Azərbaycan-Türkiyə Özəl Liseyləri Baş İdarəsində görüş

Millət vəkilləri Azər Badamov və Tahir Süleymanov Azərbaycan-Türkiyə Özəl Liseyləri Baş İdarəsində, idarənin rəisi Arif Gömleksizlə görüşüblər. Səmimi şəraitdə keçən görüşdə A. Gömleksiz qonaqlara “Çağ” Öyrətim İşlətmələri Azərbaycan-Türkiyə Özəl Liseylərinin təhsildə əldə etdikləri nailiyyətləri barədə ətraflı məlumat verib. Tədris müəssisələrinin uğurları, eləcədə şagirdlərinin Respublika və Beynəlxalq Fənn Olimpiadalarında fəal iştirakı Azərbaycan bayrağını ən yüksəklərə ucaltdıqları barədə söhbət açıb. Sonra millət vəkilləri Bakı Özəl Türk Liseyinə gedərək orada liseyin sinif otaqları, laboratoriyaları, kitabxanası və şagirdlərin məişət şəraiti ilə yaxından tanış olublar. T. Süleymanov və A. Badamov liseydə şagirdlər üçün hazırlanmış şəraitdən məktəblilərin nizam-intizamından və əldə etdikləri uğurlarından məmnun olduqlarını deyiblər. Azərbaycan-Türkiyə Özəl Liseylərinə eləcədə Bakı Özəl Türk Liseyinin kollektivinə təhsildə uğurlar diləyiblər. Daha sonra Azərbaycan-Türkiyə Özəl Liseyləri Baş İdarəsinin rəisi Arif Gömleksiz millət vəkilləri Azər Badamova və Tahir Süleymanova xatirə hədiyyəsi təqdim edib. 

 Görüşdə Bakı Özəl Türk Liseyinin müdiri Hayrettin Ünver və Quba Özəl Türk Liseyinin müdiri Mustafa Alagözoğlu da iştirak ediblər.

Bu blogdaki popüler yayınlar

Azerbaijan - GOV - Azerbaijan to Host an International ICT Conference

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

Ən yüksək keçid balı Qafqaz Universitetinin birinci qrupuna daxil olan kompüter mühəndisliyi ixtisasındadır