30 Kasım 2010 Salı

«ABİTURİYENT - Məlumat Mərkəzi»


Deyerli Abituriyentler!
Qafqaz Universitetinin 
«ABİTURİYENT - Məlumat Mərkəzi»
istifadeye açılmışdır.

Artıq Siz Qafqaz Universiteti barədə suallarıniza cavab,
Qafqaz Universitetinin yenilikləri haqqında məlumatı,
Abituriyent Məlumat Mərkəzindən
012 415 53 56   
nömrəli telefon vasitəsilə öyrənə bilərsiniz.
Bu xidmət vasitəsilə abituriyent və ya valideyn Universitetie gəlmədən ölkənin istənilən yerindən istənilən vaxt  zəng edərək, Qafqaz Universiteti barədə məlumat ala bilərlər.

25 Kasım 2010 Perşembe

Azerbaycan Qafqaz Üniversitesi Mezunları YOK Denklik Örnekleri

Azerbaycan Bakü'de bulunan Qafqaz Üniversitesi Mezunlarına  T.C. Yüksek Öğretim Kurumu (YÖK) tarafından verilmiş Denklik Belgesi Örnekleri
 

Her ömür bir kitabdır

“Ömər müəllim ömrünü şərəfli bir peşəyə həsr edib. Onun bu həyatdakı əsas məqsədi insan yetişdirmək olub”,- deyən universitetinin rektoru professor Əhməd Saniç Ömər Okumuşun müəllimlik fəaliyyətinin bütün təhsil işçiləri üçün nümunə olduğunu vurğulayıb.
 Hazırda Qafqaz Universitetində pedaqogika fakültəsinin türk dili və ədəbiyyatı kafedrasının müdiri olan Ömər Okumuş 1999-2001-ci illərdə bu ali təhsil müəssisəsinin rektoru olub. Ondan əvvəl isə o, Beynəlxalq
Şərq Universitetinə və Dərbənd Humanitar İnstitutuna rəhbərlik edib.
Dünən Qafqaz Universitetində pedaqogika fakültəsinin türk dili və ədəbiyyatı kafedrasının müdiri, professor Ömər Okumuşun 70 illik yubileyi münasibətilə tədbir keçirilib. “Hər ömür bir kitabdır” adlı tədbirdə iştirak edən müəllim və tələbə heyəti Ömər Okumuşun həyat və fəaliyyətinə, keçdiyi həyat yoluna nəzər salıblar.
Universitetin rektoru, professor Əhməd Saniç yubilyarı ulu çinara bənzədərək, onun bütün çətinliklərə sinə gərdiyini söylədi. “Ömər müəllim ömrünü şərəfli bir peşəyə həsr edib. Onun bu həyatdakı əsas məqsədi insan yetişdirmək olub”,- deyən universitet rektoru Ömər Okumuşun müəllimlik fəaliyyətinin bütün təhsil işçiləri üçün nümunə olduğunu vurğuladı. Ə. Saniç həmçinin yubilyarı xatirə plaketi ilə təltif etdi.
Azərbaycan Respublikası Təhsil Şurasının (ARTŞ) sədri, professor Əjdər Ağayev də yubilyarın şərəfli bir ömür yaşadığını söylədi və belə bir insanı yaxından tanıdığı üçün özünü bəxtiyar hiss etdiyini bildirdi.
Daha sonra əməkdar müəllim Aliyə Təhmasib ARTŞ-nin “Ləyaqət” diplomunu Ömər Okumuşa təqdim etdi.
Sonda söz alan yubilyar tədbirə görə təşəkkürlərini bildirdikdən sonra tələbələrinə öz tövsiyələrini verdi. “Biz zəngin bir mədəniyyətin mirasçılarıyıq. Özümüzlə fəxr etmək üçün kifayət qədər əsasımız var. Ona görə də heç kimin təsiri altına düşmədən öz gələcəyimizi qura bilərik”,- deyə o bildirdi. Ö. Okumuş həmişə kitab oxumağın vacibliyini də vurğuladı: “Kitabı sevmək lazımdır. Texnologiya nə qədər inkişaf etsə də, həmişə kitab oxumaq vacibdir. Heç nə kitabı əvəz edə bilmir. Kitab sevgisini adətə çevirmək lazımdır”.
 HÜMMƏT ÖMƏR 25.11.2010
 

24 Kasım 2010 Çarşamba

Beynəlxalq Mendeleyev Olimpiadasında qızıl medal qazanan oğlan

 O artıq Kanadanın Alberta Universitetinin tələbəsidir

Bildiyimiz kimi, bu ilin mayında Bakıda məktəblilərin kimya üzrə 44-cü Beynəlxalq Mendeleyev Olimpiadası keçirilib. Dünyanın 14 ölkəsindən şagirdlərin qatıldığı bu olimpiadada azərbaycanlı şagirdlər bir qızıl, üç bürünc medal qazanıblar.

