“Qafqaz” Azərbaycan-Türkiyə Özəl Gimnaziyasında müəllim valideynləri ilə görüş keçirilib

Yanvarın 9-da “Qafqaz” Azərbaycan-Türkiyə Özəl Gimnaziyasında çalışan müəllimlərin valideyinləri ilə görüş keçirilib. Görüşdə Azərbaycan Türkiyə Özəl Liseyləri Baş İdarəsinin rəisi Arif Gömleksiz, Azərbaycan Respublikası Ailə Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini, məşhur şahmatçı Aynur xanım Soviyeva iştirak edib. Tədbirdə A. Gömleksiz və “Qafqaz” Azərbaycan-Türkiyə Özəl Gimnaziyasın müdiri Serhat Aktaş çıxış edərək müəllim valideynlərini məhs müəllim övlad böyütdüklərinə görə onların simasında bütün müəllim valideynlərinə minnətdarlıqlarını bildiriblər. Müəllim əməyinin əhəmiyyətindən, olduqca məsuliyyətli, şərəfli peşə olmasından danışıblar. Sonra Aynur xanım Sofiyeva və valideynlərdən Elman Məlikov çıxış edərək belə bir görüşü təşkil etdiklərinə və müəllim valideynlərinin əməyini yüksək qiymətləndirdiklərinə görə “Çağ” Öyrətim İşlətmələrinin tədris müəssisələrinə eləcədə “Qafqaz” Azərbaycan-Türkiyə Özəl Gimnaziyasının müəllim kollektivinə minnətdarlıqlarını bildiriblər. Daha sonra  A. Gömleksiz qonaqlara üzərində Azərbaycan-Türkiyə dostluğu və qardaşlığını əks etdirən xatirə hədiyyəsini təqdim edib. Görüşün sonunda müəllim valideynlərinə və qonaqlara ziyafət verilib.

Bu blogdaki popüler yayınlar

Azerbaijan - GOV - Azerbaijan to Host an International ICT Conference

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

VİCDAN SUSTUĞUNDA : Download PDF