Mingəçevir Şəhər İcra Hakimiyyətinin Başçısı ilə görüş

Yanvarın 18- də Mingəçevir Şəhər İcra Hakimiyyətinin Başçısı Mübariz Ağayev Mingəçevir Özəl Türk Liseyinin müdiri Elxan Əliyevi və Mingəçevir “Araz” Kurslarının müdiri Nadir Budaqovu qəbul edib. Olduqca səmimi keçən görüşdə Mingəçevir ÖTL-nin müdiri E. Əliyev Mingəçevir İHB M. Ağayevə rəhbəri olduğu tədris müəssisəsinin son illər əldə etdiyi uğurları və gələcək planları haqqında ətraflı məlumat verib. O, şagirdlərinin Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının keçirdiyi imtahanlarda yüksək nəticə göstərdiklərini və respublikamızın, eləcədə dünyanın nüfuzlu universitetlərində təhsil aldıqlarını qeyd edib. Bu uğurlarını bundan sonra da davam etdirəcəkləri əzmində olduqlarını qeyd edən liseyin müdiri, eyni zamanda şagirdlərinin beynəlxalq fənn olimpiadalarında da yüksək nəticələr əldə etdiklərini deyib. İcra başçısı  M. Ağayev “Çağ” Öyrətim İşlətmələrinin Ümummilli lider Heydər Əliyevin xeyir-duası ilə fəaliyyət göstərərək yüksək nailiyyət əldə etməsini xatırladaraq bu uğurların davamlı olmasını arzu etdiyini, bu nailiyyətlərin Mingəçevir şəhərinə böyuk şərəf gətirəcəyini qeyd edib. Görüşün sonunda Mingəçevir Özəl Türk Liseyinin müdiri Elxan Əliyev Mingəçevir Şəhər İcra Hakimiyyətinin Başçısı Mübariz Ağayevə liseyin xatirə hədiyyəsini təqdim edib.
www.cag.az

Bu blogdaki popüler yayınlar

Azerbaijan - GOV - Azerbaijan to Host an International ICT Conference

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

Ən yüksək keçid balı Qafqaz Universitetinin birinci qrupuna daxil olan kompüter mühəndisliyi ixtisasındadır