1 Mart Ümumdünya Mülki Müdafiə günü münasibəti ilə Şirvan Özəl Türk Liseyində tədbir keçirilib

Hər kəs fövqəladə hallara hazır olmalıdır

1 Mart Ümumdünya Mülki Müdafiə günü münasibəti ilə  Şirvan Özəl Türk Liseyində tədbir keçirilib. Tədbirdə Şirvan Şəhər İcra Hakimiyyəti Başçısının I müavini Samit Abıyev Şirvan Şəhər İcra Hakimiyyəti Mülki Müdafiə Qərərgah rəisi Hənifə Mövlayev, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Muğan regional Mərkəzinin MMİ təşkili şöbəsinin zabiti Emin  Abbasov  Şirvan Regional FH və Mülki Müdafiə Şöbəsinin rəisi Vidadi Abbasov və Qızıl Aypara Cəmiyyətinin Şirvan şəhər nümayəndəsi Ülviyyə  xanım Balayeva Şirvan Özəl Türk Liseyinin Gənclərin Çağrışa Qədər Hazırlığı müəllimi Təbriz Həsənov iştirak ediblər. Tədbir iştirakçıları  liseydə şagirdlərinə fövqəladə hallarda davranmaq qaydaları haqqında ətraflı məlumat veriblər. Məktəblilərin əleyhiqazdan və digər bu kimi geyimlərdən istifadə etməyin vacibliyindən danışıblar.  Məktəblilərin hazırlığını yoxlamaq üçün bir qrup lisey şagirdləri müəyyən olunmuş vaxt ərzində geyimlərdən istifadə ediblər.
 Sonra tədbir iştirakçıları, hər bir kəsin fövqəladə hallara hazır olmalarını arzulayıblar.

Bu blogdaki popüler yayınlar

Azerbaijan - GOV - Azerbaijan to Host an International ICT Conference

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

VİCDAN SUSTUĞUNDA : Download PDF