Alimlər Qafqaz və Mərkəzi Asiyanın dünyadakı önəmindən danışır



Dünən Bakıda Qafqaz Universitetinin təşəbbüsü ilə “Qloballaşma prosesində Qafqaz və Mərkəzi Asiya” mövzusunda 3-cü beynəlxalq konqres işə başladı. 
Konqresin açılış mərasimində çıxış edən Qafqaz Universitetinin rektoru prof. Əhməd Saniç bildirdi ki, Azərbaycan Qafqaz və Mərkəzi Asiya ölkələrindən öz sürətli inkişafı ilə fərqlənir. O, 5 il əvvəllə müqayisədə Azərbaycanın daha da inkişaf etdiyini və modern bir ölkəyə çevrildiyini söylədi. İqtisad Universitetinin rektoru prof. Şəmsəddin Hacıyev isə Türkiyə-Azərbaycan əlaqələrindən söz açaraq qeyd etdi ki, bəzən iki ölkə arasındakı əlaqələrə ortaq əməkdaşlıq deyirlər: “Halbuki biz bütün sahələrdə ortaq deyil, birgə əməkdaşlıq edirik”. Türkiyənin İstanbul Ticarət Universitetinin rektoru prof. Sabri Orman, Mərmərə Universitetinin rektoru prof. Zafer Gül, İstanbul Universitetinin professorları Mehmet Altan və digər nüfuzlu qonaqlar öz çıxışlarında qloballaşan dünyada Qafqaz və Mərkəzi Asiyanın, həmçinin Azərbaycanın nə qədər önəmli yerə sahib olduğunu vurğuladılar. 
Məlumat üçün qeyd edək ki, 2 gün davam edəcək konqresin işində dünyanın müxtəlif ölkələrinin 15-ə yaxın elm, təhsil ocaqlarının, o cümlədən ABŞ-ın Troy Universitetinin, Böyük Britaniyanın Oksford Universitetinin nüfuzlu alim və tədqiqatçıları iştirak edirlər. Qeyd edək ki, Dövlət İqtisad Universiteti ilə birgə keçirilən bu tədbirin məqsədi  ortaq tarixi və mədəniyyəti bölüşən Qafqaz və Mərkəzi Asiya regionunun qarşılaşdıqları ortaq problemləri təhlil etmək və onların həll yolları üçün təkliflərin irəli sürülməsini təmin etməkdir. Allahverdi Cəfərov http://az.zaman.com.tr/az/newsDetail_getNewsById.action?newsId=33976 16.10.2010


Bu blogdaki popüler yayınlar

Azerbaijan - GOV - Azerbaijan to Host an International ICT Conference

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

Ən yüksək keçid balı Qafqaz Universitetinin birinci qrupuna daxil olan kompüter mühəndisliyi ixtisasındadır