Şagirdlər qocalar evinə və internat məktəblilərinə sovqat apardı

“Qafqaz” Azərbaycan-Türkiyə Özəl Gimnaziyasının 10-cu və 11-ci sinif şagirdləri Mərdəkan qəsəbəsində yerləşən 2 saylı internat məktəbinə eləcədə Bilgəh qəsəbəsindəki qocalar evinə sovqat aparıblar. Şagirdlər valideynlərinin iştirakı ilə topladıqları vəsaitlə aldıqları qida məhsullarını, geyim əşyalarını və digər hədiyyələri internat məktəblilərinə və qocalara təqdim ediblər. Övlad qayğısından uzaq düşmüş ahıllarla və ata-ana nəvazişindən məhrum olmuş uşaqlarla ünsiyyətdən olduqca məmnun olmuş şagirdlər onlarla ayrı-ayrılıqda görüşərək söhbət etmiş kimsəsizlərə maddi və mənəvi dayaq olmağa çalışmışlar. Şagirdlər belə görüşlərin tez-tez keçirilməsini arzulamışlar. Gimnaziyanın məktəbliləri yaxın zamanlarda bir daha görüşəcəklərini ahıllara və həmyaşıdlarına bildirmişlər. Sonda“Qafqaz” Azərbaycan-Türkiyə Özəl Gimnaziyasının şagirdləri  kimsəsizlərlə xatirə şəkili çəkdiriblər. 
http://www.cag.edu.az/haber.php?id=150

 

Bu blogdaki popüler yayınlar

Azerbaijan - GOV - Azerbaijan to Host an International ICT Conference

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

Ən yüksək keçid balı Qafqaz Universitetinin birinci qrupuna daxil olan kompüter mühəndisliyi ixtisasındadır