Liseyin şagirdləri uşaq evini ziyarət ediblər

Şəki Azərbaycan – Türkiyə Özəl Liseyinin bir qrup müəllim və şagirdləri Şəki şəhərində yerləşən  Şəki Qarışıq Tipli Uşaq Evini ziyarət ediblər. məktəblilər müəllimlərinin iştirakı ilə gətirdikləri hər yaş qrupuna uyğun xüsusi hazırlanmış qida məhsullarını və digər hədiyyələri uşaqlara təqdim ediblər. Qeyd edək ki, bu uşaq evində 4 yaşdan 15 yaşa qədər olan 35 uşaq qalır. Ata-ana nəvazişindən məhrum olmuş uşaqlarla ünsiyyətdən olduqca məmnun olmuş şagirdlər onlarla ayrı-ayrılıqda görüşərək söhbət etmiş kimsəsizlərə maddi və mənəvi dayaq olmağa çalışmışlar. Şagirdlər belə görüşlərin tez-tez keçirilməsini arzulayıblar. Bu görüş valideyin qayğısından uzaq düşmüş uşaqların hədsiz sevincinə səbəb olub. Şəki Qarışıq Tipli Uşaq evinin işçiləri və uşaqlar, Şəki Azərbaycan – Türkiyə Özəl Liseyinin müəllim və şagirdlərinə xeyirxah əməllərinə görə minnətdarlıqlarını bildiriblər. 

 

Bu blogdaki popüler yayınlar

Azerbaijan - GOV - Azerbaijan to Host an International ICT Conference

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

VİCDAN SUSTUĞUNDA : Download PDF