Milli Məclisinin üzvü Quba Özəl Türk Liseyində

Dekabrın 18-də Azərbaycan  Respublikası Milli Məclisinin üzvü Azər Badamov Quba Özəl Türk Liseyində olub. Qonağı Quba Özəl Türk Liseyinin müdiri Musatafa Alagözoğlu səmiyyətlə qarşılayıb. A. Badamov əvvəlcə burada şagirdlər üçün hazırlanmış şəraitlə, liseyin sinif otaqları və laboratoriyaları ilə yaxından tanış olub. Sonra M. Alagözoğlu millət vəkilinə liseyin fəaliyyətə başladığı vaxtdan əldə etdiyi nailiyyətlərdən, o cümlədən 2010-cu ildə Beynəlxalq Fənn olimpiadalarında Azərbaycan bayrağını ucaltmaqlarından, Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının ali məktəblərə qəbulla bağlı keçirdiyi imtahanlarda məzunlarının ən yüksək bal toplamalarından danışaraq ətraflı məlumat verib. Millət vəkili Azər Badamov liseydə məktəblilər üçün hazırlanmış şəraitdən, təlim-tərbiyə işində əldə edilən nailiyyətlərdən və şagirdlərin nizam-intizamından razılığını bildirib. Azərbaycan-Türkiyə Özəl Liseylərinin təhsilimizin inkişafında xüsusi rolu və yeri olduğunu qeyd edib. Liseyin müəllim və şagird kollektivinə tədris ilində uğurlar arzulayıb. Görüşün sonunda Quba Özəl Türk Liseyinin müdiri Musatafa Alagözoğlu Azərbaycan  Milli Məclisinin üzvü Azər Badamova liseyin xatirə hədiyyəsini təqdim edib. 

Bu blogdaki popüler yayınlar

Azerbaijan - GOV - Azerbaijan to Host an International ICT Conference

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

Ən yüksək keçid balı Qafqaz Universitetinin birinci qrupuna daxil olan kompüter mühəndisliyi ixtisasındadır