başqa maraqlı bir fakt da budur ki, 700 bal toplayan 7 neferin 5-i “Araz” hazırlıq kurslarının dinleyicileridir. Kurs hazırlığı ile repititor hazırlığı arasındakı ferqe Türkiye Deyanet Veqfine aid Bakı Özel Türk Liseyinin mezunu Neriman Memmedli bele münasibet bildirdi: “Kurslarda dersler daha sistemli ve proqramlı şekilde keçilir. Bundan elave kurslarda hazırlanmış edebiyyatın - dersliklerin mene xüsusi kömeyi oldu”. Şeki rayonundan ilk defe I ixtisas qrupu üzre maksimal bal toplayan Kiçik Dehne kend orta mektebinin yetirmesi Günel Abdullayeva ise kursda hazırlaşmağın üstünlüyünü bele izah etdi: “Müellim yanına gederken abituriyentin vaxt itkisi çox olur, bundan elave, fikir dağınıqlığı da yaranır. Kurslarda ise tedris kompakt şekilde aparıldığı üçün vaxtın itirilmesi minimuma endirilir. Daha bir üstünlük ondan ibaretdir ki, her heftenin sonunda keçdiyimiz derslerden test imtahanı verirdik. Bu da ister derslerin tekrarlanması, isterse de, imtahana psixoloji cehetden hazırlıq baxımından çox ehemiyyetlidir”.
Uğurun qazanılmasında TQDK-nın da payı az deyil
Bakı Türk Liseyinin yüksek bal toplayan daha bir mezunu Aydan Hesenova TQDK-nın fealiyyetini qiymetlendirerek imtahanların yüksek seviyyede keçirildiyini söyledi: “İmtahanda verilmiş suallar çox gözel tertib olunmuşdu. Suallar hem mentiqli idi, hem de çetinlik baxımından bütün seviyyeleri ehate edirdi”. TQDK-nın sedri Meleyke Abbaszadenin il erzinde kütlevi informasiya vasiteleri ile ictimaiyyeti melumatlandırdığından razı-lığını bildiren A. Hesenova öz xahişini de dile getirdi: “Melum olduğu kimi, sınaq imtahanları qebul imtahanından 2 ay evvel başa çatır. Mene bele gelir ki, sınaq imtahanlarının vaxtının bir az da uzadılması daha semereli olardı. Çünki bu, imtahan öncesi bizim real imkanlarımızı daha dolğun eks etdirerdi”. Mingeçevir şeherinden de  ilk defe 700 bal toplayan, Nizami Gencevi adına mektebin şagirdi İsmayıl Kazımov ise deyilenlere elave olaraq öz teklifini de ireli sürdü: “Ali mekteblere hazırlaşarken TQDK-nın sınaq imtahanlarının kömeyi danılmazdır. Ancaq teklif ederdim ki, regionlarda imtahanlar ya eyni vaxta keçirilsin, ya da müxtelif vaxtda keçirilen imtahanlarda verilmiş suallar ferqli olsun. Meselen, Şekide keçirilen sınaq imtahanında iştirak eden abituriyent sualları bizim mektebe de getirir. Belelikle, biz imtahana girmemişden evvel artıq imtahan sualları ile tanış oluruq. Bu ise bizim imtahan hazırlığımızın real seviyyesini eks etdirmir”. İlkin Mesimov ise kömekçi vesaitlerin hazırlıq prosesine önemli tesirini bele ifade etdi: “TQDK-nın ingilis ve Azerbaycan dilleri üzre bu il işıq üzü gören kitabları hazırlıq müddetinde çox yararlı oldu. Mence, tekce bu kitabları oxumaqla da bütün suallara doğru cavab vermek mümkündür”.
Uğura gore hediyye almaq çox xoşdur
Böyük uğura imza atan yeddi gencle söhbet zamanı onların maddi baxımdan çox da imkanlı aileleri temsil etmediklerinin şahidi olduq. Çalışqanlığı ve ezmkarlığı neticesinde 700 bal toplayan, Bakı şeherindeki 72 saylı orta mektebin mezunu Esmira Baxşeliyeva sade bir ailenin övladı olduğunu dile getirerek elave etdi: “Anam evdar xanım, atam ise mühendisdir”. Tesadüfi deyil ki, İlkin Mesimov, Günel Abdullayeva, Aydan Hesenova ve İsmayıl Kazımov müellim ailesinde dünyaya göz açıblar.
Onların uğur qazanmasında heveslendirici vasitelerin böyük rol oynadığını deyen İsmayıl Kazımov: “ İmtahandan evvel Mingeçevir Şeher İcra Hakimiyyetinin başçısı Mübariz Ağayev bizim mektebe gelmişdi. O, söz verdi ki, kim 700 bal toplasa, hemin şexse maşın hediyye edecek”-dedi.  İlkin Mesimovun hediyyesini ise valideynleri ele imtahan günü alıblar. Kreditle alınmış maşın İ. Mesimovun lap üreyince olub: “Mektebimizin direktoru Tarıyel Talıbov da 700 bal topladığımı öyrenende noutbuk hediyye edeceyine söz verdi”.
Genclerle söhbet zamanı o da belli oldu ki, onlar ali mekteblere qebul olmaq üçün yalnız son iki-üç ilde deyil, derse, elm öyrenmeye olan maraqları ibtidai sinifden başlayıb. Bu bir daha TQDK-nın sedri Meleyke xanımın “Her bir kesde derse, kitaba olan münasibeti uşaqlıqdan formalaşdırmaq lazım-dır. Uşaq erken yaşlarından ailede mütalieye, biliye maraq görmelidir. Esas odur ki, uşağı sevesen, onunla meşğul olub vaxtını serf edesen. Her uşağın içinde bir istedad var. 17 yaşınadek bir ağac sulanmayıbsa ve quruyubsa, sonradan o ağaca ne qeder su töksen de yaşıllaşmayacaq”- fikirlerini tesdiq edir.



