Dünya şöhrətli idmançılar şagirdlərlə görüşdü


Yanvarın 24-də Azərbaycan Güləş Federasiyası Hakimlər Kollegiyasının Sədri Əjdər Cəfərov, Azərbaycan Güləş Federasiyasının Baş katibi Ramin Qasımov, 2002 –ci ildə keçirilmiş Dünya çempionatında gümüş ,2004 –2007-2009 -cu illərdə keçirilmiş Olimpiadalarda qızıl medallar qazanmış Fərid Mansurov, 2008-ci ildə keçirilmiş Olimpiada oyunlarında gümüş , 2009-cu ildə keçirilmiş Dünya çempionatında bürünc, Avropa çempionatından 2 qızıl medallar əldə etmiş, 2008-ci ildə Beynəlxalq Güləş Federasiyası tərəfindən ilin ən güclü Yunan Roma güləşçisi seçilmiş Rövşən Bayramov, 2008-ci il Olimpiada oyunlarında gümüş, 2009-2010-cu illərdə Dünya çempionatından bürünc medallarla vətənə qayitmış Vitali Rəhimov, Dünya çempionatı 2- cisi Həsən Əliyev, Bakı Özəl Türk Liseyində olublar. Qonaqları Azərbaycan Türkiyə Özəl Liseyləri Baş İdarəsinin rəisi Arif Gömleksiz, Bakı Özəl Türk Liseyinin müdiri Hayrettin Ünver qarşılayıblar. Qonaqlar əvvəlcə liseyin sinif otaqları, laboratoriyaları, kitabxanası, şagirdlərin məişət şəraiti və tədris prosesi ilə yaxından tanış olublar. Azərbaycan Türkiyə Özəl Liseyləri Baş İdarəsinin rəisi Arif Gömleksiz, Bakı Özəl Türk Liseyinin müdiri Hayrettin Ünver şagirdlərin Respublika və Beynəlxalq Elm Olimpiadalarında fəal iştirakı Azərbaycan bayrağını ən yüksəklərə ucaltdıqları barədə ətraflı məlumat verib. BÖTL-nin məzunlarının ali məktəblərə qəbulla bağlı Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının keçirdiyi imtahanlarda yüksək bal toplayaraq Prezident təqaüdünə layiq görüldüklərini və dünyanın ən məşhur universitetlərində təhsillərini davam etdirdiklərini bildiriblər. Dünya şöhrətli idmançılar şagirdlərin əldə etdiyi nailiyyətlərdən və burada onlar üçün hazirlanmış şəraitdən məktəblilərin nizam- intizamından məmnun olduqlarını söyləyiblər. Sonra qonaqlar liseydə şagirdlərlə görüşüblər. Əvvəlcə görüşdə iştirak edən idmançıların ən mötəbər yarışlarda Azərbaycanı ləyaqətlə təmsil edərək keçirdikləri görüşlərindən bəhs edən qısa metirajlı film nümayiş olunub. Görüş zamanı çıxış edən idmançılardan Ramin Qasımov, Fərid Mansurov, Vitali Rəhimov və digərləri Azərbaycan Prezidenti İlham Əliyevin xüsusi diqqəti və qayğısı sayəsində Respublikada idmanın davamlı inkişafından ən yüksək nəticələrin əldə olunmasından söhbət açıblar. BÖTL-də də şagirdlərin idmanla məşğul olmaları üçün hazırlanmış şəraitdən məmnun olduqlarını qeyd ediblər. Daha sonra liseyin şagirdlərinin suallarını cavablandırıblar. Görüşün sonunda Azərbaycan Türkiyə Özəl Liseyləri Baş İdarəsinin rəisi Arif Gömleksiz qonaqlara xatirə hədiyyəsi təqdim edib.  

  http://www.cag.edu.az/haber.php?id=164

Bu blogdaki popüler yayınlar

Azerbaijan - GOV - Azerbaijan to Host an International ICT Conference

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

Ən yüksək keçid balı Qafqaz Universitetinin birinci qrupuna daxil olan kompüter mühəndisliyi ixtisasındadır