20 yanvar faciəsi “Çağ” Öyrətim İşlətmələrinin bütün müəssisələrində qeyd olundu

20 yanvar faciəsinin 20-ci ildönümü Azərbaycanda, eləcə də dünyanın bir çox ölkələrində qeyd olunduğu kimi “Çağ” Öyrətim İşlətmələrinin bütün müəssisələrində də anılıb. Bununla əlaqədar olaraq Azərbaycan Türkiyə Özəl Liseyləri Baş İdarəsinin rəisi Arif Gömleksiz, “Araz “ Kursları Baş İdarəsinin rəisi İrfan Uzundemir, Bakıdakı liseylərimizin, kurslarımızın müdirləri və şagird kollektivi qəhrəman oğul və qızlarımızın xatirəsini yad etmək üçün Şəhidlər Xiyabanını ziyarət  ediblər. Onlar Vətən uğrunda canlarından keçmiş qəhrəmanlarımızın məzarları üstünə təzə-tər qərənfillər düzüblər. Bununla əlaqədar olaraq bölgələrdəki digər tədris müəssisələrində də tədbirlər, konfranslar və ziyarərlər keçirilib. Belə ki, 20 Yanvar faciəsinin 20-ci ildönümü münasibəti ilə Quba Özəl Türk Liseyində xatirə günü kecirildi.Tədbirdə iştirak edən müəllim və şagirdlər, eləcə də valideynlər əvvəlcə şəhidlərimizin xatirəsini bir dəqiqəlik sükutla yad etdilər.Sonra tədbirdə çıxış edən Quba Özəl Türk Liseyinin müdiri Mustafa Alagözoğlu keçən əsrin sonlarında baş vermiş bu faciənin kökləri və səbəbləri barəsində ətraflı məlumat verərək bildirdilər ki, bu tarix xalqımız üçün faciə olmaqdan daha çox milli fəxarət günüdür. İgid oğul və qızlarımız respublikamızın azadlığı naminə ən müasir silahlarla silahlanmış qırmızı ordunun qarşısına əliyalın çıxaraq, heç kim, heç nə onları bu yoldan döndərə bilməyəcəyini sübut ediblər. Biz bu qəhrəmanları və bu qəhrəmanlığı heç vaxt unutmayacağıq.

 

Yanvarın 19-da 20 yanvar faciəsinin il dönümü ilə əlaqədar olaraq “Qafqaz” Azərbaycan-Türkiyə Özəl Gimnaziyasında Şəhidlərin xatirəsinə həsr olunmuş tədbir keçirilib. Tədbirdə “Çağ”Öyrətim İşlətmələri İdarə Heyətinin sədri Dr.Enver Özeren, Azərbaycan Könüllü Hərbi Vətənpərvərlik Texniki İdman Cəmiyyəti Respublika Şurasının (AKHVTİC) sədri, Müstəqil Dövlətlər Birliyi İttifaqının Orduya Aviasiyaya Donanmaya Könüllü Yardım Cəmiyyətləri Mərkəzi Şurası sədrinin müavini general-mayor Novruzəli Orucov iştirak ediblər. Şəhidlərin anım mərasimində çıxış edən Dr. Enver Özeren və general-mayor Novruzəli Orucov bu faciənin baş vermə səbəbləri, Azərbaycan tarixində xalqımızın azadlıq, suverenlik arzularının ən dəhşətli insanlığa sığmayan qaydada qarşısının alınması məqsədi ilə Sovet imperiyası tərəfindən törədilməsi barədə ətraflı məlumat veriblər. 20 yanvar faciəsi Azərbaycan üçün həm də milli qürur günü olduğunu da xüsusi olaraq qeyd etdilər. 

Sonda “Çağ” Öyrətim İşlətmələri İdarə Heyətinin sədri Dr.Enver Özeren, AKHVTİC sədri general-mayor N. Orucova  xatirə hədiyyəsi təqdim edib.


 

 

 

 

 20 Yanvar faciəsinin anım günü respublikamızın hər yerində, hər təhsil ocağında olduğu kimi Şəki Azərbaycan-Türkiyə Özəl  Liseyində də qeyd olundu. Bu münasibətlə ŞATÖL-də konfrans kecirilib. 20 il bundan öncə baş verənlər bir daha şagirdlərin diqqətinə çatdırıldı, xəyalən tariximizin o qanlı səhifələri vərəqləndi, vətənimizin qəhrəman övladları barədə, onlara qarşı törədilən vəhşiliklər barədə şagirdlərə ətraflı məlumat verildi.