29 Temmuz 2010 Perşembe

“TƏHSIL KREDITI” HAQQINDA ƏMƏKDAŞLIQ MÜQAVİLƏSİ

 “Azərbaycan Sənaye Bankı” Açıq Səhmdar Cəmiyyəti  İdarə Heyətinin sədri Ahmet Mehmet oğlu Yeman şəxsində və Qafqaz Universiteti Rektoru Prof. Dr. Ahmet Saniç şəxsində “Təhsil Krediti”  haqqında qarşılıqlı əməkdaşlıq Müqaviləni 29.07.2010-cu il  tarixində imzaladılar. 
Layihə əsasında, təhsil almaq istəyən lakin maddi cəhətdən çətinlik çəkən tələbələrin maliyyə imkanlarını nəzərə alınaraq habelə, uzun illərdən bəri ASB və Qafqaz Universiteti arasında yaranan səmimi və professional münasibətlərə arxalanaraq Qafqaz Universitetine özəl yeni “Təhsil Krediti” məhsulu tərtib edilmişdir.

24 Temmuz 2010 Cumartesi

21 Temmuz 2010 Çarşamba

İxtisas Seçimi Günləri


İxtisas Seçimi Günləri

Təcrübəli mütəxəssislərimizlə sizlərə düzgün seçim etməyinizdə köməklik göstərməyə hazırıq!
25 İYUL – 2 AVQUST
Yer: Qafqaz Universiteti  Şəhərciyi, Xırdalan- Bakı
Saat: 10:00 - 16:30
ABİTURİYENTLƏR ÜÇÜN MƏLUMAT XƏTTİ:
012 – 4482862 / 66
Bölgə nümayəndələrimiz:  
·         BAKI ARAZ - Ünvan: Nəsimi rayonu, A.Salamzadə küç., 28 Telefon: (012) 530 10 20
·          XƏTAİ ARAZ - Ünvan: N. Tusi küçəsi 14, Telefon: (012) 571 26 40 - 42
·         GƏNCƏ ARAZ - Unvan: T. Arani küçəsi 6,Telefon: (022) 57 55 47
·         SUMQAYIT ARAZ - Ünvan: 30- cu məhəllə, S. Vurğun küçəsi 120  Telefon: (018) 648 43 99 (018) 648 45 99
·         MİNGƏÇEVİR ARAZ - Ünvan: H. Əliyev prospekti 39, Telefon: (0147) 4 45 45
·         ŞƏKİ ARAZ - Ünvan: F. Xoyski küçəsi 1, Telefon: (0177) 6 05 27
·         LƏNKƏRAN ARAZ - Ünvan: 1- ci mikrorayon, H. Abdullayev küçəsi 10, Telefon: (0171) 4 08 98, (0171) 4 12 82
·         ŞAMAXI ARAZ - Ünvan: Nəsimi küçəsi, dalan 1,Telefon: (0176) 5 10 90, (0176) 5 39 87
·         QAX ARAZ - Ünvan: 20 Yanvar küçəsi 93, Telefon: (0144) 5 32 90, (0144) 5 48 00
·         ZAQATALA ARAZ - Ünvan: H. Z. Tağıyev küçəsi 73, Telefon: (0177) 5 44 31
·         ŞİRVAN ARAZ - Ünvan: T. İsmayılov küçəsi 17a, Telefon:(0197) 5 11 89
·        Naxçıvan türk liseyləri Baş İdarəsi, Naxçıvan Araz - Ünvan: Naxçıvan şəh.

16 Temmuz 2010 Cuma

YÖK'ten denklik alan Azerbaycan üniversitesi kapılarını Türk öğrencilere açtı

Azerbaycan'ın başkenti Bakü'de faaliyet gösteren Kafkas Üniversitesi, Yüksek Öğrenim Kurulu'ndan (YÖK) 4 dalda denklik aldı.
ÖSS'de herhangi bir üniversiteye yerleşemeyen öğrencilere kardeş Azerbaycan'dan sevindirici bir haber geldi. 1993'ten bu yana Azerbaycan'da faaliyet gösteren Kafkas Üniversitesi 4 dalda YÖK'den denklik alarak kapılarını Türk öğrencilere açtı. Üstelik harçlar, Türkiye'deki bir çok özel üniversiteden çok daha ucuz.
Uluslararası ilişkiler, Bilgisayar Mühendisliği, Türk Dili ve Edebiyatı, Kamu Yönetimi bölümlerinde YÖK'ün denklik verdiği Kafkas Üniversitesi, ÖSS sınavında 165 ve üzeri puan alan öğrencileri kabul ediyor.
YÖK'ten sadece 4 bölümün denklik aldığını ifade eden Kafkas Üniversitesi Rektörü Ahmet Sanıç, bunun sadece bir başlangıç olduğunu vurguladı. Sanıç, "Bu bir başlangıçtır. Bu devam edecek ve gelecek yıl başka bölümlerin denklikleri için YÖK'e başvuru yapılacak." Diye konuştu.
Kafkas Üniversitesi'nde okumak Türkiye'deki herhangi bir özel üniversitede okumaktan daha ucuz. YÖK'ün denklik verdiği bölümleri fiyatları şöyle: Uluslararası ilişkiler 3 bin 800 dolar, Bilgisayar Mühendisliği 5 bin dolar, Türk Dili ve Edebiyatı 2 bin 500 dolar, Kamu Yönetimi 3 bin 500 dolar.
Üniversite, yurtdışından gelen öğrenciler için yurt imkanı da sağlıyor. Bir yıllık yurt ücreti 2 bin 500 dolar. Üniversite Rektörü Sanıç, "Öğrencilerimiz için temiz ve modern yurtlarımız var. İsteyenler burada kalabilir". dedi.
1993'ten buyana eğitim faaliyetini yürüten ve Azerbaycan'daki üniversite sınavında ilk 1000'e giren öğrencilerin tercih ettiği Kafkas Üniversitesi, Azerbaycan'da en gözde üniversiteler arasında yerini alıyor.
Amerikan üniversiteleri ile çifte diploma programları başlatan Kafkas Üniversitesi, derslerin kredilendirilmesini Avrupa Birliği'nin (AB) Bolonya sisteminin taleplerine göre yapıyor.
Üniversite mezunlarının başta Azerbaycan, Rusya, Türkiye, Avrupa ve Amerika olmak üzere 30 farklı ülkede çalışıyor.
(CİHAN)
http://www.haberler.gen.al/2009-08-18/yokten-denklik-alan-azerbaycan-universitesi-kapilarini-turk-ogrencilere-acti/http://www.haberler.gen.al/2009-08-18/yokten-denklik-alan-azerbaycan-universitesi-kapilarini-turk-ogrencilere-acti/

