(AzərTAc). Sentyabrın 15-də Qafqaz Universitetində 2010-2011-ci tədris ilinin başlanmasına və Bilik gününə həsr olunmuş tədbir keçirilmişdir.

QAFQAZ UNİVERSİTETİNDƏ TƏHSİLİN İNKİŞAFI İSTİQAMƏTİNDƏ SƏMƏRƏLİ TƏDBİRLƏR HƏYATA KEÇİRİLİR
Bakı, 15 sentyabr (AzərTAc). Sentyabrın 15-də Qafqaz Universitetində 2010-2011-ci tədris ilinin başlanmasına və Bilik gününə həsr olunmuş tədbir keçirilmişdir.
AzərTAc xəbər verir ki, tədbirdə çıxış edən universitetin rektoru, professor Əhməd Saniç ulu öndər Heydər Əliyevin təhsilin inkişafına daim böyük əhəmiyyət verdiyini, ümummilli liderin siyasətinin Prezident İlham Əliyev tərəfindən əzmlə davam etdirildiyini vurğulamışdır.
Təhsil üzrə mühüm tədbirlərin həyata keçirildiyini xatırladan rektor bildirmişdir ki, 2010-2011-ci tədris ili üçün ali məktəblərə keçirilmiş qəbul imtahanlarında 700 bal toplayan 7 abituriyentdən 4-ü Qafqaz Universitetini seçmişdir. Bu il universitetə qəbul olunmuş tələbələrdən 185-i müvafiq qəbul imtahanında 600-dən çox bal toplamışdır. Öz reytinqinə görə Qafqaz Universiteti respublikanın ali məktəbləri arasında layiqli yer tutmuşdur.
Universitetin beynəlxalq əlaqələrinin ilbəil genişləndiyini qeyd edən professor Ə.Saniç təhsilin inkişafı ilə bağlı qarşıda duran vəzifələri diqqətə çatdırmış, tələbələrə və müəllimlərə uğurlar diləmişdir.
Digər çıxış edənlər də müəllim və tələbələri təbrik edərək, onlara tədris ilində yeni nailiyyətlər arzulamışlar.

Bu blogdaki popüler yayınlar

Azerbaijan - GOV - Azerbaijan to Host an International ICT Conference

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

Ən yüksək keçid balı Qafqaz Universitetinin birinci qrupuna daxil olan kompüter mühəndisliyi ixtisasındadır