Azərbaycan Yazıçılar Birliyinin sədri, xalq yazıçısı Anarla görüş

 İçtimai Televiziyanın təşəbbüsü ilə Qafqaz Universitetində Azərbaycan Yazıçılar Birliyinin sədri, xalq yazıçısı Anarla görüş keçirilmişdir.
     Anar  bütün dövrlər üçün sevilən və mütaliə edilən yazıçı, peşəkar ədəbiyyatşünas, yetkin kino xadimidir. Akif Hüseynov onuda vurğuladı ki, o, milli-mənəvi dəyərlərə sıx bağlı olan bir şəxsiyyətdir. Onun çoxşaxəli yaradıcılığı müasir Azərbaycan oxucusunun bədii-estetik zövqünün formalaşmasında əhəmiyyətli rol oynayıb. Anarın “Sizsiz”, “Mübarizə bu gün də var”, və s. əsərləri həm tədqiqat üsulu cəhətcə, həm də janrca yenidi. Bu əsərlərdə ustad şairimiz Rəsul Rza poeziyasının yeri, mövqeyi yüksək peşəkarlıqla ortaya qoyulub.

    Akif Hüseynov Anar haqqında çox danışmaq olar  ona görə ki, müasir Azərbaycan ədəbiyyatını onsuz təsəvvür etmək mümkün deyil. O, zamanı özünə, özünü zamana hopduran, ciddi, səmimi yazıçıdı. Buna görə də onun əsərləri həmişə maraqla qarşılanır. Onun bu gün də, sabah da, gələcəkdə də oxunası əsərləri var. 

    Tədbirin sonunda xalq yazıçısı söz alaraq  maraqlı görüş üçün Qafqaz Universitetinin rəhbərliyinə və İçtimai Televiziyanin rəhbərliyinə  bütün iştirakçılara öz dərin təşəkkürünü bildirdi. Tədbirdə bir çox tanınmış müğənnilər öz ifaları ilə məclis iştirakçılarını feyziyab etdilər.
Xalq yazıçısına Çağ Öyrətim İşlətmələri şirkətinin prezidenti Enver Özeren tərəfindən günün anısına xatirə plaketi verildi.

Bu blogdaki popüler yayınlar

Azerbaijan - GOV - Azerbaijan to Host an International ICT Conference

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

Ən yüksək keçid balı Qafqaz Universitetinin birinci qrupuna daxil olan kompüter mühəndisliyi ixtisasındadır