13 Temmuz 2010 Salı

QAFQAZ UNİVERSİTETİ BAKALAVR PİLLƏSİ ÜZRƏ QƏBUL İXTİSASLARİ,ÖDƏNİŞ VƏ GÜZƏŞTLƏR ve

2010-2011-Cİ TƏDRİS İLİ BAKALAVR PİLLƏSİ ÜZRƏ QƏBUL İXTİSASLARİ,
TOPLANMIŞ BALA GÖÖDƏNİŞ VƏ GÜŞTLƏR*
(**DÖVLƏT SİFARİŞİ ƏSASINDA TƏLƏBƏ QƏBUL EDİLİR)






QQafqaz universitetində bakalavr pilləsi üzrə 2010-2011-ci tədris ili üçün qəbul ixtisaslari ve 2009-cu il keçid ballari min./max

QAFQAZ UNİVERSİTETİNDƏ BAKALAVR PİLLƏSİ ÜZRƏ
2010-2011-ci TƏDRİS İLİ ÜÇÜN QƏBUL İXTİSASLARİ 
ve 
2009-cu il keçid balları Min./Max.

Qafqaz Universiteti Broshur 2010 AZERBAYCAN Yeni!!!

Qafqaz Universiteti Broshur 2010 AZERBAYCAN Yeni

AFISHA: NEW!!! 1996-ci ilden itibaren Ən yüksək reytinqə malik Özəl Universitet!

Qafqaz Universiteti

12 Temmuz 2010 Pazartesi

“Hesab edirem ki, bundan daha çox faydalanan Qafqaz Universiteti olacaq. Çünki orada tehsil kifayet qeder keyfiyyetlidir”

Düzgün seçim etseler, III qrupun bütün abituriyentleri telebe adını qazanacaqlar
Meleyke Abbaszade:“III qrup üzre 250-den yuxarı bal toplayan abituriyentler istedikleri özel universitetlere qebul oluna bilecekler”
                                                                                                           
İyulun 11-de I ixtisas qrupu üzre ali mekteblere qebul imtahanı keçirilecek. 35769 abituriyent bu qrup üzre  öz erizelerini artıq  teqdim edib. Sened verenlerin 21547 neferi oğlan, 14222 neferi ise qızdır. En yaşlı abituriyent 1954, en genc ise 1996-cı il tevellüdlüdür”. Bu sözleri Telebe Qebulu üzre Dövlet Komissiyasının (TQDK) sedri Meleyke Abbaszade dünen keçirdiyi metbuat konfransında söyledi. O, I qrup üzre imtahanın Bakı, Naxçıvan ve Sumqayıtla yanaşı, Gencede de keçirileceyini bildirib. Onun sözlerine göre, Gence ve onun etrafındakı rayonların abituriyentleri bu qrup üzre sened verenlerin 13 faizini teşkil edir”.    

Meleyke xanım öten bazar III ixtisas qrupu üzre keçirilmiş qebul imtahanlarının neticeleri ile bağlı da açıqlama verdi: “III qrup üzre 8435 nefer ixtisas seçimine buraxılıb. Amma bu qrup üzre plan yeri 8906-dır. Bu, o demekdir ki, ixtisas seçimine buraxılan bütün abituriyentler ixtisaslarını düzgün qeyd etseler, hamısı daxil ola biler. Amma bütün abituriyentler eyni ixtisasları yazsalar, hemin ixtisaslar üzre plan yerleri dolacaq, qalanları boş qalacaq”. Komissiyanın sedri III ixtisas qrupu üzre imtahan veren abituriyentlerden 4225 neferinin 350 baldan yuxarı netice gösterdiyini ve bu qrup üzre cemi 2287 dövlet sifarişli yerlerin olduğunu qeyd etdi.
“Hesab edirem ki, bundan daha çox faydalanan Qafqaz Universiteti olacaq. Çünki orada tehsil kifayet qeder keyfiyyetlidir”
Abituriyentlerin özel universitetlerin keçid ballarını nece elde edeceyi ile bağlı verdiyimiz suala ise M. Abbaszade bele cavab verdi: “III qrup üzre 250-den yuxarı bal toplayan abituriyentler istedikleri özel universitetlere qebul oluna bilecekler”. Özel universitetlerin bezilerine dövlet maliyyeleşdirme mexanizminin müsbet tesir göstereceyini vurğulayan Meleyke xanım daha sonra dedi: “Hesab edirem ki, bundan daha çox faydalanan Qafqaz Universiteti olacaq. Çünki orada tehsil kifayet qeder keyfiyyetlidir”.

