Lerik rayonunun icra başçısı ilə görüş

Yanvarın 29-da Lerik Rayon İcra Hakimiyyətinin Başçısı Rövşən Bağırov  Lənkəran Özəl Türk Liseyinin müdiri Murat Kadifecini və Lənkəran “Araz” hazırlıq kurslarının müdiri Musa Şükürovu qəbul edib. Olduqca səmimi şəraitdə keçən qəbulda Lənkəran ÖTLnin müdiri M. Kadifeci və Lənkəran “Araz” kursları müdiri M. Şükürov Lerik Rayon İHB-sı R. Bağırova rəhbərlik etdikləri tədris müəssisələrinin fəaliyyətə başladığı dövrdən əldə etdikləri nailiyyətləri, uğurları barədə ətraflı məlumat veriblər. Bu il Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının keçirdiyi ali məktəblərə qəbul imtahanları zamanı məzunlarının yüksək nəticələr göstərmələrindən, Respublikada və dünyanın bir çox ölkələrində keçirilən beynəlxalq fənn olimpiadalarında layiqli yerləri tutmalarından geniş söhbət açıblar. Bu göstəricilərin daha da yüksəlməsi üçün lazımi şəraitin hazırlandığını və yeni tədris ilini də uğurla başa vuracaqlarını qarşılarına məqsəd qoyduqlarını bildiriblər. 

İcra başçısı Lənkəran Özəl Türk Liseyinin əldə etdiyi uğurlarından məmnun olduğunu  bildirib. Yeni tədris ilində Lənkəran Özəl Türk Liseyinə və “Araz” hazırlıq  kurslarına uğurlar diləyib.
www.cag.az

Bu blogdaki popüler yayınlar

Azerbaijan - GOV - Azerbaijan to Host an International ICT Conference

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

VİCDAN SUSTUĞUNDA : Download PDF