“BARAMA” LAYİHƏSİNƏ QOŞULAN TƏLƏBƏLƏRƏ 2 HƏFTƏ VAXT VERİLİB

Qafqaz Universitetinin tələbələri “Barama” innovasiya mərkəzində araşdırmaya başlayıblar. 10 tələbə “Azercell”in təşəbbüsü ilə yaradılan “Barama” layihəsi çərçivəsində iqtisadi-analitik tədqiqat işi aparır. Şirkətlərin reallıqda üzləşdiyi məsələləri ətraflı tədqiq edən tələbələrə 2 həftə vaxt ayrılıb. Gənclər müxtəlif problemlərin yaranma səbəbləri, onların səviyyəsinə təsir edən amilləri aydınlaşdıracaq və həmin problemlərin qarşısının effektiv şəkildə alınması üçün həll yolları təklif edəcəklər. Hər biri 5 nəfərdən ibarət iki komandaya ayrılan tələbəıblar. Komanda üzvləri Qafqaz Universitetinin iqtisadiyyat, maliyyə, menecment və biznesin idarə edilməsi fakültələrini təmsil edirlər.
“Azercell”in təşəbbüsü və birbaşa qatqısı ilə gerçəkləşən “Barama” layihəsi İnformasiya Kommunikasiya Texnologiyaları sahəsinə marağı olan istedadlı gənclərə öz ideyalarını reallaşdırmaq imkanı qazandırır. Bu tədqiqat işini ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAİD) də dəstəkləyir.

"Media forum"

Bu blogdaki popüler yayınlar

Azerbaijan - GOV - Azerbaijan to Host an International ICT Conference

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

VİCDAN SUSTUĞUNDA : Download PDF