Qeyd edek ki, ali mekteblere müsabiqedenkenar daxil olan 41 nefer dünya ve Avropa çempionunun siyahısı artıq tesdiqlenib. 6 nefer ise Bakı Musiqi Akademiyasına daxil olmaq üçün teleb olunan qabiliyyet imtahanından azad edilibler.
Reşad Zalov 10.07.2010 www.zaman.az

10 Temmuz 2010 Cumartesi

8 Temmuz 2010 Perşembe

Kitap Değerlendirmesi:Azerbaycan Halk Cumhuriyeti ve Kafkas İslam Ordusu (1918)

Azerbaycan Halk Cumhuriyeti ve Kafkas İslam Ordusu (1918)

Azerbaijan Republic and The Islamic Army of the Caucasus (1918)

Prof. Dr. Ahmet SANİÇ
Sayfa: 255-258.

Özet:
Kitabın adı: Azerbaycan Halk Cumhuriyeti ve Kafkas İslam Ordusu Editörleri: Mehmet Rıhtım- Mehman Süleymanov Yayınlayan: Qafqaz Üniversitesi, Kafkas Araştırmaları Enstitüsü - Bakü Yayın yılı: 2008. Sayfası: 696. Rusya’da 1917 Ewkiminde meydana gelen Bolşevik Devrimi sonrasında 28 Mayıs 1918 tarihinde Azerbaycan Cumhuriyeti kurulur. Oluşan siyasi boşluktan istifade eden Ermeniler, başta Bakü ve Karabağ olmak üzere Azerbaycan’ın muhtelif yerlerinde katliamlara girişerek, mümkün olduğunca geniş bir alanı ele geçirmeye çalışırlar. Bu elim faciadan mevcut şartlar altında kendi imkânları ile kurtulamayacaklarını gören Azerbaycan Türkleri Osmanlı Türkiyesi’ne acil yardım talebinde bulunurlar. Azeri Türklerinin yok olma tehlikesi karşısında olduğunu anlayan Enver Paşa, ordu hazırlıkları için bir askeri heyeti Gence’ye gönderir. Ardından Kafkas İslam Ordusu adı verilen bir ordu bölgeye sevk edilir. Azerbaycanlı unsurlarla birleşen bu ordu ileri harekete geçerek Ağsu, Göyçay, Kürdemir ve Şamahı’da Bolşevik ve Ermeni kuvvetlerini bertaraf ederek, Ağustos başlarında Bakü’ye dayanır. Kırk beş gün devam eden kuşatma ve çarpışmalar sonucunda Kafkas İslam Ordusu, Ermeni, Bolşevik Rus ve İngilizlerden oluşan güçleri yenerek 15 Eylül 1918 de Bakü’yü kurtarır. Beş aydan fazla süren ve binden fazla şehit verilen bu harekât neticesinde Azerbaycan tamamen kurtulur ve ülkenin siyasi ve toprak bütünlüğü temin edilir. Kafkas İslam Ordusu’nun bu harekâtının siyasi, askeri, içtimai vs. neticeleri olmuştur. Ancak en önemlisi kuşkusuz Azerbaycan Cumhuriyeti’nin devlet varlığının tesisi ve toprak bütünlüğünün temin edilmesidir. Bu harekât, Azerbaycan ve Türkiye halkları arasındaki kardeşlik ve güven duygularının sarsılmaz bir şekilde pekişmesini netice vermiştir. Hem Azerbaycan, hem de Türkiye açısından çok ehemiyyetli olan bu tarihi hadise, Sovyet rejimi tarafından kasıtlı bir şekilde değiştirilerek işgal hereketi olarak takdim edilmiştir. Azerbaycan’ın bağımsızlığını elde etmesi ile bu tarihi hadise yeniden hatırlanmış ve bazı eserler neşredilmiştir. Şehid olan askerlerimizin hatırasına Azerbaycan’ın muhtelif bölgelerinde abideler dikilmiştir. Ancak bu ehemiyyetli hadise şimdiye kadar gerektiği kadar incelenmemiş ve halka anlatılamamıştır. Azerbaycan Cumhuriyeti’nin kuruluşu ve Kafkas İslam Ordusu’nun Azerbaycan’daki kahramanlık destanının 90. yılı münasebeti ile bu hadisenin araştırılması ve hem Türkiye hem de Azerbaycan Türklerine gereğince tanıtılması lüzumunu hisseden Qafqaz Üniversitesi aynı zamanda şehit ve gazilerimize olan vefa borcunu yerine getirmek istemiştir. Kafkas Türk-İslam Ordusu’nun Azerbaycan ve Kafkaslardaki faaliyetlerini araştırarak kaynaklar, belgeler, hatıralar ve haritalarla tarihi, içtimai siyasi ve diğer açılardan sebep ve sonuçlarını ortaya koymak, Türkiye-Azerbaycan kardeşliğini belgelemek, “iki devlet bir millet” olgusunu güçlendirmek elzemdir. Bu düşünce ile yola çıkan Kafkaslı ilim adamları tarafından başlatılan bu araştırmada, önce bir bilim heyeti tarafından eserde yer alması gereken konular tespit edilir. Daha sonra sahasında mütehassıs Azerbaycanlı ve Türkiyeli ilim adamları bulunarak çalışmalar başlatılır ve konular yazdırılır. Azerbaycan Halk Cumhuriyeti ve Kafkas İslam Ordusu (1918) adı ile Azerbaycan Türkçesinde Bakü’de yayınlanan bu eserde; Kafkas İslam Ordusu’nun Azerbaycan ve Kafkaslardaki faaliyetleri tarihi, içtimai-siyasi, kültürel açılardan sebep ve neticeleri ile ortaya konulmaya çalışılmıştır. Konu bilimsel ve objektif olarak incelenmiş, hadise, başından sonuna kadar kronolojik sisteme göre tertip edilerek ortaya konmuştur. 696 sayfa hacmindeki eser dört bölümden oluşmuştur. Birinci bölümde, I. Dünya Savaşı sürecinde gelişen hadiseler, büyük devletlerin Osmanlı, İngiltere, Sovyet Rusya’sı ve Almanya’nın bölge ile alakalı takip ettikleri politikalara ve askeri-siyasi gelişmelere, Azerbaycan Halk Cumhuriyeti’nin kuruluşuna ve Ermenilerin Azerbaycan’ı tamamen ele geçirmek için yaptıkları katliamlara ayrılarak Kafkas İslam Ordusu’nun Azerbaycan harekâtını oluşturan şartlara yer verilmiştir. İkinci bölüm, harekâtın tamamen askeri safhasına ayrılmıştır. Kafkas İslam Ordusu’nun kuruluşu, harekâtı, çarpışmaları, Bakü’nün alınması, ardından Dağıstan ve Karabağ harekâtına ayrılmıştır. Üçüncü bölümde, Kafkas İslam Ordusu ile alakalı bilgiler, belgeler ve yansımalar verilmiştir. Bu bölümde Nuri Paşa’nın hareket hakkındaki raporu, İngilizlerin Türk ordusu hakkındaki raporu, devrin basınında ve Azerbaycan edebiyatında hadisenin akisleri ile Azerbaycan Tarih müzesindeki Türk Ordusu’na ait eşyalarla alakalı makaleler almaktadır. Dördüncü bölüm eklerden oluşmaktadır. Azerbaycan hükümeti ile Osmanlı Devleti arasında yapılan anlaşmaların orijinallerinin fotoğrafları ve trankriptleri, şehitlerimizin Genel Kurmay Arşivi’nde bulunan listesi, harekât haritaları ve hadise ile alakalı fotoğraflar bulunmaktadır. Mehmet Rıhtım ve Mehman Süleymanov’un editörlüğünde hazırlanan ve büyük bir gayretin ve özverinin mahsulü olduğu muhtevasından ve hacminden anlaşılan bu değerli eser, konu ile ilgilenenler için de bir kaynak eser mahiyetindedir. Kitabın Türkiye Türkçesi’ndeki versiyonunun da artık basılma aşamasına gelmiş olması, bu konuyu araştıranlar için sevindirici bir haberdir. Kafkas Araştırmaları Enstitüsü bu değerli çalışma ile yetinmemiş ve aynı konuda üç eser daha neşretmiştir. Rüştü Bey’in raporlarından oluşan “Bakü Yollarında”, Mehman Süleymanov’un “Nuri Paşa” ve M.Rıhtım ile Minehanım Tekleli’nin “Kafkas İslam Ordusu Kronolojisi” ile seri tamamlanmıştır. Enstitü Müdürü M.Rıhtım’ın, sadece bu kitapla değil, bu alanda gösterdiği özverili ve gayretli çalışmaları, taktire şayandır. Şüphesiz bu konu ile alakalı yapacak daha çok şey vardır. Bu çalışmalar bundan sonra da sürecektir. Qafqaz Üniversitesi Kafkas Araştırmaları Enstitüsü, bu konunun yanında Azerbaycan-Türkiye ortak tarih ve kültür sahasındaki çalışmalarına ve neşirlerine devam edecektir. Azerbaycan ile Türkiye arasındaki ilişkilerin akli, ilmi ve tarihi zemine sağlam bir şekilde oturtulması ülkelerimiz arasındaki ilişkilerin sağlıklı olarak devam etmesi açısından bu hadisenin ifade ettiği mananın bilinmesi önem arz etmektedir. Bu tarihi hadisenin bizlere verdiği dersler doğru okunmalı, birbirimize daima muhtaç olduğumuz unutulmamalıdır. Bizlere düşen vazife, tarihi unutmamak, Azerbaycan uğrunda canını feda eden şehitlerimizi ve gazilerimizi anarken, onları Azerbaycan’a götüren saikleri doğru okumak ve doğru anlamaktır.
http://ataum.gazi.edu.tr/index.php?sayfa=akademik&islem=yazigoster&no=153