  Şəki Azərbaycan-Türkiyə Özəl Liseyinin bir qrup müəllim və şagirdlər Şəkidə yerləşən Şəhidlər Xiyabanını ziyarət ediblər. 20 Yanvar şəhidlərinin xatirəsinə ucaldılmış abidə önünə əklil və təzə-tər qərənfillər düzblər, onlara Allahdan rəhmət diləyiblər. Tədbirdə Şəki Şəhər İcra Hakimiyyəti başçısının içtimai təşkilatlar və siyasi partiyalarla iş şöbəsinin müdiri Rəfail Manafov iştirak edib.

 

 

Qanlı Yanvar faciəsinin 20-ci ıldönümü günündə Şirvan Özəl Türk Liseyində hüzn tədbiri keçirilib. Tədbirdə  20 Yanvar hadisələri haqqında liseyin şagirdlərinə ətraflı məlumat verilib. Çıxış edənlər bildiriblər ki, o dəhşətli günü faciə kimi qiymətləndirilsə də, xalqımız onu qəhrəmanlıq və zəfər günü kimi qeyd etməlidir. Həmin gün minlərlə həmvətənimiz qırmızı sovet imperiyası ilə üz-üzə qalaraq, azadlıq arzularını ortaya qoyublar. Biz bu azadlığı göz bəbəyi kimi qorumalı,vətənimizin qüdrətinin getdikcə daha da inkişaf etməsində var gücümüzlə çalışmalıyıq.

  Tədbirin sonunda şagirdlərin ifasında ədəbi-bədii kompozisiya göstərilib. Vətənpərvərlik ruhunda şeirlər səsləndirilib. Şagirdlər Vətəni onlar kimi sevəcəklərinə, Vətən uğrunda onlar kimi şəhid olacaqlarına and içiblər.

 

 

Azərbaycan xalqının tarixinə qara hərflərlə yazılmış 20 Yanvar hadisələrindən 20 il keçməsinə baxmayaraq, xalqımızın öz şəhidlərinə olan ehtiram və  sevgiləri ildən-ilə keçdikcə daha da böyüyür. 20 Yanvar faciəsi ilə əlaqədar Sumqayıt Özəl Türk Liseyində şəhidlərimizin xatirəsinə həsr olunmuş xatirə günü keçirilib.Tədbirdə əvvəlcə şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra liseyin müəllimləri Qanlı Yanvar faciəsinin tarixçəsi haqqında şagirdlərə məlumat veriblər. Anım günündə  çıxış edənlər 1990-cı il yanvar ayının 19-dan 20-nə keçən gecə Azərbaycan xalqına qarşı bəşər tarixində ən ağır cinayətlərdən biri törədildiyini, günahsız ınsanlar onun təhlükəsizliyini qorumalı olan dövlət tərəfindən gülləboran edildiklərini bildiriblər. Bu, totalitar sovet rejiminin süqutu ərəfəsində onun mahiyyətini bir daha bütün dünyaya sübut etdiyini qeyd ediblər.

 

20 Yanvar faciəsinin il dönümü ilə əlaqədar olaraq Gəncə Azərbaycan-Türkiyə Özəl Liseyində tədbir keçirilib. Əvvəlcə tədbir iştirakçıları Şəhidlərin xatirəsini bir dəqiqəlik sükutla yad ediblər. Sonra GATÖL-nin müdiri Kenan Güzel  20 faciəsi haqda şagirdlərə məlumat verib. Vətənimizin azadlığı, müstəqilliyi uğrunda şəhid olanların xatirəsi heç vaxt unudulmayacağını bildirib. Daha sonra tədbirdə iştirak edən Gəncə şəhər Qarabağ Əlilləri və Veteranları Birliyinin sədri, Almaz Aşurov xalqımızın Qəhrəmanlıq Simvolu olan 20 Yanvar faciəsi haqqında tarixi faktlara əsaslanaraq geniş söhbət açıb və məktəblilərin suallarını cavablandirib. Sonda tədbir iştirakçıları Gəncə Şəhərində  20 Yanvar şəhidlərinin xatirəsinə ucladılmış abidəni ziyarət edərək, onun üzərinə tər qərənfillər qoyublar.  
  http://www.cag.edu.az/haber.php?id=159

Bu blogdaki popüler yayınlar

Azerbaijan - GOV - Azerbaijan to Host an International ICT Conference

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

Ən yüksək keçid balı Qafqaz Universitetinin birinci qrupuna daxil olan kompüter mühəndisliyi ixtisasındadır