Gəncə Şəhər Prokurorluğunda görüş

Yanvarın 11-də Gəncə Azərbaycan-Türkiyə Özəl Liseyinin müdiri Kenan Güzel Gəncə Şəhər Prokuroru Adil Vəliyevlə görüşü olub. Səmimi keçən görüş zamanı K. Güzel Prokurora  rəhbərlik etdiyi tədris müəssisələrinin fəaliyyəti və əldə etdikləri nailiyyətləri barədə ətraflı məlumat verib. Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının keçirdiyi ali məktəblərə qəbul imtahanları zamanı məzunlarının yüksək nəticələr göstərmələrindən, Beynəlxalq Fənn Olimpiadalarında layiqli yerləri tutmalarından danışıb. Bu göstəricilərin daha da yüksəlməsini qarşılarına  məqsəd qoyduqlarını bildirib.

Sonra Gəncə Şəhər Prokuroru A. Vəliyev Gəncə Azərbaycan-Türkiyə Özəl Liseyinin fəaliyyətindən razı olduğunu deyən A. Vəliyev liseyin məzunlarının uğurları təkcə ali məktəblərə qəbul imtahanlarında deyil, həmdə işlədikləri kollektivlərdə də digərlərinə nümunə olduqlarını dilə gətirib. Azərbaycan-Türkiyə dostluğu, qardaşlığının bariz nümunəsi olduğunu deyib. Gəncə Azərbaycan-Türkiyə Özəl Liseyinin kollektivinə uğurlar diləyib.

 

Bu blogdaki popüler yayınlar

Azerbaijan - GOV - Azerbaijan to Host an International ICT Conference

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

Ən yüksək keçid balı Qafqaz Universitetinin birinci qrupuna daxil olan kompüter mühəndisliyi ixtisasındadır