Teyyar Mustafayev: “Yüksekixtisaslı ve bacarıqlı kadrlara her bir şirketin ehtiyacı var”

2009-10-cu tedris ili arxada qaldı. Her il olduğu kimi, bu il de ali tehsil müessiselerinden mezun olan minlerle genc artıq iş axtarışına başlayıb. Lakin ekser hallarda iş tapmaq bir çox genclere nesib olmur. Bezi gencler ise iş üçün hara ve nece müraciet edeceklerini bele bilmirler. Bele zamanlarda genclerin kömeye, meslehete daha çox ehtiyacı olur. Bes emek bazarına yenice qedem qoyan bu genclere kim kömek etmelidir? Ümumiyyetle, gencler iş axtarışlarına ne zaman başlamalıdırlar, onlar iş tapa bilmek üçün nelere diqqet etmelidirler? Bütün bu suallara cavab almaq üçün Qafqaz Universitetinin iş dünyası ile elaqeler üzre prorektoru Dr. Teyyar Mustafayeve müraciet etdik.

- Teyyar müellim, her il ali tehsil müessiselerinden minlerle genc mezun olsa da onlardan bir çoxu özüne iş tapa bilmir. Sizce, bu, ne ile bağlıdır? Boş iş yerleri yoxdur, yoxsa...

- Müasir dövrde en böyük problemlerden biri de işsizlikdir. Bu problem dünyanın bütün ölkelerinde mövcuddur. İşsizlik problemi bir çox sebeblerden yaranır. Bu sebeblerden biri de odur ki, gencler özlerine düzgün ixtisas seçmirler. Gencler ali mekteblere daxil olarken ixtisas seçimini düzgün aparmadıqları üçün sonradan iş tapmaqda çetinlik çekirler. Hazırda orta mektebi bitiren şagirdlerin ekseriyyeti üçün esas meqsed universitete qebul olmaqdır. Bu zaman ixtisas ve peşe seçimine o qeder de ehemiyyet verilmir. Ekser hallarda valideynler de bu cür düşünürler. Halbuki esas meqsed düzgün ixtisas seçimi olmalıdır. Gencler ele ixtisas seçmelidirler ki, gelecekde hemin sahede özlerine münasib iş tapa bilsinler.

