Türkiyənin Azərbaycandakı Səfiri “Araz” Kurslarında

Türkiyənin Azərbaycandakı Səfiri “Araz” Kurslarında

Oktyabrın 21-də Türkiyə Cümhuriyyətinin Azərbaycandakı Fövqəladə və Səlahiyyətli Səfiri Hulusi Kılıç, eləcədə Ticarət, Emniyyet və Çalışma müşavirləri Qazi Bilgin, İsmayıl Çalışkan və Mustafa Gür “Araz” ali məktəblərə hazırlıq Kurslarında qonaq olublar. Qonaqları  “Çağ” Öyrətim İşlətmələri İdarə Heyətinin sədri Enver Özeren “Araz” Kurslarının Baş İdarə rəisi İrfan Uzundemir və bir qrup müəllim ziyarətə gələn heyəti səmimiyyətlə qarşılayıblar. Sonra İ. Uzundəmir qonaqlara bu təhsil ocağının fəaliyyətə başladığı vaxtdan bu günə qədər əldə etdiyi nailiyyətlər və yeniliklər barədə ətraflı məlumat verib. Daha Sonra Fövqəladə və Səlahiyyətli Səfir və müşavirləri “Araz” –ın fəaliyyətini özündə əks etdirən dərgiləri, eləcədə sinif otaqlarını, laboratoriyaları gəzərək buradakı təhsilin səviyyəsi və şagirdlər üçün hazırlanmış şəraitlə yaxından tanış olublar. Burada bir neçə qrup üzrə ali məktəblərə hazırlaşan məktəblilərlə səmimi söhbət ediblər. Qonaqlar müasir tələblərə cavab verən avadanlıqlarla təshiz olunmuş kursların sinif otaqlarından, eləcədə müəllim və şagirdlərin əldə etdikləri nailiyyətlərdən razı qaldıqlarını xüsusilə qeyd ediblər. Türkiyəli diplomatlar mövcud olan bu şəraitdən istifadə edərək şagirdlərin daha yüksək zirvələrə inamla irəliləyəcəyinə, gələcəyin ən yaxşı mütəxəssislərinin məhz, “ÇAĞ” Öyrətim İşlətmələrinin “Araz” Kurslarında yetişəcəyinə əmin olduqlarını bildiriblər.

  Sonda Türkiyə Cümhuriyyətinin Azərbaycandakı Fövqəladə və Səlahiyyətli Səfiri Hulusi Kılıç, “Araz” Kurslarının rəhbərliyinə xatirə hədiyyəsi təqdim edib.
http://www.cag.edu.az/haber.php?id=113
 



Bu blogdaki popüler yayınlar

Azerbaijan - GOV - Azerbaijan to Host an International ICT Conference

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

VİCDAN SUSTUĞUNDA : Download PDF