Sumqayıt şəhər Gənclər və İdman Baş İdarəsində görüş

2 Fevral Gənclər Günü münasibəti ilə Sumqayıt Özəl Türk Liseyinin müdiri Ahmet Çamalan və Sumqayıt “Araz” hazırlıq kurslarının müdiri Ramazan Uslu Sumqayıt şəhər Gənclər və İdman baş idarəsində idarənin rəisi Musa Həsənovla görüşüblər . Səmimi şəraitdə keçən görüş zamanı A. Çamalan və R. Uslu Gənclər Günü münasibətilə M. Həsənovu idarənin bütün əməkdaşlarını təbrik ediblər və işlərində uğurlar arzulayıblar. Sonra tədris ilində əldə etdikləri uğurları barədə ətraflı məlumat veriblər. Görüşdə Musa Həsənov Gənclər sahəsində görülən işlərdən danışaraq bildirib ki,  Sumqayıtda dövlət gənclər siyasətini həyata keçirən Gənclər və İdman Baş İdarəsi fəaliyyətə başladığı ilk günlərdən gənclərin vətənpərvərlik ruhunda tərbiyə edilməsi işini ön plana çəkib. Bu sahədə şəhərdə fəaliyyət göstərən aidiyyəti dövlət qurumları ilə birgə ənənəvi olaraq hər il mərhələlərlə keçirilən "Şahin", "Cəsurlar" hərbi-idman və turizm oyunları və "Vətənin müdafiəsinə hazıram!" paliatlon çoxnövçülüyü məktəbli yeniyetmələr və gənclər tərəfindən böyük rəğbətlə qarşılanır. O, Sumqayıt Özəl Türk Liseyinin də gənclərin vətənpərvərlik ruhunda, savadlı və yüksək dünya görüşlü yetişdirilməsində fəaliyyətini yüksək qiymətləndirib və liseyin şagirdlərinin beynəlxalq fənn olimpiadalarında qazandıqları uğurları onların daim diqqət mərkəzində olduğunu bildirib. O cümlədən, Sumqayıtda bu ilin ən yaxşı şagirdi mükafatını Sumqayıt Özəl Türk Liseyinin şagirdi Elşad Mustafayevə verdiklərini söyləyib.
www.cag.az

Bu blogdaki popüler yayınlar

Azerbaijan - GOV - Azerbaijan to Host an International ICT Conference

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

VİCDAN SUSTUĞUNDA : Download PDF