- Düzgün ixtisas seçiminden elave nelere diqqet etmek lazımdır ki, gelecekde, universitetden mezun olduqdan sonra iş tapmaq mümkün olsun?

- İxtisas seçiminden sonra, ikinci önemli mesele odur ki, şagird hansı ali mektebe qebul olacağını düzgün müeyyen etmelidir. Bu mesele de ixtisas seçimi qeder ehemiyyetlidir. Bildiyimiz kimi, her müessisenin bir mehsulu olur. Hemin mehsulların keyfiyyeti ise ona olan telebile ölçülür. Tebii ki, alıcılar daha keyfiyyetli mehsulları almağa üstünlük verirler. Eslinde ali mekteb de bir müessisedir. Onların “mehsulları” ise mezunlarıdır. Müessise ve şirketler işçi seçerken daha yaxşı tehsil veren, telebelerine seçdikleri ixtisası yüksek seviyyede öyreden universitetlere üstünlük verirler. Biz il erzinde onlarla şirketde oluruq, iş adamları ile görüşürük. İş adamları açıq şekilde bildirirler ki, onların yüksekixtisaslı kadrlara ehtiyacları var. Onlar işe götürecekleri kadrlarda bezi keyfiyyetlerin olmasını isteyirler. Ona göre de her bir telebe ve yaxud da mezun, ilk növbede, iş dünyasının teleblerini ve sahibkarların ne istediklerini, hansı keyfiyyetlere üstünlük verdiklerini müeyyen etmelidir.

- Bes sahibkarların esas telebleri nedir? Onlar işe götürmek istedikleri mütexessislerden neleri teleb edirler?

-İş dünyasının, sahibkarların esas telebi odur ki, işe götürecekleri insan etibarlı ve dürüst olsun. Heç bir sahibkar istemez ki, onun işçileri arasında münaqişeler, narazılıqlar olsun. Yeni sahibkarlar kollektivle ünsiyyet yarada bilen, ünsiyyetcil kadrları işe götürmek isteyirler. Sahibkarların ikinci telebi ise işe götürecekleri kadrların öz ixtisaslarını yaxşı bilmeleridir. Buna göre de telebeler universitetlerde oxuduqları zaman öz ixtisaslarını derinden öyrenmeli, müasir dersliklerden, yeni edebiyyatlardan istifade etmelidirler. Başqa bir önemli mesele ise kompyuter texnologiyaları ile bağlıdır. Bildiyimiz kimi, bu gün ekser müessise ve şirketlerde kompyuter texnologiyalarından istifade olunur. Ona göre de kompyuter proqramlarını ve internetden istifadeni en aşağı seviyyede olsa bele bilmek lazımdır. Çünki kompyuterden istifadeni bilmeden iş tapmaq çox çetindir. Bundan elave, xarici dil bilmek her bir mezun üçün elave üstünlük hesab olunur.

- İş tapmaq üçün, ilk növbede, neden başlamaq lazımdır?

- Her şeyden önce mezunlar ve ya iş axtaranlar özleri haqqında mükemmel CV (tercümeyi-hal) hazırlamalıdırlar. Onların iş heyatına başlaması mehz bu CV-lerin nece hazırlanmasından çox asılıdır. CV-ler ele hazırlanmalıdır ki, onu oxuyan şexsde elave sual yaranmasın. Diqqet etmek lazımdır ki, CV-de yalan ve şişirdilmiş melumatlar yer almasın. Çünki CV-de teqdim olunan melumatların yalan olduğu ortaya çıxarsa, bu, iş axtaran üçün heç de yaxşı olmaz. Hetta hemin şexs iş üçün bir daha o şirkete müraciet ede bilmez. Üz-üze görüşler zamanı da son derece diqqetli olmaq, en kiçik detallara bele fikir vermek lazımdır. Meselen, içeri girerken otağın qapısını döymek, belke de, işle bağlı ehemiyyetsiz bir meseledir, amma bu hereketiniz işegötürende sizin haqqınızda müsbet fikir formalaşdıra biler.

- Bu gün ölkemizin emek bazarında hansı ixtisaslara daha çox ehtiyac hiss olunur?

- Ayrı-ayrı şirketlerde olarken apardığımız müşahideler, hemçinin ölkenin emek bazarındakı araşdırmalarımız gösterir ki, bu gün müasir texnologiyaları bilen mühendislere böyük ehtiyac var. Bu, hem yüngül, hem de ağır senaye sahelerinde hiss edilir. Xüsusile, neft-kimya mühendislerine böyük ehtiyac var. O cümleden kompyuter mühendislerine ve proqramçılara da teleb çoxdur. Bundan başqa, marketinq sistemini mükemmel bilen kadrlara her bir şirketde böyük ehtiyac var. İctimaiyyetle elaqeler, reklam, maliyye-bank ve biznesin teşkili kimi sahelerde de kadr ehtiyacı hiss olunur. Meselen, universitetimizin iqtisadiyyat fakültesinden mezun olan telebelerimizin, demek olar ki, hamısı işle temin olunub.

- Sizin fikrinizce, yaxşı iş ne demekdir?