Bu bilik yarışmasındaında ölkəmizi təmsil edən 12 məktəblidən biri Lənkəran Özəl Türk Liseyinin şagirdi Aqil Əzimzadə Beynəlxalq Mendeleyev Olimpiadasının qızıl medalına layiq görülüb.

Aqil 1993-cü ildə Lənkəran rayonundakı Verarul kəndində doğulub. VI sinfə kimi Verarul kənd orta məktəbində oxuyub. Sonra Lənkəran Özəl Türk Liseyinin VII sinfinə qəbul olub. Bu il həmin liseyin XI sinfini bitirib.

O, 2008-2010-cu illərdə Respublika Kimya Olimpiadasında gümüş və qızıl medallara layiq görülüb.

2008-ci ildə Cənubi Koreya Respublikasında kimya, fizika və biologiya fənləri üzrə keçirilən V Beynəlxalq Elm Olimpiadasında III yeri tutaraq bürünc medalla kifayətlənib, 2009-cu ilin aprelində Türkmənistanda keçirilən 43-cü Beynəlxalq Mendeleyev Olimpiadasında İngiltərədə düzənlənən kimya üzrə Dünya Olimpiadasında da bürünc medallarla Vətənə qayıdıb.

Nəhayət, 2010-cu ilin mayında Bakıda məktəblilərin kimya üzrə keçirilən 44-cü Beynəlxalq Mendeleyev Olimpiadasında 3 turun nəticəsinə görə ən yüksək bal toplayan Aqil qızıl medala layiq görülüb. Həmin Olimpiadanın qaliblərinin mükafatlandırılması mərasimində iştirak edən Təhsil naziri Misir Mərdanov, Rusiya Elmlər Akademiyasının həqiqi üzvü, təşkilat komitəsinin həmsədri Valeri Vasilyeviç Lunin, kimyaçı alim, AMEA-nın müxbir üzvü, professor Vaqif Abbasov, Təhsil Nazirliyinin şöbə müdiri Aydın Əhmədov Aqil Əzimzadəni və bürünc medal qazanmış şagirdlərimizi bu möhtəşəm bilik yarışında uğur qazanmaları münasibəti ilə təbrik edibilər.

Bu günlərdə Aqillə telefon əlaqəsi yaradaraq, şəklini redaksiyamıza göndərməsini xahiş etdim. Sonra bir xeyli söhbətləşdik. Onun yüksək təhsil alması üçün hər cür şəraitin yaradıldığına görə, Azərbaycan Prezidenti İlham Əliyevə, Təhsil Naziri Misir Mərdanova öz dərin təşəkkürünü bildirdi. Oxuduğu Lənkəran Özəl Türk Liseyinin kimya müəllimi Yaqub Özkelikə, Bakı Dövlət Universitetinin kimya müəllimi Xamməd Əsədova, “Qafqaz” Universitetinin müəllimi Yusif Abdullayevə ona göstərdikləri qayğıya, yüksək bilik əldə etməsində hər cür köməklik göstərdiklərinə görə minnətdarlıq etdi. Sonra Aqil sevincək halda onu da fəxrlə əlavə etdi ki, artıq Kanadanın Alberta Universitetinin kimya mühəndisliyi fakültəsinə qəbul olunmuşam. Hazırda Yaponiyanın Tokio şəhərində kimya üzrə keçirilən Dünya Olimpiadasına hazırlaşıram. Oradan da medalla qayıdacağını valideynlərinin və müəllimlərinin başlarını uca edəcəyini əminliklə dilə gətirdi.

Biz də Aqil Əzimzadəyə bütün bu məsuliyyətli işlərində uğurlar diləyir, ona daha uca zirvələr fəth etməyi arzulayırıq!

