Qafqaz Universitetində Sumqayıt məktəbliləri arasında keçirilmiş fənn olimpiadasınin şəhər turunun qalibləri ilə görüş olmuşdur

Bakı, 26 yanvar (AzərTAc). Qafqaz Universitetində Sumqayıt məktəbliləri arasında keçirilmiş fənn olimpiadası şəhər turunun qalibləri ilə görüş olmuşdur.
Görüşdə çıxış edən Qafqaz Universitetinin rektoru, professor Əhməd Saniç rəhbərlik etdiyi ali məktəb barədə məlumat vermiş, universitetdə təhsilin inkişafı üçün həyata keçirilən tədbirlərə toxunmuş, fənn olimpiadasının şəhər turunun qaliblərinə yeni uğurlar arzulamışdır.
IX– XI sinif şagirdləri 7 fənn- Azərbaycan dili və ədəbiyyat, Azərbaycan tarixi, riyaziyyat, fizika, kimya, biologiya, informatika fənləri üzrə yarışmışlar. Bu il yanvarın 11-də keçirilən bilik yarışının şəhər turunun sonuncu mərhələsində 33 şagird qalib adı qazanmışdır. Onlar martda keçirilməsi nəzərdə tutulan fənn olimpiadasının respublika turunda iştirak edəcəklər.
Görüşdə fənn olimpiadasının şəhər turunun qaliblərinə hədiyyələr təqdim olunmuşdur.
http://www.azertag.gov.az/index_az.jsp?id=2917&date=2011-01-26
www.qu.edu.az

Bu blogdaki popüler yayınlar

Azerbaijan - GOV - Azerbaijan to Host an International ICT Conference

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

Ən yüksək keçid balı Qafqaz Universitetinin birinci qrupuna daxil olan kompüter mühəndisliyi ixtisasındadır