- Yaxşı iş üçün üç meseleye diqqet yetirmek lazımdır. Bunlar iş şeraiti, yüksek maaş ve karyera imkanlarıdır. Eger bu üç meyar bir arada varsa, onda hansı şirketde ve yaxud hansı sahede işlemeyin o qeder de ehemiyyeti yoxdur. Bir insan karyera imkanları olan böyük bir şirketde, yaxud da dövlet idaresinde işlediyi halda, maaşı azdırsa, onun işine yaxşı iş demek olmaz. Yaxud da bir insan işlediyi yerden yüksek emekhaqqı alır, amma o işde karyera imkanları yoxdursa, buna da yaxşı iş demek olmaz. Biz defelerle şahid olmuşuq ki, mezunlarımız emekhaqları yaxşı olduğu halda, işlerinden ayrılıblar. Sebeb ise ekser hallarda iş şeraitinin ve karyera imkanlarının olmaması olub.

- Aydındır ki, bu üç meyarın bir arada olduğu iş yeri tapmaq o qeder de asan deyil. İş heyatına başlayan gencler sadaladığınız bu üç meyardan hansına daha çox üstünlük vermelidirler?

- Hesab edirem ki, eger bir yerde iş şeraiti yaxşıdırsa ve karyera imkanları da varsa, maaşın az olması ile bir müddet razılaşmaq olar. Xüsusile de, universitetlerden yeni mezun olanlar, ilk növbede, karyera imkanları olan işlere üstünlük vermelidirler. Biz öz mezunlarımıza da her zaman bunu tövsiye edirik.

- Yeni işe başlayan mezunlarla nece münasibet qurursunuz? Onlara hansısa formada kömeklik edirsiniz?

- Universitet rehberliyi olaraq, biz öz mezunlarımızla daima elaqe saxlayırıq. Bu meqsedle universitetimizde iki şöbe yaradılıb. Bunlar mezun koordinasiya ve staj ve karyera planlama şöbeleridir. Mezunlarımız tez-tez universitete devet olunur ve onların telebelerle görüşleri teşkil edilir. Mezunlarımızın iş heyatında qarşılaşdıqları çetinlikler öyrenilir. Çox zaman mezunlarımızın iş yerleri ile tanış oluruq, onların hansı şeraitde işledikleri ile yaxından maraqlanırıq. Meselen, mezun koordinasiya şöbesi terefinden bir il erzinde mine qeder mezunumuzun iş yerine ziyaretler teşkil edilib.

- Qafqaz Universitetinde mezunların işle temin olunmaları nece teşkil olunub?

-Mezunlarımızın işle temin olunmaları istiqametinde de çox ciddi işler heyata keçirilir. Bu sahede Qafqaz Universiteti olaraq, böyük tecrübe elde etmişik. Biz yay tetilleri zamanı 2-ci ve 3-cü kurs telebelerini aparıcı şirketlerde tecrübe keçmeye gönderirik. Hetta telebelerimizi bu meqsedle Türkiye ve Avropaya da gönderirik. Telebelerimizin tecrübe keçmeleri ve gelecekde işle temin olunmaları üçün universitetimizle ölkenin aparıcı şirketleri arasında protokollar imzalanıb. Hemin şirketlerle yaxından emekdaşlıq edirik. Eyni zamanda biz ayrı-ayrı şirketlerin rehberlerini, nümayendelerini universitete devet edirik ve burada telebelerle görüşlerini teşkil edirik. Bundan başqa, Qafqaz Univerisiteti her il enenevi olaraq Emek ve Ehalinin Sosial Müdafiesi Nazirliyi ile birlikde emek sergisi keçirir. Meselen, sonuncu emek sergisinde ölkenin iri şirketleri universitetimize gelerek mezunlarımız üçün 700-e yaxın iş yeri teklif etdiler. Hazırda Qafqaz Universiteti mezunlarının 90%-i işle temin olunub. Diger 10%-i ise ya aile şeraitine göre, ya da herbi xidmetde olduğuna göre işlemir.

05.07.2010 Allahverdı Ceferov

www.zaman.az


3 Temmuz 2010 Cumartesi

“Qafqaz” birinci oldu

Özel Universitetler arasında dövlet hesabına oxumaq isteyen abituriyentlerin çoxu Qafqaz Universitetini seçib.

Komissiyanın sedri öten hefte ali mekteblerin magistratura pillesine qebulda tetbiq edilen dövlet sifarişli yerlerin (DSY) tutulması ile bağlı melumat da verdi. Bele ki, o, bezi universitetlerde bakalavrların neçe faiznin DSY-e qebul olduğunu açıqladı: “

Bakı Dövlet universitetinde 684 yerden 320-sine qebul olan bakalavrlar dövlet hesabına tehsil alacaq. Bu da texminen 50 faizlik bir göstericidir. Hemin gösterici Dövlet İqtisad Universitetinde 25%, Diller Universitetinde 73%, Slavyan Universitetinde 18%-dir. Müellimler İnstitutunda ise heç kim dövlet hesabına oxuma hüququnu qazanmayıb”. Bakalavrların bezi özel universitetlerde DSY-de oxumaq istediklerini dile getiren Meleyke xanım bunları da qeyd etdi: “Özel Universitetler arasında dövlet hesabına oxumaq isteyen abituriyentlerin çoxu Qafqaz Universitetini seçib. Bu gösterici Qafqaz Universitetinde 42 faizdir. Bundan başqa hemin göstericiler Qerb Universitetinde 8, Xezer universitetinde ise 6 faizdir”.

http://www.zaman.az/az/newsDetail_getNewsById.action?sectionId=59&newsId=31904

"Magistraturanın boş qalan plan yerlərinə əlavə qəbul aparılacaq"

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) ali təhsil müəssisələrinin magistraturalarına qəbulun nəticələrini açıqlayıb. SİA-nın xəbərinə görə, bu barədə məlumat verən TQDK sədri Məleykə Abbaszadə bildirib ki, iki mərhələ üzrə müsabiqənin nəticələrinə əsasən 3911 bakalavr respublika ali təhsil müəssisələrinin magistraturalarına qəbul olub. O vurğulayıb ki, həmin nəticələrə əsasən magistratura səviyyəsinin dövlət sifarişli yerlərində boş plan yerləri qalıb.