TƏHSİL aylıq jurnal

Azərbaycan Respublikası Təhsil Nazirliyinin Orqanı 

Sentyabr 2010

Ə. Daşdəmirli

                                        


 

Yüksələn təhsilimizin bayraqdarı – Azərbaycan məktəblisi

Qəzetimizin ötən sayında “Qafqaz” Universitetində Təhsil Nazirliyi və “Çağ” Öyrətim İşlətmələri Şirkətinin birgə keçirdiyi tədbir barəsində qısaca məlumat vermişdik. Qeyd edək ki, hər il bir ənənə olaraq Azərbaycan Respublikasının Təhsil Nazirliyi və “Çağ” Öyrətim İşlətmələri Şirkəti yeni dərs ilinin əvvəlində “Təhsilimizin ulduzları” adlı hesabat mərasimi keçirir. Mərasimdə ölkə təhsil sistemində özünəməxsus yeri və rolu olan “Çağ” Öyrətim İşlətmələri Şirkətinin təhsil müəssisələrinin tələbə adını qazanmış məzunları ilə, həmçinin beynəlxalq fənn olimpiadalarında yüksək nəticə əldə edərək ölkəmizə qızıl, gümüş, bürünc medallar gətirən şagirdlərlə görüş keçirilir, onların qələbələri, əldə etdikləri nailiyyətlər qiymətləndirilir. Bu dəfə də “Qafqaz” Universitetində 2010-2011-ci dərs ilinə həsr edilmiş “Yüksələn təhsilimizin bayraqdarı – Azərbaycan məktəblisi” adlı təqdimetmə mərasimi keçirildi. Ümummilli lider və şirkətin fəxri baş müəllimi Heydər Əliyevin və Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra Azərbaycan Respublikasının Dövlət Himni və Türkiyə Cümhuriyyətinin İstiqlal Marşı oxundu.

