AYSMED Tibb Mərkəzinin baş həkimi Aydın Soltanlı Qafqaz Universitetini ziyarət etdi.

Yanvarın 6-da AYSMED tibb mərkəzinin baş həkimi Aydın Soltanlı və onun müavini Vüsal Rzayev Qafqaz Universitetini ziyarət etdi. Qonaqları əvvəlcə universitetin rektoru prof.dr. Ahmet Saniç qəbul etdi. Səmimi keçən görüşdə Aydın Soltanlı rəhbərlik etdiyi tibb mərkəzinin fəaliyyəti haqqında məlumat verdi. A. Soltanlı Qafqaz Universitetinin cəmiyyətdəki yeri və xidmətlərini yüksək qiymətləndirərək, iki müəssisə arasındakı əməkdaşlıqda maraqlı olduğunu bildirdi. Səmimi təklifə görə Qafqaz Universitetin rektoru prof.dr. Ahmet Saniç qonağa təşəkkür etdərək, iş dünyası ilə əməkdaşlığa həmişə əhəmiyyət verdiyini dilə gətirdi.
Görüşün sonunda əməkdaşlıq sahələrini müəyyənləşdirilməsi üçün müvafiq razılaşma əldə edildi.  AYSMED Tibb Mərkəzi androloq, artroloq, cərrah, dəri zöhrəvi, endokrinoloq, kardiloq, pediatr, oftalmoloq, revmatoloq, terapevt, uroloq, fizioterapiya, USM, EKG, ExoKQ, doppler müayinəsi və s. sahələr üzrə əhaliyə tibbi xidmət göstərir.
Dr. İsa Qasımov

Bu blogdaki popüler yayınlar

Azerbaijan - GOV - Azerbaijan to Host an International ICT Conference

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

Ən yüksək keçid balı Qafqaz Universitetinin birinci qrupuna daxil olan kompüter mühəndisliyi ixtisasındadır