Azərbaycan Prezidentinin mükafatlandırdığı ziyalılarla liseydə görüş

Martın 11-də Ağdaş Özəl Türk Liseyində Azərbaycan Respublikasının prezidenti İlham Əliyev  tərəfindən Ağdaş rayonunun sosial iqtisadi və mədəni həyatında xidmətlərinə görə fəxri ad və medallarla təltif  edilmiş bir qrup ziyalılarla görüş keçirilib. Görüşdə Ağdaş Rayon İcra Hakimiyyəti başçısının ictimai təşkilatlarla iş şöbəsinin müdiri Azər Mehdiyev, rayon Təhsil şöbəsinin müdiri Lütvi Paşayev, orta ümumtəhsil məktəblərinin rəhbərləri və müxtəlif sahələrdə çalışan iş adamları iştirak ediblər. Görüş zamanı Ağdaş ÖTL-nin müdiri Ramazan Tomay liseyin fəaliyyətə başladığı dövrdən qazandıqları nailiyyətləri və əldə etdiklər uğurları barədə ətraflı məlumat verib. “Çağ” Öyrətim İşlətmələri şirkətinin fəaliyyətindən bəhs edən film nümayiş etdirilib. Sonra tədbir iştirakçıları liseyinin sinif otaqları, laboratoriyaları, kitabxanası, idman zalı və sosial şəraiti ilə yaxından tanış olublar. Qonaqlaqlar burada şagirdlər üçün hazırlanmış şəraitdən məktəblilərin nizam-intizamından, məmnun qaldıqlarını bildiriblər. Görüşdə çıxış edən R. Tomay fəxri ad və medallarla təltif  edilmiş ziyalıları Azərbaycan Prezidenti İlham Əliyevin diqqət və qayğısı sayəsində yüksək mükafata layiq görülməsi münasibəti ilə  təbrik edib və onlara çalışdıqları sahələrdə uğurlar diləyib. Görüşdə çıxış edən natiqlər Azərbaycan prezidenti İlham Əliyevə onlara göstərdiyi diqqət və qayğıya görə minnətdarlıqlarını bildiriblər və bundan sonrakı fəaliyyətlərində daha yüksək ruhla çalışacaqlarını söyləyiblər.
Sonra Liseyin özfəaliyyət ansamblı görüş iştirakçılarına rənga-rəng musiqiləri ilə xoş anlar yaşadıb. Şagirdlər şeirlər səsləndiriblər. Daha sonra Azərbaycan prezidentinin mükafatlandırdığı ziyalıların şərəfinə ziyafət verilib və liseyin xüsusi hədiyyələri, gül çiçək dəsdələri təqdim edilib.

 
 
 

  www.cag.edu.az

Bu blogdaki popüler yayınlar

Azerbaijan - GOV - Azerbaijan to Host an International ICT Conference

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

VİCDAN SUSTUĞUNDA : Download PDF