“Azərikimya” İstehsalat Birliyində Qafqaz Universitetinin rəhbərliyi ilə görüş keçirilmişdir

Bu günlərdə ARDNŞ-nin “Azərikimya” İstehsalat Birliyində Qafqaz Univer­sitetinin rəhbərliyi ilə görüş keçirilmişdir. Qonaqları səmimi salamlayan Birlik rəhbərliyi qurumun fəaliyyəti, müəssisələrdə aparılan əsaslı təmir və yenidənqurma işləri, həyata keçirilən irimiqyaslı layihə­lər haqqında ətraflı məlumat vermişdır. Qeyd edilmişdir ki, bu gün ARDNŞ-nin bütün strukturlarında olduğu kimi, “Azərikimya” İB-nin müəssisələrində də savadlı, yüksək intellektə malik gənc mütə­xəs­sislərə üstünlük verilir. Bu baxımdan Qafqaz Universiteti ilə əməkdaşlığın xüsusi əhəmiyyət kəsb etdiyi vurğulanmışdır. Qafqaz Universitetinin rektoru prof. Dr. Ahmet Sanıç səmimi qəbula görə “Azəri­kimya” İB rəhbərliyinə dərin minnətdarlıq ifadə etmiş, Universitet haqqında geniş məlumat vermişdir. O, Qafqaz Universitetinin 7 tələbəsinin ARDNŞ-nın təqaüdünə layiq görülməsini qürur hissi ilə xüsusi qeyd etmişdir. Vurğulanmışdır ki, Universitet 2010-2011-ci tədris ilindən kimya mühəndisliyi ixtisası üzrə kadr hazırlığına başlamış, bu ildən mexanika, gələn ildən isə neft mühəndisliyi ixtisası üzrə tələbə qəbulunu da həyata keçirəcək. Bununla yanaşı tələbələrin gələcəkdə “Azərikimya” İB-nin müəssisələrində təcrübə keçmələri də planlaşdırılır. Görüşdə perspektiv layihələr müzakirə edilmiş, qarşılıqlı faydalı əməkdaşlığın gələcəkdə də inkişaf etdirilməsi üçün razılıq əldə olunmuşdur.

Bu blogdaki popüler yayınlar

Azerbaijan - GOV - Azerbaijan to Host an International ICT Conference

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

VİCDAN SUSTUĞUNDA : Download PDF