“Belə ki, Bakı Dövlət Universitetində 684 plan yeri üzrə 633 magistrin 320-si dövlət sifarişli ixtisasa qəbul olunub. Ümumilikdə, dövlət sifarişli yerlərə Azərbaycan Dövlət Neft Akademiyası 32%, Texniki Universitet 22%, Memarlıq və İnşaat Universiteti 18%, Tibb Universiteti 100%, Azərbaycan Dövlət Pedaqoji Universiteti 23%, Azərbaycan Dövlət İqtisad Univerisiteti 25%, Azərbaycan Dillər Universitetində 73%, Mədəniyyət və İncəsənət Universitetində 9,5%, Bədən Tərbiyəsi və İdman Akademiyasında 100% nəticə göstərib.
Özəl universitetlərə gəlincə, Qafqaz Universitetində 42%, Xəzər Universitetində 6%, Qərb Universitetində 8%, Azərbaycan Universitetində isə 23% nəticə əldə olunub”, - deyə o əlavə edib . 

M.Abbaszadə qeyd edib ki, ali təhsil müəssisələrinin magistraturalarına qəbul olunanlar iyulun 1-dən iyulun 12-dək (şənbə, bazar və bayram günləri istisna olmaqla) tələb olunan sənədləri təqdim etməklə qəbul olduqları ali təhsil müəssisəsində qeydiyyatdan keçməlidirlər. Onun sözlərinə görə, əks halda bu bakalavrın müvafiq ixtisasa yerləşdirilməkdən imtina etməsi kimi qiymətləndiriləcək və o, qəbul olanlar siyahısından xaric ediləcək: “Magistraturaya qəbulun nəticəsi ilə bağlı müraciətlərə apelyasiya komissiyası tərəfindən baxılacaqdır. Hazırda ali təhsil müəssisələrinin bakalvriaturasına qəbul imtahanlarına hazırlıq işi getdiyindən apelyasiya bir aydan sonra-iyulun 28-dən iyulun 30-dək aparılacaq. Bundan sonra, müsabiqə şərtlərini ödəyən bakalavrlardan magistraturanın boş qalan plan yerlərinə elektron ərizə qəbulu aparılacaq. Ayrı-ayrı magistr proqramları üzrə boş qalan plan yerlərinin siyahısı və ərizə qəbulunun vaxtı haqqında TQDK-nın internet saytında və “Magistr” jurnalında elan veriləcək. Qeyd edim ki, əlavə qəbula da dövlət sifarişi ilə qəbul aparılan yerlər üzrə ixtisaslaşma seçiminə və müsabiqəyə iki mərhələ üzrə qəbul imtahanlarından topladığı ümumi bal (balların cəmi) 100-dən (müəyyən proqramlar üzrə 80-dən), o cümlədən ixtisas üzrə testlərdən (essedən, tərcümədən, suallar üzrə yazılı cavablardan) topladığı bal 20-dən az olmayan bakalavrlar buraxılacaqlar. Belə bakalavrların isə sayı çox azdır”.
http://www.sia.az/view.php?lang=az&menu=90&id=57398

TQDK sədri:Azərbaycanda özəl və dövlət ali məktəbləri arasında rəqabət artır

Azərbaycanda özəl və dövlət ali məktəbləri arasında rəqabət artır –  TQDK sədri

Azərbaycan, Bakı, 2 iyul /Trend, müxbir T.Hacıyev/

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri hesab edir ki, artıq Azərbaycanda dövlət və özəl ali məktəblər arasında rəqabət mühiti artıb. Trend-in məlumatına görə, bu barədə cümə günü keçirdiyi mətbuat konfransıda TQDK-nın sədri Məleykə Abbaszadə deyib.
Abbaszadə bildirib ki, bu il magistraturaya keçirilən imtahanların nəticələrinə görə, dövlət hesabına magistraturaya qəbul Bakı Dövlət Universitetində 50%, Azərbaycan Dövlət Neft Akademiyasında 32%, Texniki Universitetdə 22%, Memarlıq və İnşaat Universitetlində 18%, Tibb Universitetində 100%, Pedaqoji Universitetdə 23%, İqtisad Universitetində 25%, Azərbaycan Dillər Universitetində 73%, Slavyan Universitetində 18%, Prezident yanında İdarəçilik Akademiyasında 46,9%, Musiqi Akademiyasında 63%, Milli Konservatoriyada 62%, Mədəniyyət və İncəsənət Universitetində 9,5 %, Rəssamlıq Akademiyasında 36%, Turizm İnstitutunda 33%, Bədən Tərbiyəsi və İdman Akademiyasında 100% təşkil edir.

Özəl universitetlərdən Qafqaz Universitetində 42%, Xəzər Universitetində 6%, Qərb Universitetində 8% magistr dövlət hesabına təhsil alacaq.

Komissiya sədri bildirib ki, ilk dəfə olaraq magistrlər özəl ali məktəblərdə dövlət hesabına təhsil alacaqlar.

"Valideynlər də uşaqlarının özəl ali məktəblərə düşəcəyindən narahat olmayacaqlar. Bu yaxşı haldır və inanırıq ki, mexanizm ildən-ilə təkmilləşəcək", - Abbaszadə vurğulayıb.

Məqalə müəllifi ilə əlaqə ünvanı: trend@trend.az

http://az.trend.az/news/society/education/1714318.html

Qafqaz University Afish Qafqaz for Turkey 2010 New

Qafqaz University Afish Qafqaz for Turkey 2010 New

Qafqaz Universitesi Broshur 2010 Turkiye

Qafqaz Univesitesi Broshur 2010 Turkiye Yeni