"Əminəm ki, lisey öz uğurlarını qoruyub saxlayacaqdır"

Ağdaş Özəl Türk Liseyinin müdiri Ramazan Tomay Ağdaş Rayon İcra Hakimiyyətinin Başçısı Rafiq Niftəliyevlə görüşüb. Səmimi şəraitdə keçən görüdə AÖTL-nin müdiri R. Tomay rəhbərlik etdiyi təhsil ocağının fəaliyyətə başladığı dövrdə əldə etdiyi nailiyyətlərdən, şagirdlərinin Respublika və Beynəlxalq Fənn Olimpiadalarında qazandıqları uğurlardan, ali məktəblərə qəbulla bağlı Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının  keçirdiyi imtahanlarda yüksək nəticələr göstərmələrindən, eləcədə dünyanın bir çox tanınmış universitetlərində təhsillərini uğurla davam etmələrindən danışıb. Ağdaş İHB-sı Rafiq Niftəliyev liseyin əldə etdiyi uğurlardan məmnun olduğunu bildirərək deyib,  “Mən inanıram ki, bu liseyin uğurları sizin rəhbərlik etdiyiniz dövrdə də əvvəlki ənənələrini qoruyub saxlayaraq daha yüksək nailiyyətlər  əldə edəcək”. 

  http://www.cag.edu.az/haber.php?id=160

Bu blogdaki popüler yayınlar

Azerbaijan - GOV - Azerbaijan to Host an International ICT Conference

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

Ən yüksək keçid balı Qafqaz Universitetinin birinci qrupuna daxil olan kompüter mühəndisliyi ixtisasındadır