2010-cu il beynəlxalq fənn olimpiadalarında qazanılan qələbələr və məzunlarımızın ali məktəblərə qəbul imtahanlarında əldə etdikləri nailiyyətlərdən bəhs edən qısametrajlı filmin nümayişindən sonra söz “Çağ” Öyrətim İşlətmələri İdarə Heyətinin sədri Ənvər Özərənə verildi. O, Azərbaycanın adını beynəlxalq aləmdə yüksəldən tələbə və şagirdlərin hər birini bu böyük nailiyyətlər münasibətilə təbrik edərək dedi: “Şagirdlərimiz hər il respublika Təhsil Nazirliyinin komandası tərkibində Dünya Bilik Olimpiadalarında iştirak edir, qızıl, gümüş, bürünc medallarla vətənə qayıdır, uzaq-uzaq ölkələrdə Azərbaycanın bayrağını ucaldırlar. Onlar Bolqarıstan, İndoneziya, İngiltərə, ABŞ, İspaniya, Yaponiya, Koreya, İsveç, İtaliya, Meksika, Rusiya və Almaniyada yüksək nəticələr əldə etmişlər. Belə ki, 1994-cü ildən bu günə qədər liseylərimizin şagirdləri 87 qızıl, 138 gümüş və 204 bürünc olmaqla 429 medal qazanmışlar. Mən hər bir Azərbaycan məktəblisinə bundan da böyük uğurlar arzulayıram”. Sonra isə dünyanın bir neçə ölkəsində olmuş, vətənimizin şərəfini qorumuş, təkcə 2010-cu dərs ilində 12 qızıl, 20 gümüş və 39 bürünc medal qazanmış beynəlxalq olimpiada qaliblərinin təltifetmə mərasimi başlandı. ABŞ-da keçirilmiş III Beynəlxalq Enerji, Ətraf Mühit Mühəndisliyi Layihə Olimpiadasının qaliblərindən Nurlan Məmmədov, Altun Qəmərli Türkiyədə keçirilmiş XVIII Beynəlxalq Ətraf Mühitin Mühafizəsi Layihə Olimpiadasının qaliblərindən Kamal Həsənli, Tural Gülməmmədov, VIII Beynəlxalq Türk Dili Olimpiadasından Səbinə Qarayeva, Ənvər Məhəmmədli, VI Beynəlxalq Kopyuter Layihə Olimpiadasından Sahil Qədimbəyli, Emil Əhmədli, Yaponiyada keçirilmiş 42-ci Beynəlxalq Kimya Olimpiadasından Aqil Əzimzadə, Rəşad Yusifov, Nigeriyada keçirilmiş I Beynəlxalq Elm Olimpiadasından Nihat Əliyev, Elmir Məhəmmədov, Xorvatiyada keçirilmiş 41-ci Beynəlxalq Fizika Olimpiadasından Orxan Bağırlı, Ümid Ağazadə, Qazaxıstanda keçirilmiş 51-ci Beynəlxalq Riyaziyyat Olimpiadasından Altun Şükürlü və Elşad Mustafayev, Cənubi Koreyada keçirilmiş XXI Beynəlxalq Biologiya Olimpiadasından Nihat Əliyev, Balkan Riyaziyyat Olimpiadasından Kənan Məlikov və Sübhan Rüstəmli kimi onlarla şagirdin adı fəxrlə çəkilərək, onların qələbələri və nailiyyətləri 2000 manatadək pul mükafatı və qiymətli hədiyyələrlə qiymətləndirildi. Eyni zamanda, 2010-cu ildə Azərbaycanda keçirilən 3 Beynəlxalq fənn olimpiadasında Azərbaycanın həm iştirakçı, həm də ev sahibi olması ölkə rəhbərliyinin apardığı məqsədyönlü daxili və xarici siyasətin, təhsilə verdiyi böyük əhəmiyyətin təzahürü kimi qeyd olundu. Vətənimizi, təhsilimizi xarici ölkələrdə ləyaqətlə təmsil etmiş şagirdlərin təqdimetmə mərasimindən sonra 2010-cu ildə ali məktəblərə qəbul imtahanlarından 600-700 bal toplayaraq valideyn və müəllimlərin etimadını ləyaqətlə doğrultmuş məzunlara mükafatlar təqdim olundu. Sonra bu şagirdlərin üzərində haqları, zəhmətləri olan “Araz” kurslarının fədakar, zəhmətsevər, şagirdlərinin müvəffəqiyyəti üçün hər cür çətinliyə sinə gərən pedaqoji kollektivi və oxuduqları məktəbin direktoru səhnəyə dəvət aldılar. Təqdimetmə mərasimindən sonra çıxış edən Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə müvəkkili Elmira Süleymanova, millət vəkilləri, rektorlar və başqa qonaqlar “Çağ” Öyrətim Şirkətinin ümummilli lider Heydər Əliyevin Azərbaycan xalqına əmanəti olduğunu, şirkətin elmi və pedaqoji kollektivinin isə Azərbaycanın parlaq gələcəyi naminə fədakarlıqla bu əmanətə sadiq qaldıqlarından, Azərbaycan-Türkiyə özəl liseylərində təlim və tərbiyənin dünya standartlarına və ümumbəşəri dəyərlərə uyğun şəkildə həyata keçirildiyindən danışdılar. Qeyd edildi ki, bunun ən böyük göstəricisi də bu liseylərin şagirdlərinin beynəlxalq olimpiadalarda və ali məktəblərə qəbul imtahanlarında qazandıqları uğurlardır. Tədbirdə eyni zamanda 2010-cu il qəbul imtahanlarından ən yüksək bal toplamış abituriyentlərin “Qafqaz” Universitetini seçməsi bu ali təhsil müəssisəsinin ictimaiyyətin və dövlətin etimadını qazanmasından, universitetin müasir tələblərə cavab verən ali təhsilli kadr hazırlığı və özəl universitetlər arasında liderlik mövqeyini qoruyub saxladığından danışıldı.
Sonda təhsil naziri Misir Mərdanov çıxış edərək 2010-cu dərs ilində dünya olimpiadalarında medal qazanmış şagirdləri və ali məktəblərə yüksək balla qəbul olunmuş tələbələri təbrik edərək dedi: “Bu şirkətin gördüyü işlər göz qabağındadır. Onlar təhsilimizin inkişaf siyasətinə beynəlxalq fənn olimpiadalarında və yarışlarda qazandıqları qızıl, gümüş və bürünc medallarla, yəni əməli işləri ilə cavab verirlər. Bundan əlavə, şirkətin lisey və gimnaziya məzunlarının ali məktəblərə qəbulda ən yüksək göstərici – 98 faiz müvəffəqiyyət əldə edərək, respublikanın və dünyanın ən məşhur universitetlərinə qəbul olmaları qəlbimizi fərəh hissi ilə doldurur. Mən yüksələn təhsilimizin bayraqdarı olan hər bir Azərbaycan məktəblisini bu cür görmək istəyirəm”.
Biz də bu arzuya qoşuluruq. Qoy Azərbaycan məktəblisinin sorağı dünyanın hər yerindən gəlsin.

