Ağdaş ÖTL-nin müdirini Göyçay Rayon İHB-sı qəbul edib

Göyçay Rayon İcra Hakimiyyətinin Başçısı Mənsur Məmmədov  Ağdaş Özəl Türk Liseyinin müdiri Ramazan Tomayı qəbul edib. Qəbul zamanı Ağdaş ÖTL-nin müdiri R. Tomay Göyçay İHB-na rəhbərlik etdiyi tədris müəssisəsinin fəaliyyəti dövründə  əldə etdikləri nailiyyətləri, uğurları barədə ətraflı məlumat verib. Bu il Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının keçirdiyi ali məktəblərə qəbul imtahanları zamanı məzunlarının yüksək nəticələr göstərmələrindən, Respublikada və dünyanın bir çox ölkələrində keçirilən Beynəlxalq Elm Olimpiadalarında layiqli yerləri tutmalarından geniş söhbət açıb. Bu göstəricilərin daha da yüksəlməsi üçün lazımi şəraitin hazırlandığını və yeni tədris ilini də uğurla başa vuracaqlarını bildirib. Sonra İHB –sı M. Məmmədov Ağdaş Özəl Türk Liseyinin fəaliyyətindən razılığını bildirib və onlara yeni-yeni nailiyyətlər arzulayıb.

Bu blogdaki popüler yayınlar

Azerbaijan - GOV - Azerbaijan to Host an International ICT Conference

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

VİCDAN SUSTUĞUNDA : Download PDF