Qafqaz Universitetinin növbəti qonağı “Azercell Telekom” MMC-nin prezidenti Ali Ağan olub


         Qafqaz Universitetində artıq ənənə halını almış ayın qonağı layihəsinin növbəti qonağı “Azercell Telekom” MMC-nin prezidenti Ali Ağan olub.  “Liderlik” mövzusunda çıxış edən qonaq öz şəxsi təcrübələrini universitetin tələbələri ilə bölüşüb.
            Azərbaycanlı hər bir gəncdə liderlik xüsusiyyətlərinin olmasını labüd sayan Ali Ağan: “Vətəndaşı olduğunuz dövlətə və cəmiyyətə faydalı insan olmağa çalışın. Çətinliklərdən qorxmayın və planlı çalışın”, - deyib. 
           “Qafqaz”ın rektoru, professor Ahmet Saniç rəhbərlik etdiyi təhsil ocağının gələcək planları və “Azercell Telekom”la imzalanmış müqavilələr barədə məlumat verib: “Məktəbimizdə “Azercell”in birbaşa təşəbbüsü ilə “Yeni nəsil şəbəkələr” adlı dərslər keçirilməkdədir. Bundan əvvəl isə “Mobil rabitə və sosial inkişaf” adlı konfrans təşkil edilmişdir”.

Bu blogdaki popüler yayınlar

Azerbaijan - GOV - Azerbaijan to Host an International ICT Conference

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

VİCDAN SUSTUĞUNDA : Download PDF