Gəncə Gömrük Postunda görüş

30 yanvar Gömrük işçilərinin peşə bayramı münasibəti ilə Gəncə Azərbaycan-Türkiyə Özəl Liseyinin Müdiri  Kenan Güzel və Gəncə “Araz” Kurslarının müdiri Sədrəddin Sədirli Gəncə Hava Limanı Gömrük  Postunun rəisi Nazim Sultanovla görüşüblər. Olduqca səmimi səraitdə keçən görüşdə K. Güzel və S. Sədirli N. Sultanovu və onun rəhbərlik etdiyi bütün kollektivi peşə bayramları münasibətilə təbrik ediblər. Sonra  liseyin müdiri Kenan Güzel və “Araz” Kurslarının müdiri Sədrəddin Sədirli rəhbərlik etdikləri  təhsil müəssisələrinin fəaliyyəti və uğurları barədə ətraflı məlumat veriblər. Respublika və Beynəlxalq Fənn Olimpiadalarında əldə etdikləri nailiyyətlər haqqında danışıblar. 

Gəncə Hava Limanı Gömrük  Postunun rəisi Nazim Sultanov əvvəlcə, ona göstərdikləri diqqət və qayğıya görə hər iki təhsil ocağının rəhbərinə və kollektivlərinə dərin minnətdarlığını bildirib.Gəncə Azərbaycan-Türkiyə Özəl Liseyinin və Gəncə “Araz” Kurslarının qazandıqları uğurlardan məmnun olduğunu deyən -N. Sultanov yeni tədris ilində onlara təhsildə uğurlar arzulayıb. www.cag.az

Bu blogdaki popüler yayınlar

Azerbaijan - GOV - Azerbaijan to Host an International ICT Conference

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

VİCDAN SUSTUĞUNDA : Download PDF