“Qafqaz” Azərbaycan-Türkiyə Özəl Gimnaziyasında görüş

 “Qafqaz” Azərbaycan-Türkiyə Özəl Gimnaziyasında pedaqoji elmlər doktoru professor, Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin  üzvü Əjdər Ağayevin müəllimlərlə görüşü olub. Qonağı “Qafqaz” Azərbaycan-Türkiyə Özəl Gimnaziyasının müdiri Serhat Aktaş səmimiyyətlə qarşılayıb. Qonağa rəhbərlik etdiyi təhsil ocağının fəaliyyəti və əldə etdikləri uğurlar barədə ətraflı məlumat verib. Sonra prof. Ə. Ağayev gimnaziyanın sinif otaqları, laboratoriyaları və kitabxanası ilə yaxindan tanış olub. Buradakı tədris prosesindən və şagirdlərin nizam-intizamından razılığını bildirib. Daha sonra gimnaziyanın bir qrup müəllim heyəti ilə görüş keçirib. Görüşdə prof. Əjdər Ağayev müəllifi olduğu “Təməldən əmələ” kitabi haqqında və ailədə valideyn uşaq münasibətləri, bu münasibətlərdə qarşıya çıxan problemlər, onların həlli yolları, ailədə təlim- tərbiyənin düzgün qurulması barədə ətraflı söhbət açıb. Müəllifi olduğu “Təməldən əmələ” kitabından  Gimnaziyaya hədiyyə edib. Görüşün sonunda “Qafqaz” Azərbaycan-Türkiyə Özəl Gimnaziyasının müdiri S. Aktaş prof. Ə. Ağayevə xatirə hədiyyəsi təqdim edib.

Bu blogdaki popüler yayınlar

Azerbaijan - GOV - Azerbaijan to Host an International ICT Conference

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

VİCDAN SUSTUĞUNDA : Download PDF