BASF Kaspian YKS MMC şirkətinin Baş Direktoru Ümit Nejdet Başdaş Qafqaz Universitetini ziyarət etdi.

Yanvarın 6-da BASF Kaspian YKS MMC şirkətinin Baş Direktoru Ümit Nejdet Başdaş Qafqaz Universitetini ziyarət etdi. Qonağı əvvəlcə universitetin rektoru prof.dr. Ahmet Saniç qəbul etdi. Səmimi keçən görüşdə həm Qafqaz Universitetinin, həm də BASF Kaspian YKS MMC şirkətinin fəaliyyəti və uğurları haqqında geniş bəhs edildi. Hər iki tərəf görüşdən məmnun qaldıqlarını ifadə etdilər. Qarşılıqlı əməkdaşlığın başlanması üçün yaxın zamanda növbəti görüşün təşkil olunması planlaşdırıldı.
Görüşdən sonra BASF Kaspian YKS MMC şirkətinin Baş Direktoru Ümit Nejdet Başdaş Qafqaz Universitetinin elmi potensilaı və texniki imkanları ilə yaxından tanış oldu. BASF Kaspian YKS MMC nəhəng BASF kimya şirkətlər qrupuna aiddir. BASF Kaspin şirkəti 2006-cı ildən etibarən Azərbaycanda fəaliyyət göstərir. Şirkət inşaat sahələrini yüksək keyfiyyətli alman patentli inşaat kimyəvi məhsulları ilə təmin edir.
Dr.İsa Qasımov

Bu blogdaki popüler yayınlar

Azerbaijan - GOV - Azerbaijan to Host an International ICT Conference

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

Ən yüksək keçid balı Qafqaz Universitetinin birinci qrupuna daxil olan kompüter mühəndisliyi ixtisasındadır