Mədəniyyətimizdə mühüm hadisə Bakuvinin əsəri ana dilində çapdan çıxıb

Qafqaz Universitetinin müəllimi, dosent Mehmet Rıhtımın hazırladığı bu kitab Azərbaycan ictimai fikrinin formalaşmasında mühüm tarixi rol oynamış  mənbədir.

Qafqaz Universitetinin müəllimi, dosent Mehmet Rıhtım yeddiillik gərgin zəhmətdən sonra Azərbaycan tarixinin ən parlaq şəxsiyyətlərindən olan Seyid Yəhya Şirvani əl Bakuvinin “Şəfa əl-Əsrar” (sufiliyin sirləri) əsərini nəşrə hazırlayıb. Nəfis şəkildə çap olunan kitabda çox sayda alimin səmərəli əməyi diqqəti çəkir.
Seyid Yəhya Şirvani XV əsrdə Azərbaycan ictimai şüurunun formalaşmasında mühüm rol oynamış, xəlvətilik təriqətinin şeyxlərindən biri olmuşdur. Bu düşüncə əsrlər boyu Azərbaycanda dünyagörüşün formalaşması istiqamətində ən mühüm amillərdən hesab olunub.
Kitabda Bakuvinin dini görüşləri, Qurandan alınmış bəzi ayələrin təfsiri, dünya-axirət münasibətləri Quran və sünnə işığında təqdim olunur.
Bilgi üçün söyləməyi lazım bilirik ki, Seyid Yəhya Şirvani Azərbaycan ictimai fikrinin formalaşmasında müstəsna yeri olan, ancaq bu zamana qədər öyrənilməmiş möhtəşəm tarixi simalarımızdan biridir.
Kitabın ziyalılar, tələbələr, düşünməyi öyrənmək istəyən hər kəs üçün çox dəyərli mənbə olduğunu bildirir və yaxın vaxtlarda dosent Mehmet Rıhtımla bu mövzuda ətraflı söhbəti diqqətinizə çatdırmağı vəd edirik. 
http://www.zaman.az


Bu blogdaki popüler yayınlar

Azerbaijan - GOV - Azerbaijan to Host an International ICT Conference

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

Ən yüksək keçid balı Qafqaz Universitetinin birinci qrupuna daxil olan kompüter mühəndisliyi ixtisasındadır