Mehparə ƏLİYEVA,
“Respublika” qəzeti
19.10.2010

http://www.cag.edu.az/basind.php?id=36 

22 Kasım 2010 Pazartesi

ARDNŞ və Qafqaz Universiteti birgə seminar keçirmişlər


Bu günlərdə ARDNŞ-nin Kadrların hazırlanması şöbəsi ilə Qafqaz Universitetinin Karyera Planlama Mərkəzi “Karyera günləri“ seminar-proqramı təşkil etmişlər. Seminarda Şirkətlə Universitet arasında əməkdaşlıq imkanları haqda danışılmış, vurğulanmışdır ki, Universitetin “Kompüter mühəndisliyi” fakültəsinin tələbələri ARDNŞ-nin təqaüd proqramlarında ixtisas hazırlıqlarına görə xüsusilə fərqlənirlər. Həmçinin qeyd olunmuşdur ki, Qafqaz Universitetində bu ildən “Kimya mühəndisliyi” fakültəsi fəaliyyətə başlamış, yeni tədris ilində isə “Neft-qaz mühəndisliyi” fakültəsinin açılması nəzərdə tutulmuşdur. Qafqaz Universitetinin rektoru prof. dr. Ahmet Saniç ARDNŞ ilə mövcud əməkdaşlıqdan məmnunluğunu bildirmiş və gələcəkdə daha genişmiqyaslı layihələr həyata keçirməyin faydalı olacağını vurğulamışdır.
 Proqram çərçivəsində Universitetin müəllim və tələbə kollektivi üçün ARDNŞ-nin təqdimatı keçirilmişdir. Kadrların hazırlanması şöbəsinin rəisi Asif Şəfəqətov şirkətin tarixi, onun fəaliyyət istiqamətləri, hazırda həyata keçirilən respublika və regional əhəmiyyətli layihələr və gələcək planlar barədə ətraflı məlumat vermişdir. Şöbənin əməkdaşı Teymur Mahmudov ARDNŞ-də kadr siyasəti, işə qəbul prinsipləri, gənc kadrlara olan tələbat, onların seçilməsi prinsipləri, Şirkətin xarici və ölkədaxili təqaüd proqramları, istedadlı kadrlarla işin təşkili və s. məsələlər haqqında sualları cavablandırmışdır. Müzakirələrdə ARDNŞ-nin Baş ofisinin, Marketinq və İqtisadi Əməliyyatlar İdarəsinin və Ekologiya Idarəsinin nümayəndələri, həmçinin “SOCAR Yay Məktəbi”nin məzunları da iştirak etmişlər. ARDNŞ-nin sifarişi ilə nəfis şəkildə nəşr edilmiş “Azərbaycan nefti” kitabı şirkət əməkdaşları tərəfindən Qafqaz Universitetinin kitabxanasına bağışlanmışdır.

15 Kasım 2010 Pazartesi

qafqaz.edu.az yeni yerine taşınıyor

www.qafqaz.edu.az 
yeni adrese taşınıyor
www.qu.edu.az

3 Kasım 2010 Çarşamba

“Universitet Tələbələrinin 35-ci ACM Proqramlaşdırma” Beynəlxalq müsabiqəsinde I YER Qafqaz Universitetinin


“Universitet Tələbələrinin 35-ci ACM Proqramlaşdırma” Beynəlxalq müsabiqəsinin növbəti 1/4 final mərhələsi (Azərbaycan Çempionluğu) 30.10.2010-cu il tarixində Qafqaz Universitetində keçirilmişdir. Müsabiqədə 35 komanda iştırak etmişdir.

Qafqaz Universiteti – 10
Bakı Dövlət Universiteti – 6
Moskva Dövlət Universitetinin Bakı flialı – 7
Azərbaycan Texniki Universiteti – 10
Liseylər – 2 (müsabiqədən kənar)

komanda ilə (hər komandada 3 nəfər) təmsil olunmuşlar.

Qeyd: Daha 10 universitetə dəvət göndərilmiş, lakin iştirak etməmişlər.

Müsabiqənin nəticələrinə görə 9 komanda:

Qafqaz Universiteti – 4 komanda (Baku Qafqaz U2, Baku Qafqaz U1, Baku Qafqaz U3, Baku Qafqaz U4)
Bakı Dövlət Universiteti – 2 komanda (BSU1, BSU4)
Moskva Dövlət Universitetinin Bakı filialı – 2 komanda (MSUB1, MSUB4)
Azərbaycan Texniki Universiteti – 1 komanda (ATU2)

24 Noyabr 2010 tarixində Gürcüstan Respublikasının Tbilisi şəhərində keçiriləcək “Universitet Tələbələrinin 35-ci ACM Proqramlaşdırma” beynəlxalq müsabiqəsinin yarımfinal mərhələsində və Cənubi Qafqaz açıq çempionatında iştirak etmək üçün vəsiqə qazanmışlar.


