“Qafqaz” şagirdlərə məsləhətlərini verir

Ağdaş Özəl Türk Liseyinin və Ağdaş Rayon Təhsil Şöbəsinin təşkilatçılığı ilə keçirilən tədbirdə Qafqaz Universitetinin psixoloqu Hüseyn Xəlilov bu istiqamətdə şagirdlərə öz dəyərli məsləhətlərini verib
Ağdaş Rayon Mədəniyyət Sarayında Qafqaz Universitetinin psixoloq müəllimləri şagirdlərin imtahanlara hazırlığı ilə bağlı seminar keçiriblər. Ağdaş Özəl Türk Liseyinin və Ağdaş Rayon Təhsil Şöbəsinin təşkilatçılığı ilə keçirilən tədbirdə Qafqaz Universitetinin psixoloqu Hüseyn Xəlilov bu istiqamətdə şagirdlərə öz dəyərli məsləhətlərini verib. O həmçinin belə məqamlarda şagirdlərin valideyn dəstəyinə də ehtiyacları olduğunu bildirib: “Bir psixoloq kimi belə anlarda valideynləri öz övladları ilə daha yaxından maraqlanmağa çağırıram”. Onun sözlərinə görə, şagirdlər seçdikləri ali məktəblər haqqında məlumatlara da malik olmalıdırlar. Qeyd edək ki, tədbirdə “Qafqaz”ın ictimaiyyətlə əlaqələr üzrə prorektoru Uğur Arif  Bölek də iştirak edib. 
www.zaman.az
10.02.2011
Vüqar Nəbıyev Ağdaş

Bu blogdaki popüler yayınlar

Azerbaijan - GOV - Azerbaijan to Host an International ICT Conference

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

Ən yüksək keçid balı Qafqaz Universitetinin birinci qrupuna daxil olan kompüter mühəndisliyi ixtisasındadır