Azərbaycanda ilk IEEE Seminarı

 
IEEE-yə Qoşulmaqla Fərqlənə Bilərsiniz
Azərbaycanda ilk IEEE Seminarı

(IEEE – Institute of Electrical and Electronics Engineers www.ieee.org)
 
Sürətli dəyişikliklərin olduğu dövrümüzdə ən doğru sərmayə özümüzə qoyulan sərmayədir – elə buna görə də IEEE-yə üzv olmaq çox əhəmiyyətlidir.
Yəqin ki, bu ifadəni eşitmişsiniz: “Ehtiyac kəşfin anasıdır”. Mükəmməlliyə, məhsuldarlığa, daha ucuz texnologiyaya və kəşfə əvvəlkindən daha çox tələb olduğunu hamımız görürük.
IEEE sizi mühəndislik və texnologiya dünyasındakı mükəmməllik və məhsuldarlıq ilə birgə olmanızı təmin edəcəkdir.
 
  • Texnologiyanın ən yüksək nöqtəsində olmanızı təmin edəcəkdir
  • Texnologiya və standartlar yaradanlar arasında olmanızı təmin edəcəkdir
  • Sizinlə eyni sahədə çalışan yerli və beynəlxalq mütəxəssislərlə birləşdirəcəkdir
  • Gələcək əsrin mühəndislərini və texnologiyalarının hazırlanmasında dəstəkləyəcəkdir
 Mütəxəssis dərəcəniz nə olursa olsun, IEEE bu dərəcəni artıracaq imkanlara sahibdir. IEEE üzvü olmaq IEEE-nin missiyasını təşkil edən texnoloji innovasiya və mükəmməlliyin vasitəsilə insanlığa xidmət etməyi dəstəkləməkdədir.
 
 2011-ci ildə edəcəyimiz ən doğru sərmayə özümüzə qoyduğumuz sərmayə olacaqdır və bunu IEEE üzvü olmaqla reallaşdırın. Bugün IEEE üzvü olun və 2011-ci ilin sonuna qədər IEEE imkanlarından istifadə edin.
 
 IEEE təşkilatı və IEEE üzvü olanın üstünlükləri haqqında informasiya vermə məqsədilə sizi 26 yanvar 2011 tarixində Qafqaz Universitetində təşkil olunacaq “IEEE üzvü olmağın Fayda və İmkanları” mövzusunda ilk IEEE seminarına dəvət edirik. Seminarda həm də IEEE ilə bağlı müxtəlif broşür və materiallar paylanacaq. Seminar haqqında daha ətraflı məlumat almaq və qeydiyyatdan keçmək üçün http://ieee.qu.edu.az saytını ziyarət edin.
 
IEEE sizə 65% endirimlə tam üzv olmanızı təmin edəcək elektron üzvlük  imkanını verməkdədir (eMembership). Siz bu təklifi qəbul edərək IEEE-nin  bütün imkanlarını daha aşağı qiymətlə əldə edə biləcəksiniz. Tələbələr üçün IEEE xüsusi üzvlük  imkanları mövcuddur.
 
Bir başqa fürsət – Azərbaycanın IEEE üzvləri  AICT2011 Beynəlxalq Konfransı 

çərçivəsində keçiriləcək bütün imkanlara (IEEE Xplore-da məqalələrin  nəşr edilməsinə, açılış proqramı, sessiyalar, seminarlar, banket,… ) ödənişsiz iştirak edə biləcəklər. Üzv olun sızdə bu imkanlardan bəhrənəlin.
 
 Hörmətlə,

Dr. Abzetdin Adamov
Kompyuter Mühəndisliyi Bölmə Müdiri
Qafqaz Universiteti
Mob: +99450 6870571
Tel: +99412 4472768
Azerbaijan, Baku
 

Bu blogdaki popüler yayınlar

Azerbaijan - GOV - Azerbaijan to Host an International ICT Conference

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

VİCDAN SUSTUĞUNDA : Download PDF