I YER
2010 - Azərbaycan Çempionu
Baku Qafqaz U2 komandası
Kamran Məhərov (Kompüter Mühəndisliyi 4)
Rauf Ağayev (Kompüter Mühəndisliyi 5)
Vüqar Ağayev (Kompüter Mühəndisliyi 4)

II YER
Baku Qafqaz U1 komandası
Faiq Babayev (Computer Science M2)
Şəhriyar Novruzov (Kompüter Mühəndisliyi 4)
Əsgər Cavadov (Sənaye Mühəndisliyi 5)
    
III yer  
BSU 1 (Bakı Dövlət Universiteti)
IV yer 
MSUB1 (Moskva Dövlət Universitetinin Bakı filialı)
V yer 
Baku Qafqaz U3 (Qafqaz Universiteti)
VI yer 
Baku Qafqaz U4 (Qafqaz Universiteti)

2 Kasım 2010 Salı

Kafkas Üniversitesi'nden Selçuk'a Ziyaret

Azerbaycan'da Bulunan Özel Kafkas Üniversitesi'nde Görevli 4 İdari Personel, Selçuk Üniversitesi'nin İşleyişi Hakkında Bilgi Almak İçin Konya'ya Geldi
Özel Kafkas Üniversitesi Personel İşleri Müdürü Adalet Mikayılov, Bilgi İşlem Müdürlüğü'nde görevli Ruslan Memmedov ve Amil Babayev, Kültür Şube Müdürlüğü'nden Sabit İsayev ve Yazı İşleri Müdürlüğü'nden Serkan Latifov, Selçuk Üniversitesi'nin genel yapısı ve kurumsal işleyişe hakkında Selçuk Üniversitesi Genel Sekreteri Fazilet Uyar'dan bilgi aldı.
Ziyaretten duyduğu memnuniyeti dile geriten Uyar, Kafkas Üniversitesi'nin kardeş üniversite olduğunu, Selçuk Üniversitesi kurumsal yapısı ve işleyişine hakkında bilgi alarak, kendi üniversitelerinde uygulamak istediklerini söyledi.
Özel Kafkas Üniversitesi Bilgi-İşlem Müdürlüğü'nde görevli Amil Babayev ise, üniversitelerinin kurulalı 17 yıl olduğunu, kurumsallaşmak için her şeyin en iyisini yapmaya çalıştıklarını belirtti.
Selçuk Üniversitesi'nden mezun olan çok sayıda akademisyenin Kafkas Üniversitesi'nde görev yaptığını dile getiren Babayev, 'Köklü bir üniversite olan Selçuk Üniversitesinin daire başkanlıklarını ziyaret ederek, üniversitenin işleyişi ile ilgili bilgi alacağız. Alaaddin Keykubat ve Ahmet Keleşoğlu Eğitim Fakültesi Kampüslerini gezip, Rektörlük idari bilimlerinin işleyişine ilişkin rapor hazırlamak üzere Konya'ya geldik. Kurumsal yapı ve öğrenci dinamizmi açısından Selçuk Üniversitesi'ni örnek alıyoruz. Bu bilgileri kendi üniversitemizde uygulamayı planlıyoruz' dedi. 
(GNG-MRS-NÖZ) - KONYA (Anadolu Ajansı) 

Qafqaz Universitetinde yeni buffet istifadəyə verildi


Bu gün saat 11-00 da  Qafqaz  Universitetinin əsas  tədris binasında Elif restoranının təşkilatçılığı ilə  yeni buffetin  açılışı oldu. Rektor Ahmet Saniç mərasimə toplaşan tələbələrlə tək- tək  görüşdü, görüşdən sonra buffetdə dünya standartları səviyyəsində yerləşdirilən mətbəxt avadanlıqları ilə tanış oldu. Bufetdə zərif zövqlə hazırlanmış tərtibat dekorasiya işlərinə yerləştirilmiş soyutma – isitmə sistemlərinə və mebellərə baxış keçirtdi. Sonra rektor açılışda iştirak edən tələbə müəllim heyyətinə öz təşəkkürünü  bildirdi.